/ / Əsir götürülmüş erməni zabiti: Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur
Əsir götürülmüş erməni zabiti: Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur
27.08.2020 [08:55]
Ermənistan ordusunun diversiya qrupunun əsir götürülmüş komandiri videomüraciət edib
Xəbər verdiyimiz kimi, avqustun 23-də saat 06 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb.
AZƏRTAC xəbər verir ki, avqustun 26-da Qurgen Alaverdyanın videomüraciəti yayılıb.
Videomüraciətində 1989-cu il avqustun 14-də Ermənistan Respublikasının Syunik vilayətinin Martuni şəhərində anadan olduğunu deyən düşmən ordusunun zabiti 2015-ci ildən Ermənistan silahlı qüvvələrində xidmətə başladığını deyib. O, zabit qismində Ermənistan Müdafiə Nazirliyinin Ermənistan ərazisində dislokasiya olunmuş 21127 nömrəli hərbi hissəsində xidmət etdiyini, bir müddət sonra Azərbaycan Respublikasının işğal olunmuş Kəlbəcər rayonu ərazisindəki 75937 nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə taqım komandiri vəzifəsində döyüş postlarında xidmətini davam etdirdiyini bildirib: “Təxminən iyul ayının sonunda hərbi hissənin komandiri polkovnik Vazgen Vartanyan mənimlə birgə bir neçə kəşfiyyatçıdan ibarət hərbçiləri, habelə əraziyə yaxşı bələd olan “Hovaz-2” və “Ömər-2” postlarında müdafiəni təşkil edən taqımın komandiri baş leytenant Armen Camalyanın, post başçısı Qrena Hakopyanın daxil olduğu qrupu yanına çağırdı. O, yuxarı komandanlığın göstərişi ilə yaxın vaxtlarda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Goranboy rayonunda təmas xətindəki döyüş mövqelərində diversiya törədilməsi, yəni, qumbara və avtomat silahlardan istifadə edərək mümkün qədər çoxlu sayda Azərbaycan hərbçisinin məhv edilməsi, eləcə də bir hərbçinin əsir götürülməsi ilə bağlı əməliyyat keçirilməsi üçün hazırlıq görülməsini tapşırdı. Bundan sonra həmin qrup təxminən 20 gün ərzində xüsusi təlim keçərək ərazini dəqiqliklə öyrənib. Diversiya aktının keçirilməsi üçün “Ovaz-2” postunun qarşısındakı mövqe seçilib və bununla bağlı əməliyyat planı hazırlanıb. Daha sonra həmin diversiya aktının keçirilməsi üçün əlverişli hava şəraitinin yaranması gözlənilib”.
Q.Alaverdiyan rəhbərliyim altında olan diversiya qrupunun avqustun 23-də saat 02:30 radələrində havanın dumanlı olmasından istifadə edərək əvvəlcədən planlaşdırılmış marşrutla Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonundakı mövqeləri istiqamətində hərəkət etdiyini deyib: “Biz Azərbaycan Silahlı Qüvvələrinin döyüş postunun ərazisinə daxil olmaq istəyərkən Azərbaycan hərbçiləri tərəfindən verilmiş “Həyəcan” siqnalı əsasında aşkar olunduğumuzu anlayaraq geri qayıtmaq məcburiyyətində qaldıq. Ərazini tərk edərkən qrup üzvləri qaçmağa müvəffəq olsalar da, mən havanın dumanlı olması səbəbindən istiqaməti müəyyən edə bilmədiyim üçün əsir götürüldüm”.
Ermənistan silahlı qüvvələrinin zabiti olaraq Azərbaycanın işğal olunmuş ərazilərində xidmətini davam etdirmək istəmədiyini qeyd edən Q.Alaverdyan hərbi qulluqçu kimi bu ərazidə məcburiyyət qarşısında xidmətə cəlb olunduğunu bildirib: “Törətdiyim əmələ görə peşmançılıq hissi keçirməklə yanaşı, Ermənistan silahlı qüvvələrinin tərkibində mənim kimi xidmət edən bir çox hərbi qulluqçunun Azərbaycanın işğal edilmiş ərazilərində məcburi olaraq xidmətə göndərildiyini bildirmək istəyirəm. Əsir götürüldükdən sonra təsəvvürlərimin tam əksinə olaraq, mənə qarşı heç bir qeyri-insani davranış, işgəncə, təzyiq olunmayıb. Eyni zamanda, qidalanmağım və saxlanma şəraitimlə bağlı heç bir şikayətim yoxdur. Mən Azərbaycan Respublikasında qalmaq istəyirəm, bilik və bacarıqlarımla bu dövlətə xidmət etmək niyyətindəyəm. Mən, həmçinin başa düşdüm ki, Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur”.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

