Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır
23.04.2020 [11:13]
Pandemiya şəraitində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər reallaşdırılır
Bütün dünyanı cənginə alan koronavirus pandemiyası insanların sağlamlığına və rifahına, o cümlədən ölkələrin sosial-iqtisadi vəziyyətinə ciddi şəkildə neqativ təsir göstərməkdədir. Dünya ölkələri bu təsirləri minimum həddə endirmək üçün zəruri resurslarını səfərbər edərək müvafiq tədbirlər həyata keçirirlər. Lakin ayrı-ayrı dövlətlərin timsalında nəticələr fərqlidir. Bir sıra inkişaf etmiş ölkələr pandemiya şəraitində aciz vəziyyətdə qalıblar. Azərbaycanın təcrübəsi isə müsbət nümunə kimi diqqəti cəlb edir.
Ölkəmizdə Prezidenti İlham Əliyevin müvafiq Sərancam, tapşırıq və göstərişləri əsasında pandemiyanın təsirlərini minimum səviyyədə saxlamaq üçün, eləcə də əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məqsədlə dövlət tərəfindən böyük məbləğdə vəsait ayrılır, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən yüzminlərlə insan dəstəklə təmin edilir. Dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında əksini tapan 4 istiqamət üzrə 10 tədbir uğurla icra edilməkdədir. Xatırladaq ki, aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.
Vurğulandığı kimi, əhalinin xüsusi həssas təbəqələrinin sosial müdafiəsi də prioritet istiqamətlərdən biridir. Bu ilin birinci rübündə bütün sosial ödənişlər vaxtında icra olunub, 2,3 milyon vətəndaşa 1,5 milyard manat məbləğində sosial ödənişlər həyata keçirilib. Eləcə də martın 24-dən yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işlərinə başlanılıb. Bu proses uğurla davam edir. Hazırda Dövlət Sosial Müdafiə Fondunun 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, sərhəd tanımayan yeni növ koronavirus infeksiyası qlobal xarakter daşıyır və göründüyü kimi, bir çox ölkədə həm insan tələfatına, həm də ciddi sosial-iqtisadi problemlərə səbəb olub. Millət vəkili deyib ki, Azərbaycanda vəziyyət nəzarət altındadır və analoji problemlərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər vaxtında görülüb. Xüsusi karantin rejiminin tətbiq edilməsini, təhsil müəssisələrində tədrisin dayandırılmasını və digərlərini yerində verilmiş qərar adlandıran M.İbrahimqızı dövlət tərəfindən ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb: "Sosial sahədə atılan uğurlu addımlar da qısa zamanda həssas təbəqələrin sosial müdafiəsinin gücləndirilməsində önəmli rola malikdir. Ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, vətəndaşların sosial rifahının qorunması yönündə atılan addımlar genişmiqyaslıdır və dövlətimiz bu çətin zamanda öz vətəndaşlarının yanındadır. Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldildilib. Bu ödənişləri isə pensiya, müavinət təqaüd və s. şəklində 2,3 milyon şəxs alır. Aprelin 8-15-də respublika üzrə aprel ayı üçün pensiyalar tam ödənildi. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq. Görülən tədbirlər bir daha onu göstərir ki, iqtisadi gücü ildən-ilə artan Azərbaycan dövləti yarana biləcək bütün fors-major situasiyalara hazırdır".
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov da hazırda bütün dünya ölkələrinin koronovirus pandemiyası ilə mübarizəyə səfərbər olduğunu və Azərbaycanın da bu prosesdə ən öndə gedən ölkələrdən biri olduğunu diqqətə çatdırıb. Ölkəmizdə yeni növ koronovirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən sistemli addımların atıldığını bildirən İlham Məmmədov burada məqsədin vətəndaşların sosial müdafiəsini gücləndirmək olduğunu deyib: "Belə çətin zamanlarda ən vacib məsələlərdən biri mili həmrəylik və birlikdir. Dövlətimiz bütün vətəndaşların problemlərinə həssas yanaşır. Ölkəmizdə əhalinin bütün təbəqələrinin koronavirus pandemiyasının neqativ təsirlərindən qorunması üçün vacib addımlar atılır. Ən əsası yaşlı, tənha insanlara göstərilən diqqət və qayğı böyük əhəmiyyət daşıyır. Hələ mart ayında, koronavirus pandemiyasının təsirlərinin yeni meydana çıxdığı dövrdə ilk olaraq tənha yaşlılara sosial xidmətlərin göstərilməsi ilə bağlı mühüm qərarlar qəbul edildi. Bu gün yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır. 15 mindən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib. Bu proses davam edir. Bununla yanaşı, hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur. Göründüyü kimi, dövlətimiz vətəndaşların sağlamlıqlarının qorunması, sosial müdafiəsinin gücləndirilməsi üçün bütün tədbirləri görür. Bunun qarşılığında hər bir vətəndaşımız xüsusi karantin rejimi çərçivəsində müəyyın olunmuş qaydalara ciddi şəkildə riayət etməlidir. Çünki bu sınaqdan xilas olmaq üçün, hər şeydən əvvəl, milli həmrəylik nümayiş etdirməliyik".
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

