Xalqımız Laçının işğaldan azad olunmasının sevincini yaşayır
02.12.2020 [09:09]
Dekabrın 1-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Laçının işğaldan azad olunması müjdəsini verdikdən sonra Bakı şəhərində avtomobil yürüşü keçirilib və Şəhidlər xiyabanı ziyarət edilib.
AZƏRTAC xəbər verir ki, Su İdman Sarayının yanından start götürən yürüş iştirakçıları paytaxtın küçə və prospektləri boyunca hərəkət ediblər. Şəhidlər xiyabanını ziyarət edən Bakı sakinləri və laçınlılar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıblar.
Əllərində Azərbaycan, Türkiyə və Rusiya bayraqları tutan insanlar “Laçın azaddır”, “Biz Laçına qayıdırıq”, “Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan Ordusu!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirib, Müzəffər Ali Baş Komandanın portretini başları üzərinə qaldırıblar.
Yürüş iştirakçılarından bir neçəsi sevinc hisslərini AZƏRTAC-la bölüşüb.
Paytaxt sakini Nicat Məmmədov deyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi, qətiyyəti, rəşadətli Ordumuzun şücaəti, xalqın öz lideri ətrafında yumruq kimi birləşməsi Qələbəmizi təmin etdi. Bu gün Laçın rayonu işğaldan azad olundu. Ali Baş Komandanımız Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Bu gün tarixi gündür. Xalqımız dövlətimiz və ordumuzla qürur duyur, Vətən torpaqları uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir”.
Digər müsahibimiz Muxtar Ələsgərov da Laçının işğaldan azad edilməsindən duyduğu sevinc hisslərini dilə gətirib: “Bu gün Laçın bizə qayıtdı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Yaşasın Müzəffər Ali Baş komandan İlham Əliyev. Qarabağ Azərbaycandır!”
Paytaxt sakini Rəşad Əliyev Laçının işğaldan azad edilməsinin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirərək ölkəmizin ərazi bütövlüyünün bərpasına görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq hissələrini ifadə edib.
Həmsöhbət olduğumuz digər yürüş iştirakçıları da Laçının azad olunmasını daha bir zəfər kimi qiymətləndirib, Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Laçında üçrəngli bayrağımızın dalğalanmasından keçirdikləri qürur hissələrini dilə gətiriblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39

