“Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsi çərçivəsində vebinar keçirilib
05.12.2020 [00:59]
Dekabrın 4-də “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsi çərçivəsində gender əsaslı zorakılıqla mübarizədə yeni təşəbbüsün təqdimatı ilə əlaqədar vebinar keçirilib. Vebinar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə baş tutub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirə moderatorluq edən BMTİP-nin proqram rəhbəri Leyla Fəthi layihə tərəfdaşları və tədbir iştirakçıları barədə qısa məlumat verib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova vebinarın işinə uğurlar arzulayıb. Əsasən patriarxal dəyərlərin üstün tutulduğu cəmiyyətlərdə baş verən məişət zorakılığının sosial bir bəla olduğunu qeyd edən komitə sədri Azərbaycanın müvafiq qurum və orqanlarının həm daxili, həm də beynəlxalq tərəfdaşları ilə birgə bu bəlanın aradan qaldırılması istiqamətində çox ciddi layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Belə layihələrin təbliğat xarakteri daşıdığını, zorakılıqsız cəmiyyətin təşviq edilməsinə xidmət göstərdiyini, psixoloji, iqtisadi, fiziki zorakılığa haqq qazandıran, güclünün haqlı olduğuna inanan topluma yönələn bir iş olduğunu vurğulayan B.Muradova məsələnin bu aspektinin daha çox diqqətdə saxlanmalı olduğunu bildirib. Layihənin əhəmiyyətindən danışan komitə sədri böhran və münaqişə vəziyyətlərində ən çox zərər çəkənlərin qadınlar və qızlar olduğunu nəzərə alaraq, bu layihənin onların müdafiəsi, hüquqlarının təmin olunması, səlahiyyətləndirilməsində müsbət nəticələr qazanmasına yardım göstərəcəyini, qadınların özlərini daha yaxşı müdafiə etməsinə şərait yaradacağını söyləyib. O, bu illər ərzində Qadın Resurs mərkəzlərinin fəaliyyətində əldə edilən uğurlara toxunub, həyata keçiriləcək bu layihənin qadın sahibkarlığının inkişafında və onların hüquqlarının təmin olunması istiqamətində Komitənin qarşısında duran vəzifələrin reallaşdırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti çıxış edərək məişət zorakılığına yönələn bu layihənin həyata keçirilməsində əməkdaşlıq edəcək qurum nümayəndələrini salamlayaraq, görüşdə iştirakından məmnunluğunu bildirib. Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin vəzifəsidir deyən A.Frakassetti birlikdə qadınlara və qızlara dəstək göstərməyin vacibliyini qeyd edib. İllər ərzində Dövlət Komitəsi və USAİD ilə birgə əməkdaşlıq çərçivəsində aparılan işlər barədə danışaraq, bu layihənin də qadınların və qızların hüquqlarının qorunması, onların səlahiyyətləndirilməsi baxımından töhfə verəcəyini vurğulayıb.
USAID-in missiya direktoru Cey Sinqx çıxışında Azərbaycanın inkişafın yeni mərhələsinə qədəm qoyduğunu bildirib. O, qadınları, qızları, eləcə də gender əsaslı zorakılığa məruz qalan digər qrupları qorumaq, səlahiyyətləndirmək üçün şəhər və icmaların qurulmasının, abadlaşdırılmasının çoxşaxəli iqtisadi tərəqqiyə şərait yaradacağına, sabit və firavan gələcəyi təmin edəcəyini nəzərə çatdırıb.
Tədbirin davamında layihə haqqında qısa videoçarx iştirakçılara təqdim edilib. Daha sonra layihə meneceri Gülarə Hümbətova layihə çərçivəsində 4 il ərzində görüləcək işlər barədə məlumat verib. “Texas A&M” Universitetinin Hökumət və İctimai xidmətlər üzrə Buş adına Hökumət və Dövlət Xidmətləri Məktəbində “Qadınlar, sülh və təhlükəsizlik” proqramının direktoru Valeri Hadson mövzuya həsr olunmuş təqdimatla çıxış edib.
Tədbirdə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova, Komitənin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova, Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya, Qadın Resurs Mərkəzlərinin koordinatorları, USAİD nümayəndələri, BMT-nin gender qrupu üzvləri, gender üzrə ekspertlər, icra hakimiyyəti başçıları və nümayəndələri, media əməkdaşları iştirak ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

