Sərt karantin rejiminin yumşaldılması arxayınlıq üçün heç bir əsas vermir
12.08.2020 [09:07]
Müvafiq dövlət qurumları Operativ Qərargahın qərarı ilə avqustun 10-dan fəaliyyətinə icazə verilən mağazalarda, xidmət obyektlərində və istehsal sahələrində nəzarət tədbirlərini daha da gücləndiriblər
Sosial dövlət olan Azərbaycanda insanların sağlamlığının və həyatının qorunması yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə gündəliyinin əsas prioriteti kimi müəyyənləşdirilib. Bu məqsədlə ölkə ərazisində adekvat qərarlar qəbul edilərək zəruri tədbirlər həyata keçirilir. Xəbər verildiyi kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah respublikamızda COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunmasını və iqtisadi fəallığın gücləndirilməsi zərurətini nəzərə alaraq bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqqında qərar qəbul edib. Müvafiq qərara əsasən, 2020-ci il avqustun 10-dan qeyri-ərzaq mallarının satışını həyata keçirən mağazalar, əhaliyə məişət xidmətləri göstərən obyektlər (iri ticarət mərkəzləri istisna olmaqla), müxtəlif istehsal sahələri fəaliyyətə başlayıb.
Beləliklə, respublikamızda pandemiya ilə mübarizə çərçivəsində görülən tədbirlərin fonunda yeni bir mərhələ başlayıb. Qeyd etmək yerinə düşər ki, ölkə üzrə COVİD-19-a yoluxma dinamikasında müsbət tendensiyanın yaranması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, operativ qabaqlayıcı tədbirlərin, eləcə də vətəndaşların məsuliyyətli davranışının nəticəsində mümkün olub. Həyata keçirilən səmərəli mübarizə tədbirləri bir daha təsdiqləyir ki, ölkəmizdə koronavirus xəstəliyi ilə bağlı bütün məsələlər dövlətin ciddi nəzarəti altındadır. Dövlət həm vətəndaşların sağlamlığını qoruyur, həm də imkan yarandıqda adekvat yumşaldılma tədbirləri görür.
Bütün bunlara baxmayaraq, COVİD-19-a yoluxma dinamikasında müsbət tendensiyanın yaranması ilə əlaqədar avqustun 10-dan etibarən bəhs olunan yumşaldılma tədbirlərinin görülməsi arxayınlıq üçün heç bir əsas vermir. Pandemiya həyatımızdan tam geri çəkilməyib. Ayrı-ayrı ölkələrin nümunəsindən də bəlli olduğu kimi, vəziyyət yenidən pisləşə bilər. İndiki mərhələdə həm müvafiq mağaza və xidmət obyektlərinin sahiblərinin, həm də müştərilərin, sıravi vətəndaşların üzərinə böyük məsuliyyət düşür. Dövlət vəziyyətə uyğun adekvat yumşaldılma tədbirlərinə gedərkən vətəndaşların mənafeyini və iqtisadi fəallığın artırılmasının zəruriliyini nəzərə alıb. İndiki halda heç bir vəchlə məsulliyyətsizliyə və sui-istifadəyə yol verilməməlidir. Mağazalarda və xidmət obyektlərində müəyyənləşdirilən qaydalara ciddi əməl olunmalı və sanitar-epidemioloji nəzarət tədbirləri daha da gücləndirilməlidir.
Qeyd edək ki, fəaliyyətinə icazə verilən mağazalarda, xidmət obyektlərində, istehsal sahələrində müvafiq qaydalara və sanitar-epidemioloji vəziyyətə nəzarət tədbirləri gücləndirilib. Bu günlərdə İqtisadiyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının əməkdaşları fəaliyyətinə icazə verilən mağazalarda, xidmət obyektlərində, istehsal sahələrində müntəzəm monitorinqlər və reydlər keçirirlər.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, BŞİH Ticarət və Xidmət Departamenti olaraq pandemiya ilə mübarizənin indiki mərhələsində fəaliyyət planlarını müəyyənləşdiriblər: “Əməkdaşlarımız avqustun 10-da səhər saatlarından başlayaraq fəaliyyətinə icazə verilən mağazalarda və xidmət obyektlərində monitorinqlər aparıblar. Nəzarət tədbirləri şəhərin bütün rayonlarını əhatə edib. Monitorinqlər zamanı əməkdaşlarımız ilk növbədə mağazalarda və xidmət obyektlərində Operativ Qərargah tərəfindən müəyyənləşdirilən qaydalara əməl olunmasına və sanitar-epidemioloji vəziyyətə diqqət yetiriblər. Bundan başqa, sahibkarlarla və müştərilərlə geniş maarifləndirici söhbətlər aparılıb. Sahibkar ona məxsus obyektdə qaydaların gözlənilməsinə məsuliyyət daşıyır. Mağazaların, xidmət obyektlərinin girişlərində dezinfeksiyaedici məhlullar qoyulmalı, hərarət ölçən cihazlardan istifadə olunmalıdır. Müştərilər də intizamlı davranmalı, bir-birləri ilə ara məsafəsini gözləməli, maska taxmalıdırlar. Bilirsiniz, pandemiya bizə öyrəşmədiyimiz həyat tərzi diktə edir. Xoşumuz gəlməsə belə, özümüzü, yaxınlarımızı, ölkəmizi və xalqımızı qorumaq üçün müəyyənləşdirilən qaydalara əməl etməliyik. Yalnız bu yolla biz pandemiyanı həyatımızdan çıxara bilərik”.
“Əvvəllər insanlar koronavirus xəstəliyinə qeyri-ciddi münasibət bəsləyirdilər. Bəzi insanlar hətta belə bir xəstəliyin mövcudluğuna inanmırdılar. Dövlətimizin gördüyü tədbirlər, geniş maarifləndirmə işi öz müsbət nəticəsini verib. Monitorinqlər zamanı apardığımız müşahidələrimizə əsasən deyə bilərəm ki, indi vətəndaşlarımız ictimai yerlərdə, qapalı məkanlarda heç bir göstəriş, tələb olmadan özləri maskadan və digər qoruyucu vasitələrdən istifadə edirlər, həmçinin bir-biri ilə ara məsafəsi saxlayırlar”, - deyə İ.Məmədov bildirib. Bakı Şəhər İcra Hakimiyyətinin rəsmisi qəzetimizə açıqlamasında fəaliyyətinə icazə verilən mağazalarda və xidmət obyektlərində monitorinqlərin ilkin nəticələrinin nikbinlik üçün ciddi əsaslar yaratdığını deyib. Onun sözlərinə görə, həm sahibkarlar, həm də sıravi vətəndaşlar Nazirlər Kabinetinin məlum qərarını məmnunluq hissi ilə qarşılayıblar. Vətəndaşlar Azərbaycan dövlətinin pandemiyaya qarşı səmərəli mübarizə apardığını, o cümlədən də imkan yarandıqda yumşaldılma tədbirlərinin görülməsini yüksək dəyərləndirirlər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22

