/ / Jalə Əliyeva: Mehriban Əliyeva nəinki Azərbaycanımızın, bütövlükdə dünyanın mərhəmət, şəfqət simvoludur
Jalə Əliyeva: Mehriban Əliyeva nəinki Azərbaycanımızın, bütövlükdə dünyanın mərhəmət, şəfqət simvoludur
07.03.2020 [12:03]
Milli Məclisin deputatı Jalə Əliyevanın 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qələmə aldığı “Gülün ki, dünyamız da gülsün” sərlövhəli məqaləsini təqdim edirik:
- Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!
Bu şeirin, bu misraların qələmə alınmasından 100 ildən, bir əsrdən çox vaxt keçir... Dahi şairimiz, böyük Azərbaycanlımız Hüseyn Cavid bu misralarında nə qədər haqlıymış, həm də nə qədər uzaqgörənmiş... Sanki 100 il öncədən bugünlərimizi görürmüş, siyasi-politoloji dillə ifadə etməli olsaq, şair fəhmi, intiusiyası ilə sonradan olacaqları, baş verəcəkləri dəqiqliyi ilə proqnozlaşdırırmış... Çünki gerçəkdən də, dünya siyasətində, beynəlxalq münasibətlər sisteminin formalaşdırılması və qurulmasında, dünya düzəninin müəyyənləşdirilməsində, diplomatiyada, iqtisadiyyatda, mədəniyyət, incəsənət aləmində, idmanda, hərbdə...kişilər nə qədər böyük ağırlıq təşkil etsələr, nə qədər öndə getsələr də, öz iti, parlaq zəkası, fitri istedadı, bacarığı, qabiliyyəti ilə seçilən, fərqlənən, bəzən kişiləri yaxşı mənada ötüb-keçən qadınlar, xanımlar da az rol oynamayıblar... Onlar da öz bilik və bacarıqları, ən əsası sülhpərvərlikləri və tərəqqipərvərlikləri ilə dünya nizamının qurulmasında, əmin-amanlığın, təhlükəsizliyin yaradılmasında, göz yaşlarının durdurulmasında...öz töhfələrini əsirgəməyiblər, əksinə, daha da fəal, təşəbbüskar olublar...
Son 100 ilə qısaca nəzər salaq, kimlər gəlib keçməyib... Mariya Küri, İndira Qandi, Benəzir Bhutto, Marqeret Tetçer, Valentina Tereşkova, İrina Rodnina, Klara Setkin, Sofi Loren, Merlin Monro, Edit Piaf, Şahzadə Diana, Jaklin Kennedi, Alla Puqaçova, Sofiya Rotaru, Anna Axmatova, Marina Svetayeva, Maya Çiburdanidze, Suat Derviş, Tansu Çillər, elə müasirlərimiz olan Tereza Mey, Angela Merkel...Daha kimlər, kimlər...Bunlar hər biri öz sahəsində, öz peşəsində, öz fəaliyyətində böyük uğurlara imza atmış, bəşəriyyətə töhfələr vermiş insanlar, xanımlardır...
Və yaxud, öz yaxın keçmişimizə, Azərbaycanımızın dünəninə-həm də bugününə nəzər salaq... Kimlər yoxdur burada... Sara Xatun, Xurşudbanu Natavan, Məhsəti Gəncəvi, Heyran xanım, Ağabacı Rzayeva, Şövkət Məmmədova, Hənifə Məlikova Zərdabi, Məleykə Hacıbəyova, Maral Rəhmanzadə, Əzizə Cəfərzadə, Aida İmanquliyeva, Hökumə Qurbanova, Firəngiz Əhmədova, Mirvarid Dilbazi, Leyla Vəkilova, Qəmər Almaszadə, Şövkət Məmmədova, Rübabə Muradova, İzzət Orucova, Nigar Rəfibəyli, Kubra Fərəcova, Züleyxa Seyidməmmədova, Elmira Qafarova, Adilə Namazova, Lidiya Rəsulova, Bəsti Bağırova, Şamama Həsənova, Sürəyya Kərimova, Manya Kərimova, Fatma Hüseynova, Tərlan Musayeva, Sevil Əliyeva, Nərgiz Paşayeva, Zeynəb Xanlarova və sair və ilaxır... Bunlar hələ siyahının az bir qismidir...
Bu sırada öz qələmiylə, elmiylə, sənətiylə, istedadıyla, cəsarətiylə, siyasətiylə, ləyaqətiylə onlarla, yüzlərlə uğur hekayəsi yazmış-yaratmış xanımlarımız var... Parlaq, unudulmaz, adı hər zaman böyük hərflərlə yazılacaq olan Qadınlar... Dünən də belə olub, bu gün də belədir, əminik ki, gələcəkdə də belə olacaq... Bu dəyərli xanımlardan indi həyatda olanları da var, bizləri cismən tərk etsələr də, mənən, ruhən bizimlə qalanları da... Qalanlara can sağlığı, uzun ömürlər, növbəti qələbələr, bizləri tərk edənlərə isə Allahdan, cənabi Haqqdan rəhmət diləyirik...
