Şagirdlərdə davranış pozuntuları - Səbəblər və çıxış yolu...
20.10.2022 [11:14]
Şagird-müəllim münasibəti, həmçinin məktəblilərin bir-biri ilə davranışı təlim-tədris prosesinin əsas tərkib hissəsidir. Bu münasibətlər şagirdlərin müəyyən mənada nailiyyətlərinin artması üçün də mühüm rol oynayır.
Tədris prosesində xoşagəlməz məqamların yaşanmaması, məktəblilərin təlim-tərbiyəsində valideynlərlə birgə müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Şagirdlərin davranış pozuntularının qarşısını almaq üçün məhz müəllimin peşəkar səviyyədə reaksiyası və görə biləcəyi tədbirlər olduqca böyük əhəmiyyət kəsb edir.
Son günlər məktəblilərin bir-birinə qarşı kobud rəftarını, hətta zorakılıq hallarını müşahidə edirik. Məktəbli yoldaşını bıçaqlayan, döyən şagirdlərin müəyyən davranış pozuntularının olduğu açıq-aşkar bəllidir. Bir çoxları bu cür xoşagəlməz məqamlarda valideynləri günahkar bilsə də, müəyyən qism baş verənləri məktəb rəhbərliyi və müəllimlərin məsuliyyətsizliyi, hətta səriştəsizliyi kimi qələmə verir.
Mədəni həyat və ailə həyatı
Hər bir şagird müxtəlif ailədən gəlir və hər bir ailənin mədəni fərqliliyi ola bilər. Misal üçün bir çox hallarda rayondan köçüb gələn ailənin uşağının ətrafda baş verənlərə münasibəti şəhərin mərkəzində doğulub boya-başa çatan uşağınki ilə eyni olmur. Ailədə tək övlad olan şəxsin davranışları ilə çoxuşaqlı ailədən gələn uşağın davranışında da fərqlilik ola bilər. Müəllimin bunları nəzərə alması və ümumi sinif üçün mədəni dəyərlər formalaşdırması lazımdır ki, mədəni və ailə həyatında fərqliliyi olan şagirdlər arasında anlaşılmazlıqlar minimuma ensin. Müəllim mədəni fərqlilikləri şagirdlərin tapşırıqları yerinə yetirmək dərəcəsindən, valideynlərin övladlarının təhsilinə maraqlılıq səviyyəsinə görə müəyyən edə bilər.
Davranış pozuntularının ağırlılıq dərəcəsi müəyyənləşib
Məktəblərdə şagirdlərin davranış pozuntularının ağırlıq dərəcəsi təsnifatlara bölünüb. Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, həmin təsnifatlar davranış pozuntularının ağırlıq dərəcəsini təyin edəcək. O bildirib ki, şagirdin davranış qaydaları ümumtəhsil məktəbləri üçün çərçivə xarakteri daşıyır: “Bu qaydalar əsasında məktəblər özləri də daxili qaydaları tərtib edə bilərlər. Nizamnamədə onlara bu səlahiyyət verilib. Məqsəd şagirdlərin bütün davranış qaydalarını nazirlikdən idarə etmək deyil”.
Həmin səviyyələr aşağıdakılardır:
1-ci səviyyə: Yüngül səviyyəli qayda pozuntuları
Üzrsüz səbəbdən dərsə gecikmək, ev tapşırığını yerinə yetirməmək, böyüklərə qarşı nəzakətsiz davranmaq və s.
2-ci səviyyə: Orta səviyyəli qayda pozuntuları
Məsələn, yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək, təhlükəsizlik qaydalarını pozmaq (Məsələn, pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək), başqalarına emosional-fiziki zərər vuran ehtiyatsız hərəkət və davranışa yol vermək və s.
3-5-ci səviyyə: Ciddi və ağır qayda pozuntuları
Başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq, əks cinsin nümayəndəsinə qarşı qeyri-etik şəkildə davranmaq, zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq və s.
