Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ədliyyə işçiləri könüllü qanvermə aksiyasına qoşulublar

Ədliyyə işçiləri könüllü qanvermə aksiyasına qoşulublar

24.07.2020 [09:05]

Ölkəmizdə əhalinin sağlamlığının qorunmasına, hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanların qabaqcıl dünya təcrübəsinə uyğun müalicə olunmasına xüsusi diqqət yetirilərək, bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilir, müasir infrastrukturlar yaradılır.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqram layihəsi çərçivəsində könüllü qanvermə aksiyaları keçirilir. Görülən tədbirlər xüsusilə indiki COVID-19 qlobal pandemiyası dövründə insanların donor qanına ehtiyacı probleminin həllinə, qeyd olunan xəstəliklərin effektiv müalicəsinə xidmət edir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikamızın Birinci vitse-prezidentinin çağırışlarına qoşulan daha 150 nəfərə yaxın ədliyyə işçisi iyulun 21-22-də Milli Hematologiya və Transfuziologiya Mərkəzində qan verib.
Bu cür nəcib və xeyirxah tədbirlərdə hər zaman fəallıq göstərən ədliyyə işçiləri bundan sonra da yaxından iştirak etmək əzmindədirlər.

Paylaş:
Baxılıb: 546 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30