Dövlətimiz bu dəfə də öz vətəndaşını darda qoymadı
17.12.2020 [09:23]
Ekspertlərin fikrincə, zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi, onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı müvafiq sərəncamlar vətəndaşlara göstərilən diqqət və qayğının növbəti isbatıdır
44 günlük Vətən müharibəsi dövründə mülki əhaliyə, sahibkarlara, o cümlədən dövlət əmlakına və digər infrastrukturlara dəymiş ziyanın qarşılanması və problemlərinin həlli dövlətimizin diqqət mərkəzindədir. Bu da təsadüfi deyil. Belə ki, Prezident İlham Əliyevin hər zaman ifadə etdiyi kimi, Azərbaycanın dövlət siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Bu mənada, qeyd olunan istiqamətlərdə bir sıra tədbirlərin həyata keçirilməsi üçün ölkə başçısı tərəfindən müvafiq sərəncamların imzalanması dövlətimizin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğını növbəti dəfə bariz şəkildə nümayiş etdirir. Yəni bundan əvvəlki dövrlərdə olduğu kimi, dövlətimiz bu dəfə də öz vətəndaşını darda qoymadı.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, müharibə dövründə ziyan çəkmiş mülki vətəndaşlara dəyən ziyanın ödənilməsi ilə bağlı imzalanan sərəncamlar bir daha ölkəmizdə vətəndaş-dövlət münasibətlərinin ən yüksək səviyyədə inkişaf etməsinin göstəricisidir. Millət vəkili xatırladıb ki, ölkə Prezidentinin noyabrın 6-da imzaladığı müvafiq Sərəncamla təcavüz nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı müvafiq addımlar atılıb: “Dekabrın 14-də ölkə Prezidenti tərəfindən ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı imzalanan yeni Sərəncamla isə təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb. Bu bir daha Azərbaycan dövlətinin, ölkə Prezidentinin vətəndaşlara göstərdiyi diqqətin, onların sosial problemlərinin həlli istiqamətində atdığı addımların bariz isbatıdır”.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva da bildirib ki, Prezident İlham Əliyev müharibə dövründə mülki vətəndaşların sosial problemlərinin həlli, onlara dəymiş ziyanın ödənilməsi ilə bağlı bütün məsələləri nəzarətə götürüb, dövlət dəstəyinin təmin edilməsi üçün müvafiq komissiyalar yaradılıb: “İlkin qiymətləndirmələr başa çatdıqdan dərhal sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə problemin aradan qaldırılması üçün tədbirlər görüldü. Beləliklə də, təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alındı. Növbəti mərhələdə isə mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və ya qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmir-bərpa işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması məqsədilə tədbirlərin həyata keçirilməsinə başlanılacaq. Bütün bu tədbirlər nəzərdə tutulmuş müddətlərdə, tez bir zamanda həyata keçiriləcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11

