/ / İradə İbrahimova: Ani ehtiyatsız davranış yüzlərlə hektar meşə sahəsində qarşısıalınmaz yanğınlara səbəb olur
İradə İbrahimova: Ani ehtiyatsız davranış yüzlərlə hektar meşə sahəsində qarşısıalınmaz yanğınlara səbəb olur
07.08.2021 [08:51]
Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. Aparılan təhlillər göstərir ki, meşə sahələrində baş vermiş yanğın hadisələrinin əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına riayət etməyən vətəndaşların, biçindən sonra sahələrə od vuran fermerlərin, təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsızlığından baş verir. Bu isə bizdən daha da ehtiyatlı olmağı tələb edir.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliynin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, hər kəs öz məsuliyyətini dərk etsə, insan etinasızlığından yarana biləcək bu fəlakətdən qurtula bilərik: “Tam səmimi deyirəm, yanğın məsələsindən o qədər narahatıq və bu mövzuya o qədər həssasıq ki, haradasa yanğın baş verdikdə bu xəbəri ürək ağrısı ilə qəbul edirik və istəyirik ki, bu narahatlıq və həyəcan bütün vətəndaşlarımızda da olsun. Yay mövsümündə təbiət ərazilərində yanğınların baş verməsi, təəssüf ki, bir reallıqdır və qaçılmazdır. Lakin hamımız bir nəfər kimi bu həyəcanı, bu narahatlığı hiss edib, davranışlarımızı maksimum dərəcədə ehtiyatlılıq üzərində qurarıqsa, insan etinasızlığından yarana biləcək bu fəlakətdən qurtularıq”.
Nazirlik rəsmisinin sözlərinə görə, meşəlik ərazilərdə baş verən yanğınlar, bu fəlakətin qarşısının alınmasında yaranan çətinliklər, təbiət və cəmiyyətə vurulan zərərlər, onun acı nəticələri ilə bağlı xəbərlər çox sarsıdıcıdır: “Biz də bu amansız alovun törədə biləcəyi fəsadlardan sığortalanmamışıq və yay mövsümü, qızmar hava şəraiti gələr-gəlməz hamımız narahatlıq və həyəcan içində günlərimizi keçiririk. Hər birimiz bilirik ki, təbiətdə baş verən yanğınların böyük əksəriyyətində insan faktoru var və hamımız bir şəxsin törətdiyi ehtiyatsız əməlin fəsadı qarşısında aciz qalırıq”.
“Bütün bunları nəzərə alaraq vətəndaşlarımızdan xahiş edirik ki, odla həddən artıq ehtiyatlı davransınlar ki, sonradan heyifsilənməyək, gözümüzün qabağında külə çevrilən yaşıllıqların qarşısında məyus olmayaq. Unutmayaq ki, bir nəfərin ani ehtiyatsız davranışı, qaydalara əməl etməməsi yüzlərlə hektar meşə sahəsində qarşısıalınmaz yanğınlara səbəb olur, eləcə də insanların, canlıların həyatına təhlükə yaratmaqla böyük fəlakətə yol açır. Nəticədə həm təbiətimiz, həm ekosistem məhv olur, həm də dövlətimizin büdcəsinə zərər vurulur”, - deyə İ.İbrahimova xatırladıb.
Qeyd edək ki, təbiət ərazilərində, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması və əhalinin məlumatlandırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maarifləndirici tədbirlər davam etdirilir, məlumatlandırıcı və xəbərdaredici posterlərin sayı artırılır.
Müsahibimizin sözlərinə görə, “Yanğına səbəb olmayaq” məlumatlandırıcı posterlər meşə sahələrinə yaxın yerlərdə, yol kənarlarında, insanların daha çox üz tutduğu yaşıllıq ərazilərdə yerləşdirilir.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

