“Bu qlobal bəladan yeganə qurtuluş yolunu vaksinasiyada görürük”
09.04.2021 [08:55]
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ardıcıl və məqsədyönlü mübarizə davam etdirilir. Paralel olaraq bu gün ölkəmizdə əhalinin vaksinasiya işləri uğurla reallaşır. Yeri gəlmişkən, TƏBİB bu məsələdə əsas hədəfin ölkəmizdə əhalinin 80 faizinin vaksinasiya edilməsindən ibarət olduğunu bəyan edib.
Qeyd edək ki, Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdəndir. COVAX platforması çərçivəsində Azərbaycana 84 min doza vaksin göndərilib.
“Bir ildən çoxdur ki, yeni növ koronavirus (COVID-19) infeksiyası nəticəsində ağırlaşmalar, ölüm halları ən çox eşitdiyimiz, rast gəldiyimiz məlumatlardandır. Dünyada 130 milyondan çox insan bu virusa yoluxub ki, onlardan 3 milyona yaxını həyatını itirib. Bunlar ciddi rəqəmlərdir. Bu bəladan qurtulmağımız və normal həyata qayıtmağımız üçün kütləvi immunitetin yaranması labüddür. Onun qısa müddətdə formalaşması yalnız vaksinasiya vasitəsilə mümkündür”. Bu fikirləri qəzetimizə açıqlamasında Mərkəzi Klinikanın terapevti Sevinc Ələskərova deyib.
Terapevt bildirib ki, COVID-19-la mübarizədə qısa müddətdə nəticə əldə edilməsi üçün kütləvi immunitetin yaradılması vacibdir: “Azərbaycan vaksinasiyaya ilk başlayan ölkələr sırasındadır. Ölkəmizdə hazırda Çinin “Sinovac” şirkətinin “CoronaVac” vaksinindən istifadə olunur. Aprelin 4-də isə COVAX platforması vasitəsilə Böyük Britaniya və İsveçin birgə hazırladığı “AstraZeneca” vaksini ölkəmizə gətirilib. Bundan başqa, “Sputnic V”, “Biontech/ Pfizer”, “Moderna” vaksinlərinin də ölkəmizə gətirilərək istifadəsi planlaşdırılır. Hazırda mövcud vaksinlərlə yanaşı, bir sıra ölkələr vaksin hazırlamağa davam edirlər. Hər birimiz tezliklə normal həyatımıza dönmək istəyirik. Bu da əhalinin böyük hissəsinin, yəni 80 faiz və daha çox hissənin vaksinasiyası ilə əldə oluna bilər. Yoluxma saylarının, ağırlaşmış xəstələrin, xəstəxanalarda çarpayıların dolmasını, xəstənin ev şəraitində müalicəsinin həm maddi, həm də fiziki cəhətdən çətinliklər yaratdığını nəzərə alaraq bu qlobal bəladan yeganə qurtuluş yolunu vaksinasiyada görürük”.
Mütəxəssisin sözlərinə görə, ətrafımıza nəzər salmaq, xəstəliyi ağır keçirənləri, koronavirus səbəbindən dünyasını dəyişənləri düşünmək kifayət edir ki, vaksinasiyanın nə qədər vacib olduğunu anlayaq: “Vaksinasiyanın önəminin izah olunması üçün maarifləndirmə tədbirlərinin aparılması mühüm əhəmiyyətə malikdir”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

