"Nizami Gəncəvi" Komünukesi qəbul olunub
24.11.2021 [11:33]
Bakıda keçirilən “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” Beynəlxalq Forumunda səkkiz bənddən ibarət "Nizami Gəncəvi" Komünukesi qəbul olunub.
APA-nın məlumatına görə, Komünukeni mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev forumda oxuyub.
Komünukedə deyilir:
"Biz, “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçıları, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyini qeyd etmək, habelə onun ecazkar və daimi maarifləndirici ədəbi irsinə hörmət və ehtiramımızı ifadə etmək üçün Azərbaycan Respublikasının Bakı şəhərində bir araya gəlmişik.
Biz Nizami Gəncəvinin zəngin fəlsəfi ədəbi irsinin qorunması və təbliği istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Hökumətinə öz minnətdarlığımızı bildiririk. Bu baxımdan, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin imzaladığı Sərəncamı xüsusən qeyd etmək istərdik. Biz, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bu Forumu Bakı şəhərində təşkil etmək təşəbbüsünü də alqışlayırıq.
Biz qəbul edirik ki, dahi Nizaminin ölməz ideya və dəyərləri Şərq dünyasının Mövlana Cəlaləddin Rumi, Yunus Əmrə, Əmir Xosrov Dəhləvi, Əbd ər-Rəhman Cami, Əlişir Nəvai və Məhəmməd Füzuli kimi görkəmli şair və mütəfəkkirlərinə, eləcə də digərlərinə ilham verməklə yanaşı, regionda ədəbi-poetik ənənələrin formalaşmasına, fəlsəfi, sosial-mədəni və siyasi həyatın inkişafına, habelə ədəbi təfəkkürün tərəqqisinə təsir və nüfuz etmişdir. Tədqiqatçılar hətta Dante, Bokaçço, V.Şekspir, Höte, Ş. Rustaveli və digər Qərb ədəbiyyatının dahi klassiklərinin əsərlərində də Nizaminin təsirinin izlərini tapmışdılar.
Nizami yaradıcılığının şah əsəri – məşhur “Xəmsə” toplusunda ehtiva olunan fikirlər bu günədək qlobal gündəliyin əsas prioriteti olan və çağdaş dünyamızda da öz aktuallığını itirməyən humanizm, bərabərlik, ədalət, sülh naminə davamlı əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinin təşviqi kimi ümumbəşəri dəyərlərin təbliğində əsas rol oynamışdır.
Biz xüsusən vurğulayırıq ki, Nizami dühasının zaman-məkan məfhumundan asılı olmayan ideyaları qlobal miqyasda fərqli mədəniyyətlər və sivilizasiyalar haqqında təsəvvürün təşəkkülü baxımından olduqca əhəmiyyətli olmaqla yanaşı, güclü təsir və nüfuza malikdir. Dahi Nizaminin əsərlərində istər ayrı-ayrı insanların inkişafına, istərsə də ümumilikdə cəmiyyətə aid olan bir sıra məsələlər işıqlandırılır, insan həyatının demək olar ki, bütün aspektləri xüsusunda ensiklopedik yanaşma tərzi nümayiş etdirilir.
Biz, həmçinin vurğulayırıq ki, Nizami dühasının zəngin irsi çoxtərəflilik və inklüzivlik ənənələrini müjdələyən və bununla da universal dialoq üçün unikal platforma kimi xidmət edən ilham mənbəyidir. Nizami Gəncəvinin əsərlərində yer alan ideya və mesajlar multikulturalizm, tolerantlıq və sülh şəraitində birgəyaşayış anlayışlarını təbliğ edir.
Biz, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BMT-nin 2030-cu il üçün Qlobal Gündəliyində göstərilən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsini Nizami Gəncəvinin prizmasından izah edilməklə yeni yanaşma ilə gücləndirmək təşəbbüsünü alqışlayırıq. Bu yanaşma DİM-ləri milli mədəniyyət, tarix və adət-ənənələrin bir hissəsi kimi təqdim edərək daha yaxşı icma sahibliyinə imkan verəcək. İcmalar onları ənənələrinə xas olan və onlardan qaynaqlanan dəyərlər və məqsədlər kimi qəbul etmədikcə, DİM-lərə heç vaxt tam nail olunmayacaq. Biz digər dövlətləri DİM-in tam şəkildə həyata keçirilməsində yeni mərhələ kimi xidmət edə biləcək belə bir yanaşmadan istifadə etməyə çağırırıq.
Nizaminin böyük mədəni və zəngin fəlsəfi irsinin müasir dünyada güclü əks-səda doğurduğunu nəzərə alaraq, Forum iştirakçıları bu tədbirin regional əhəmiyyətli müxtəlif məsələlərin müzakirəsi məqsədilə mühüm dialoq platforması kimi müntəzəm olaraq Azərbaycan Respublikasında keçirilməsini təklif edirlər”.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