Bu məqamda 20-21-ci əsr Azərbaycan qadın tarixinə adı qızıl hərflərlə yazılan, istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda Azərbaycan qadınının simvoluna çevrilən, xalqına, dövlətinə, həm də bəşəriyyətə öz misilsiz töhfəsini vermiş və verməkdə davam edən iki xanım, iki nəhəng Azərbaycan qadınının adını çəkməmək, dilə gətirməmək mümkün deyil... Ulu Öndərimizin ömür-gün yoldaşı, dostu, sirdaşı olmuş, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə həyat bəxş edən müqəddəs Ana - akademik Zərifə xanım Əliyeva və Əliyevlər ocağının çırağını yandıran, ölkənin birinci xanımı, birinci vitse-Prezident, sevimlimiz, dəyərlimiz, fəxrimiz, xanımlar xanımı Mehriban Əliyeva...
Zərifə xanım ötən əsrin 60-80-ci illərində Azərbaycan qadınlarının, Azərbaycan xanımlarının bayraqdarı, mənəvi lideri olub... Həm biliyi, savadı, tükənməz enerjisi ilə Azərbaycan və dünya tibb elminə, onun ən ağır sahələrindən olan oftolmologiyaya töhfələrini verib, həm də daim Ulu Öndərimizin yanında olub... Təkcə ömür-gün yoldaşı deyil, həm də Onun, o Böyük-Əzəmətli İnsanın silahdaşı, köməkdaşı, arxa-dayağı, mənəvi güvənc yeri olub... Bunu hər zaman Ulu Öndərimiz Özü də fəxrlə vurğulayıb, dilə gətirib... Dünyaya nümunə, dastan ola biləcək bir sevgi, birgəlik...
Atalarımız təsadüfən “ot kökü üstə bitər” deməyiblər... Bu ənənə, bu nümunə yenə də var və davam edir... Böyük ziyalı - Paşayevlər nəslindən olan, Mir Cəlal Paşayev dühasından rişələnən, bəhrələnən, boy atan və 35 ildən artıq müddət ərzində böyük bir nəslin, ocağın-Əliyevlər ailəsinin gəlini, nümayəndəsi, ölkə Prezidenti cənab İlham Əliyevin ömür-gün yoldaşı, silahdaşı Mehriban xanım Əliyeva... Azərbaycanın tarixini, ikinci müstəqilliyini, xüsusilə, son 20-25 ilimizi Mehriban xanımsız təsəvvür etmək mümkün deyil... Çünki müstəqilliyin ilk ağır və çətin illərində böyük sınaqlardan keçmiş Azərbaycanımızın uğurlarında, parlaq zəfərlərində və qələbələrində Mehriban xanım Əliyevanın bilavasitə və birbaşa rolu, xidmətləri var... Dövlət başçımızla birlikdə Azərbaycanımızın dünya dövlətləri arasında lider dövlətlərdən biri kimi addımlamasında, imzalar içində imzasının olmasında Mehriban xanım Əliyevanın əməyi, zəhməti misilsizdir, müstəsnadır...
Özü də, o, nəinki Azərbaycanımızın, bütövlükdə dünyanın mərhəmət, şəfqət simovuldur... Öz geniş qəlbi, sevgisi, rəhmi, ədaləti, mərhəməti, şəfqəti, xeyirxahlığı ilə dünyanın qadın liderlərindən birinə və bəlkə də, mübaliğəsiz olaraq birincisinə çevrilib... Dünyada dara düşən, rəhmə, mərhəmətə, şəfqətə ehtiyacı olan kimsə varsa, Mehriban xanım Əliyeva onun yanındadır... Hamı ona öz xilaskarı kimi baxır, güvənir... Mehriban xanım Əliyeva öz yorulmaz, sülhpərvər, xeyirpərvər, tərəqqipərvər fəaliyyəti ilə nəinki azərbaycanlıların, dünya xalqlarının qəlbində artıq özünə heykəl, taxt ucaldıb... Demokratiyadan, insan haqlarından dəm vuranların çoxlarından daha öncə qadınlara seçmək və seçilmək haqqı tanıyan, cəhalət içində sürünən Şərq-müsəlman aləmində çadradan imtina edən, sivil dünyaya intqerasiya yoluna qədəm qoyan Azərbaycanın, Azərbaycan qadınının simvoludur Mehriban xanım...
Qarşıdan 8 Mart-Beynəlxalq Qadınlar Günü gəlir. Zərif çiyinlərində hər kəsin, bütün dünyanın ağırlığını daşıyan cəfakeş, qayğıkeş, ailəsini, Vətənini hər zaman özündən çox sevən, onların uğrunda hər möhnətə, məhrumiyyətə hazır olan xanımların günü... Bu gün münasibəti ilə əzizimiz, dəyərlimiz Mehriban xanım Əliyeva başda olmaqla, bütün Azərbaycan və dünya qadınlarını ürəkdən təbrik edir, onlara uzun ömür, can sağlığı, fəaliyyətlərində, həyatlarında növbəti uğurlar arzulayıram...
Əziz xanımlar, sevinin ki, dünyamız da sevinsin, gülün ki, hələ də göz yaşları çöhrəsindən əskik olmayan kədərli, nisgilli dünyamız da gülsün, yaşayın ki, dünyamız da var və əbədi olsun.
Amin, milyon kərə Amin!
Xəbər lenti
Hamısına baxAnalitik
31 İyul 11:15
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Dünya
31 İyul 10:19
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Gündəm
31 İyul 09:25
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 08:50
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41