Şagirdlərin cəzalandırılması aqressiya yarada bilər
Mövzu barədə “Yeni Azərbaycan”a danışan təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, orta məktəblərdə sinifdə nizam-intizam, davranış problemi şagirdlərin təlim nəticələrinə birbaşa təsir göstərən və məktəblərdə ən çox rast gəlinən problemlərdəndir. Nizam-intizam olmayan, davranış qaydalarına əməl edilməyən sinifdə yüksək təlim nəticələrindən danışmaq mümkünsüzdür: “Lakin nizam-intizam, sinifdə səssizliyin hökm sürməsi demək deyil, şagirdlərin diqqətinin dərsə cəlb olunmasıdır. Dərsi pozan, məktəbin normal gedişinə mane olan şagirdləri cəzalandırmaqdan çəkinməyi dünya təcrübəsi tələb edir. Mövcud dəyişiklik, yəni şagirdlərin cəzalandırılması onlarda məktəbə, müəllimə qarşı aqressiya yaradacaq, onları məktəbə, müəllimə qarşı birləşməyə sövq edəcək. Nəticədə şagirdlər məktəblə, müəllimlə birlikdə deyil, “əks cəbhə”də olacaqlar, məktəb və müəllim də daim bu cəbhədə döyüşməli olacaq. Konflikt böyüdükcə, valideynlər də bu məsələyə qoşulacaq və nəhayət məktəb, müəllim haqlı olsa belə, çoxluq qalib gələcək.
Şagird dərsə qulaq asmaya, nizam-intizam qaydalarına əməl etməyə bilər, lakin bu hərəkətləri onun timsalında “xuliqan” obrazı yaratmaq üçün əsas vermir. Səbirlə, təmkinlə, qayğı göstərərək onu ələ almaq, düzgün tərbiyələndirmək lazımdır”.
Dərsi 45 dəqiqə izah etmək müəllimlik deyil
Ekspertin fikrincə, hər bir şagird uğur qazana bilər, müəllimin vəzifəsi ona uğur qazanmağın yolunu göstərməkdir: “Bütün insanlar kimi uşaqlar da zəhmət tələb edən, xüsusilə, öhdəsindən gəlmək çətin olan işi görməyə can atmırlar. Şagirdə “sən bunu bacaracaqsan” fikrini təlqin etmək, onu dərsə cəlb etməyin ən yaxşı yoludur. Şagirdin səhvinə görə onu lağa qoymaq, danlamaq düzgün deyil, əksinə, onda tərifləyə biləcəyimiz mümkün olan xüsusiyyətlər axtarmalıyıq. Əlbəttə, bu, o qədər də asan deyil, lakin bunu bacarmaq lazımdır. Müəllimlik peşəsinin çətinliklərindən biri də budur. Müəllimlik, 45 dəqiqə müddətdə sadəcə dərsi izah edib, soruşub, qiymətləndirməkdən ibarət deyil. Şagirdlərin xüsusiyyətlərini öyrənməyə çalışmaq lazımdır. Əgər müəllimlər şagirdlərin daxili aləminə bələd olsalar, onları tez ələ alar, dərsə maraqlandıra bilərlər”.
Cəza növü təhdidə çevrilə bilər
K.Əsədov vurğulayıb ki, Elm və Təhsil Nazirliyi problemin həlli üçün qısa yolu seçərək, son dövrlər ortaya çıxan problemləri həll etmək istəyir: “Düşünürəm ki, davranış pozuntularının ağırlılıq dərəcəsini təsnifatlara bölməklə şagirdi təhsilə, düzgün davranışa cəlb etmək olmaz. Hansısa cəza yolu ilə məktəblərdə nizam - intizam yaratmaq mümkün deyil. Çünki həmin cəza növü artıq təhdid vasitəsinə çevrilə bilər.
Sivil cəmiyyətdə insanlar arasında münasibətlər hansı etik normalar əsasında qurulursa, məktəbdə müəllim - şagird münasibətləri də o cür qurulmalıdır”.
Çıxış yolu nədir?
Ekspert qeyd edib ki, şagirdlərdəki hər bir davranış pozuntusunun səbəbi var. Məsələn, ailədaxili problemlər, psixoloji məqamlar və s.: “Problemi həll etmək üçün ilk öncə şagirdlərin maraqlarını və öyrənmə ehtiyaclarını aşkara çıxarmaq lazımdır. Hər bir şagirdin riyaziyyat, humanitar fənlər, musiqi, idman, rəsm və s. kimi şəxsi maraq dairələri və bu sahələrə uyğun istedadları var. İdman və musiqi kimi sahələrdə istedad və marağı üzə çıxarmaq asandır, lakin bəzən elə olur ki, şagirdlərin gizli olan istedad və maraq dairələrini üzə çıxarmaq üçün mütləq valideynlə birgə işləmək lazımdır. Belə olduğu halda şagirdin davranışını idarə etmək daha rahat olar”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43

