/ / Ölkəmizdə dini etiqad və vicdan azadlığının təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir
Ölkəmizdə dini etiqad və vicdan azadlığının təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir
01.09.2020 [08:59]
Ekspertlərin fikrincə, vətəndaşların sağlamlığının qorunması ilə bağlı bir sıra məhdudiyyətlərin tətbiq edilməsi zərurətdən irəli gəlir
Azərbaycan dövləti dini tolerantlığın təmin edildiyi, insanların dini inanclarına hörmətlə yanaşıldığı ölkələrdəndir. Vurğulanmalıdır ki, məhz əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində ölkəmizdə dini etiqad və vicdan azadlığı təmin edilib, dövlət-din münasibətləri sivil prinsiplərə uyğun tənzimlənib, dini-mənəvi, əxlaqi-etik dəyərlər ictimai münasibətlərin mühüm tərkib hissəsinə çevrilib. Bu siyasi kursu uğurla davam etdirən Prezidenti İlham Əliyevin dini dəyərlərimizə diqqət və qayğısı, ölkəmizdə məscidlərin, dini ibadətgahların və ziyarətgahların bərpası, və yenidən qurulması prosesini verdiyi töhfə isə əvəzsizdir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, hazırda, sanitar-epidemioloji vəziyyətlə əlaqədar dini ayinlərin ənənəvi şəkildə keçirilməsi mümkün deyil. Qafqaz Müsəlmanları İdarəsinin və din xadimlərinin Məhərrəm ayı və Aşura ilə bağlı müraciətlərində də məhz vətəndaşların sağlamlıqlarının qorunması ilə bağlı belə məhdudiyyətlərin tətbiq edilmə zərurətinin yarandığı qeyd edilir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə dini dəyərlərimizin qorunub saxlanılmasında Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləri əvəzsizdir. Onun sözlərinə görə, əsası Ulu Öndər Heydər tərəfindən qoyulan dövlət-din münasibətləri bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Millət vəkili onu da qeyd edib ki, artıq neçə müddətdir dünyanı bürüyən koronavirus pandemiyasına görə ölkəmizdə də ciddi karantin rejimi tətbiq olunmaqdadır: “Sanitar-epidemioloji vəziyyətlə əlaqədar dini ayinlərin ənənəvi şəkildə keçirilməsi mümkün deyil. Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə insanlarımızın bu qaydalara riayət etməsi və kütləvi ibadət tədbirlərindən kənar durması zəruri hala çevrilib. Biz də öz növbəmizdə hər kəsi yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirməyə, qayda-qanunlara riayət etməyə səsləyirik. Bu cür vəziyyət digər islam ölkələrində də müşahidə olunmaqdadır. Mövcud durum nəzərə alınaraq, analoji qaydalara riayət olunması, məscidlərin qapalı qalması, dini ayinlərlə bağlı xüsusi məhdudlaşdırıcı qaydaların tətbiqi digər müsəlman ölkələri üçün də keçərlidir. Xəstəliyə qalib gəlməyin yolu qaydalara əməl etməkdən keçir”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirib ki, hər zaman islami dəyərlərə böyük önəm verən Ulu Öndər Heydər Əliyev Azərbaycanda insanların vicdan azadlığının təminində, din-dövlət münasibətlərinin formalaşmasında əsaslı rol oynayıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiridiyini söyləyən B.Quliyev hazırda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkəmizdə də bir sıra tədbirlərin həyata keçiçrildiyini xatırladıb. Onun sözlərinə görə, məscidlərin və ziyarətgahların müvəqqəti olaraq fəaliyyətini dayandırması, o cümlədən Məhərrəm ayı və Aşura ilə bağlı dini ayinlərin kütləvi şəkildə keçirilməməsi məhz vətəndaşların sağlamlıqlarının qorunmasına xidmət edir: “Ölkəmizdə pandemiyaya ilk yoluxma qeydə alınandan bu günə qədər dövlətimiz tərəfindən yüksək səviyyəli tədbirlər həyata keçirilib və uğurlu nəticələr əldə edilib. Bu mənada inanclı vətəndaşlarımız tətbiq olunan məhdudiyyətləri anlayışla qarşılamalı, dua və ibadətlərini fərdi qaydada həyata keçirməli və əlbəttə ki, bəşəriyyətin tezliklə bu bəladan qurtulmasını Allahdan istəməlidir. Məhz bu cür anlayışlarla, həmrəyliklə koronavirus təhlükəsindən xilas ola bilərik. Məhərrəmlik ayına xas olan müəyyən günlərdə, eləcə də Aşurada da müsəlman bacı və qardaşlarımız, vətəndaşlarımız dövlətin apardığı bu siyasətə öz dəstəklərini nümayiş etdirdilər və əmini ki, bundan sonra da etdirəcəklər”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23

