/ / Azərbaycan xalqı 15 iyun tarixini milli qurtuluş, işıqlı gələcəyin başlanğıc günü kimi bayram edir
Azərbaycan xalqı 15 iyun tarixini milli qurtuluş, işıqlı gələcəyin başlanğıc günü kimi bayram edir
14.06.2020 [19:45]
Hər bir xalqın taleyində ağır, çətinliklərlə dolu aylar, illər olur və hər əsrdə elə bir oğul doğulur ki, o, öz xalqının nicatına yetişə bilir, onu məhv olmaqdan xilas edir. Məhz Tanrının xalqımıza bəxş etdiyi ulu öndər Heydər Əliyev belə şəxsiyyətdir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Yevlax şəhər Ağsaqqallar Şurasının üzvü Vaqif Əliyev deyib.
Vaqif Əliyev 1993-cü ilin iyun ayındakı ictimai-siyasi prosesləri, xalqımız üçün çətin, ağrılı günləri xatırlayaraq deyib: "1993-cü ilin iyununda ölkəmizi xaos və anarxiya bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma dövlət müstəqilliyimizi təhlükə altına almışdı. Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğal edilir, siyasi vəziyyət getdikcə gərginləşirdi. Yenicə müstəqillik əldə etmiş Azərbaycanımızın başının üstünü qara buludlar alanda, tək müstəqillik deyil, doğma Azərbaycanımız məhv olub, parçalandığı bir dövrdə - 1993-cü ildə Ulu Öndər xalqın istək və arzusunu eşidərək onun nicatına çatdı. Hakimiyyətə gəlişi ilə xalqı qardaş qırğınından, ölkəmizi parçalanmaqdan, xarici və daxili düşmənlərin məkrli siyasətindən xilas edə bildi. Ən başlıcası isə Ermənistan və dünya dövlətləri başa düşdülər ki, Azərbaycan sahibsiz deyil. Onun Heydər Əliyev kimi müdrik rəhbəri, uzaqgörən, qətiyyətli bir lideri vardır.
Vaqif Əliyev bildirib ki, Azərbaycan xalqının ağır günündə məhz ümummilli lider Heydər Əliyev öz həyatı bahasına ölkəmizi xilas edərək, xoşbəxt gələcəyi olan işıqlı bir yola çıxardı. Azərbaycanın səmasında günəş kimi parladı. Ən başlıcası isə memarı olduğu Azərbaycan dövlətçiliyini etibar etdiyi bir şəxsə, yeni əsrin yeni lideri Prezident İlham Əliyevə əmanət etdi. Odur ki, Azərbaycan xalqı 15 iyun tarixini sözün həqiqi mənasında özünün milli qurtuluş günü, nicat günü, işıqlı gələcəyinin başlanğıc günü kimi bayram edir və bugünkü firavan həyat üçün daim ulu öndər Heydər Əliyevin əziz xatirəsini minnətdarlıqla anır, qəlbində əbədi yaşadır.
Xəbər lenti
Hamısına baxHadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24

