/ / Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun inkişaf edir
Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun inkişaf edir
19.05.2021 [08:41]
Mayın 18-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfiri səmimi salamlayan QMİ sədri A.Paşazadə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin yüksək səviyyəsini, dövlətlərimizin, xalqlarımızın mənafelərinə uyğun inkişafını məmnuniyyətlə qeyd edib. O, ölkəmizə yeni təyin olunmuş Türkiyə səfirinin bu əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyinə, mövcud körpülərin daha da möhkəmləndirilməsi üçün səy göstərəcəyinə ümidvar olduğunu bildirib, səfirə fəaliyyətinə xeyir-dua diləyib.
Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərini “Bir millət, iki dövlət” kimi dəyərləndirməsinə uyğun şəkildə uğurla inkişaf etdirməsindən qürur duyduğunu bildirən şeyxülislam A.Paşazadə qardaş ölkə olan Türkiyə səfiri ilə təkcə diplomat kimi deyil, məhz qardaş qismində görüşdüyünü xüsusi qeyd edib. QMİ sədri səfirin Azərbaycanın şanlı Vətən müharibəsində qazandığı Zəfər dövründə qardaş Türkiyə dövlətinin ölkəmizdə təmsilçisi olmaq şərəfinə malik olmasını böyük nemət kimi dəyərləndirib. Türkiyə ilə Azərbaycan arasında dini-mənəvi əlaqələrin hər zaman yüksək səviyyədə olmasından fəxarət duyduğunu bildirən Şeyxülislam A.Paşazadə ölkələrimizi istəməyən qüvvələrə qarşı mütəşəkkil olmağın vacibliyinə diqqəti çəkib.
Qardaş Türkiyə dövlətinin şanlı Vətən müharibəsi dövründə Azərbaycana mənəvi dəstəyini və qardaş həmrəyliyini yüksək dəyərləndirən QMİ sədri A.Paşazadə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və dini-mənəvi əlaqələrin önəm kəsb etməsinə və davamlı inkişaf etdirilməsinin vacibliyinə diqqəti çəkib. Qafqaz Müsəlmanları İdarəsi ilə Türkiyə Diyanet İşleri Başkanlığı arasında dini-mənəvi əməkdaşlığın səviyyəsindən razılığını bildirən Şeyxülislam A. Paşazadə müfti Əli Erbaşla olan qardaşlıq münasibətlərini, birgə səylərini yüksək qiymətləndirib.
Səfir C.Bağçı qəbula görə minnətdarlıq edib, qardaş Azərbaycan dövlətində səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu dilə gətirərək, bu günədək mötəbər beynəlxalq tədbirlərdən tanıdığı nüfuzlu dini lider olan şeyxülislam Allahşükür Paşazadə ilə şəxsən görüşünə böyük dəyər verdiyini xüsusi vurğulayıb. O, Türkiyə dövlətinin hər zamankı kimi, bundan sonra da qardaş Azərbaycanla bütün müstəvilərdə və platformalarda bir yerdə olacağına əminliyini ifadə edib. Zəfərdən sonra Türkiyənin Azərbaycan dövləti ilə koordinasiyada Qarabağda gedən bərpa-quruculuq işlərində iştirak niyyəti barədə danışan səfir dağıdılmış dini-mənəvi abidələri də ehtiva edəcəyini xüsusi vurğulayıb. Səfirin Qüds məsələsinə dair müsəlman dünyasının narahatlığını qeyd etməsi ilə bağlı Şeyxülislam A.Paşazadə “Qurani-Kərim”də zikr olunan Qüdsü-Şərifin İslam aləmi üçün müqəddəslik kəsb etdiyini və müqəddəsliklərə münasibətin dəyişməz olduğunu xüsusi vurğulayıb.
Şeyxülislam A.Paşazadə səfirə qarşıdakı fəaliyyətində uğurlar diləyib, xalqlarımız, dövlətlərimiz üçün yeni uğurlara vəsilə olması üçün dualar edib, ən xoş arzularını bildirib.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

