/ / Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk onlayn iclası keçirilib
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk onlayn iclası keçirilib
11.09.2020 [09:47]
Sentyabrın 10-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında onlayn formatda ilk iclasını keçirib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komitənin sədri Hicran Hüseynova əvvəlcə gündəlikdəki məsələlər barədə məlumat verib, həmkarlarına VI çağırış Milli Məclisin ilk payız sessiyasında qanunvericilik işlərində uğurlar arzulayıb.
Sonra iclasda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim olunub. Bildirilib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 7 məsələyə baxılıb. Qanunvericilik fəaliyyəti ilə yanaşı, komitə üzvləri seçicilərlə də müntəzəm əlaqə saxlayıb, problemlərinin həllində onlara yardımçı olublar. Ölkənin ictimai-siyasi həyatında böyük fəallıq göstərən deputatlar xüsusilə COVID-19 pandemiyası ilə əlaqədar geniş maarifləndirmə işləri aparıb, daim vətəndaşların yanında olublar.
Hesabat dövründə komitəyə 310 ərizə və müraciət daxil olub, baxılması üçün müvafiq tədbirlər görülüb.
Onlayn iclasda aparılan fikir mübadiləsində deputatlar hesabatı məqbul sayıblar.
Sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi müzakirəyə çıxarılıb. On bənddən ibarət iş planı təsdiqlənib.
Komitədə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsini (birinci oxunuş) təqdim edən Hicran Hüseynova bildirib ki, qanunun təhsil üzrə təminatlara dair 5-ci maddəsində edilən dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də onların ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Müzakirə zamanı deputatlar bunun çox mütərəqqi dəyişiklik olduğunu vurğulayıblar.
Komitə üzvləri Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini də (birinci oxunuş) müsbət qarşılayıblar.
İclasda aparılan müzakirələrdə komitə sədrinin müavini Jalə Əliyeva, deputatlar Rauf Əliyev, Sədaqət Vəliyeva, Rəşad Mahmudov, Nigar Arpadarai, Tamam Cəfərova, Könül Nurullayeva, Pərvin Kərimzadə və Ramin Məmmədov rəy və təkliflərini bildiriblər. Sonra cari məsələlərə baxılıb.
Onlayn iclası yekunlaşdıran Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışlarda səslənmiş fikirlərə münasibət bildirib, qanunvericiliyə dair təkliflərini həmkarları ilə bölüşüb.
Komitə üzvlərinin yekdil qərarı ilə gündəlikdəki bütün məsələlər Mili Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36

