“Bu günədək aparılan peyvəndləmə prosesi zamanı ciddi yan təsir görülməyib”
09.02.2021 [09:14]
Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə işləri davam edir. Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov bildirib ki, vaksinasiyadan sonra 24-48 saat ərzində yüngüldərəcəli qızdırma, halsızlıq, vaksin vurulan yerdə yerli iltihabi reaksiya qeydə alına bilər: “Bunlar peyvəndə aid normal əlamətlərdir. Əslində, həmin əlamətlərin olması peyvəndə qarşı vücudun yaxşı cavab verməsinin və yüksək səviyyədə qoruyuculuğun əmələ gəlməsinin göstəriciləridir. Vətəndaşlar bunları əlavə təsir olaraq qəbul edə bilərlər, ancaq bunlar yan təsir deyil. Hələ ki, bu günədək aparılan peyvəndləmə prosesi zamanı ciddi yan təsir görülməyib”.
Həkim-infeksionistin sözlərinə görə, hazırda dünyada koronavirusun yeni mutasiyası aktiv mövzuya çevrilib: “İlk dəfə İngiltərədə qeydə alınan mutasiya Azərbaycanda hələ ki, qeydə alınmayıb. Hər şeyə rəğmən, biz ehtiyat tədbirlərini hər zaman olduğu kimi görməliyik. İstər mutasiya olunmuş, istərsə də köhnə virus olsun, qorunma yolları dəyişilməzdir. Həm fizioloji, həm də mexaniki baryerlərdən istifadə olunmalıdır. Yeni növ koronavirusun mutasiyaya uğramış variantının klinik təzahürləri, kimlərdə necə müşahidə olunacağı, hansı yaş qruplarını əhatə edəcəyi, hansı orqana daha çox təsir edəcəyi haqqında danışmaq çox tezdir. Hazırda bu istiqamətdə araşdırmalar aparılır”.
Mütəxəssis bildirib ki, yeni növ koronavirus infeksiyasına yoluxub sağalan və qanında anticisim yaranan, o cümlədən peyvənd olunanlarda COVID-19-un yeni mutasiyasına yoluxma riski az olur: “Hər hansı bir koronavirus növü ilə təmas edən və xəstəlik keçirən insanlarda digər növə yoluxma, yoluxsa belə ağır keçirmə ehtimalı nisbətən daha azdır. Bu günədək Azərbaycanda koronavirusdan ölüm faizi 2 faizi keçməyib. Baxmayaraq ki, bu gün pandemiya bütün dünyanı cənginə alıb, ölkəmizdə koronavirusa yoluxanların 98 faizi sağalır. COVID-19 xəstəliyi əmək qabiliyyətinin müvəqqəti itməsinə səbəb olur. Bu gün koronavirusa yoluxan şəxs heç bir şikayəti olmasa belə, izolyasiya olunmalı, əmək fəaliyyətini dayandırmalı və müşahidə altında saxlanılmalıdır. Pandemiya bir nəfərdən başladı, onunla mübarizə isə hər kəsin məsuliyyətidir. Buna görə də hər kəs öz məsuliyyətini dərk etməlidir”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

