Təcili yardım maşınlarını qəzaya sürükləyən səbəb...
17.12.2022 [11:39]
MÜŞFİQƏ
“Təcili tibbi yardım maşınının sürücüsü sərxoş halda qəza törətdi”, “Bakıda təcili yardım maşını qəzaya düşdü: həkim xəstəxanalıq oldu”, “Sumqayıtda təcili yardım maşını qəzaya uğrayıb, üç nəfər xəsarət alıb”, “Qazaxda təcili yardım avtomobili qəzaya uğradı”... Bunlar son vaxtlar medianın gündəmində yer alan xəbər başlıqlarıdır.
İnsanların yardımına qaçan, onların həyatını xilas emək üçün tələsən təcili tibbi yardımın işçiləri də təəssüf ki, çox vaxt bu yolda qurbana çevrilirlər. Aparılan araşdırmalara görə, qəzaların əksəriyyəti məhz təcili yardım avtomobilini idarə edən sürücülərin ehtiyatsızlığından baş verir. Mütəxəssislərin fikrincə, buna görə də sürücülər arasında maarifləndirmə işləri aparılmalıdır. Sürücülərin peşəkarlığı yol-nəqliyyat hadisələrinin azalmasına gətirib çıxara bilər.
1 qəza 100 min manat itki deməkdir
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı təcili yardım sürücüləri arasında maarifləndirmə işlərinin aparılması ilə yanaşı, digər məqama da toxunub: “Mütəxəssislər bu sürücüləri bir neçə dəfə təlimlərə cəlb etməlidirlər. Sürücülər işə qəbul edilərkən bir neçə parametrə diqqət yetirilməlidir. Məsələn, onlar gənc və çevik olmalı, eləcə də pis vərdişdən uzaq durmalıdırlar. Ən əsası, ilkin tibbi yardım qaydalarını bilməlidirlər. Sürücülərin işə qəbulu məsələsinə Səhiyyə Nazirliyi və TƏBİB son dərəcə diqqətlə yanaşmalıdır. Hər dəfə qəza törədən sürücü ucbatından ən müasir avadanlıqlarla təchiz olunan, yüz min dəyərində təcili tibbi yardım avtomobili sıradan çıxır”.
Başqa bir problem isə sürücülərimizin operativ nəqliyyat vasitələrinə, daha dəqiq desək, təcili tibbi yardım avtomobillərinə yol verməməsidir. Bəzən təcili yardım avtomobilləri uzun müddət tıxaclarda qaldığına görə xəstə həyatını itirir...
Dünyanın bir çox ölkələrində təcili tibbi yardım maşınlarına 12 saniyə ərzində yol verməyənlərə, habelə onu təqib edənlərə cəza tətbiq olunur. Azərbaycanda bu barədə hansı qaydalar var? Elməddin Muradlının sözlərinə görə, qanunvericilikdə operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər üçün 100 manat və 3 ballıq cərimə nəzərdə tutulur. Amma bu qaydaların tətbiqi mexanizmi çox zəifdir. Bəzi hallarda görüntü olmadığı üçün hadisə öz təsdiqini tapmır. Gərək bunun üçün kimsə çəkib paylaşsın ki, sonra məsələ həllini tapsın. Haqlı olaraq hər təcili tibbi yardım avtomobilini polis əməkdaşı müşayiət edə bilmir. Ona görə də xüsusi təyinatlı avtomobillərə kameralar quraşdırılsa, gündəlik informasiyaları mərkəzi bazaya ötürməklə, həmin sürücüləri məsuliyyətə cəlb etmək mümkündür. Hətta həmin görüntüləri sosial şəbəkələrdə yayımlayıb ictimai qınaq yaratmaq lazımdır”.
Təcili tibbi yardımın əməkdaşları narahatdırlar
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının direktor müavini Nuridə Fərzəliyeva da qəzetimizə təcili tibbi yardımın işinə əngəl törədən səbəblərdən danışıb. Onun sözlərinə görə, problemə əsas səbəb şəhərdə fasiləsiz tıxacların olmasıdır. O, problemdən çıxış yolunu isə xüsusi hərəkət zolaqlarının çəkilməsində görür: “Şəhərimizdə xüsusi təyinatlı avtomobillər üçün xüsusi zolaqların olmaması ucbatından təcili tibbi yardım avtomobilləri tıxaca düşür. Anlayışlı olan sürücülərlə yanaşı, yol verməyən sürücülər də var. Təcili tibbi yardım maşınlarına maneə yaradan avtomobillərin çəkilişi üçün müəyyən kameralar quraşdırılmalıdır. Nəticədə, müvafiq orqanlar vəziyyəti araşdırar, bu avtomobillərin sürücüləri haqqında lazımi tədbirlər görülər”.
Təcili tibbi yardım maşınlarının sürücüləri isə bütün təhlükələrə və çətinliklərə baxmayaraq, yenə də vəzifələrini icra etməkdə davam edirlər. Həmsöhbətimiz Əli Hüseynov kimi. O, 10 ildən çoxdur ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardımda sürücü vəzifəsində çalışır. Gün ərzində 8-12 çağırışa gedir. Bütün həyatı həyəcan üzərində qurulsa da, artıq bu tempə öyrəşib. Şikayəti isə qaydaları pozan sürücülərdəndir: “Sürücülərin əksəriyyəti təcili tibbi yardım maşınına yol vermək istəmir. Ya vəziyyətin nə qədər ciddi olduğunu dərk etmirlər, ya da insan həyatı onlar üçün bir heçdir. Axı həyatı təhlükədə olan xəstə elə həmin sürücülərin yaxınları da ola bilər. Belə sürücülər ucbatından bir çox həmkarlarım qəzaya düşürlər, həyatlarını itirirlər. İllərdir ki, mənim həyatım 4 təkər üstündə keçir. Xəstənin ünvanına vaxtında çatmamaq qorxusunu bu gün evimə sağ çatıb-çatmayacağım qorxusu əvəz edib”.
Hər kəs öz üzərinə düşən məsuliyyəti dərk etməli, qanunlara hörmətlə yanaşmalıdır. Yoxsa bizi ölümün pəncəsindən qurtaran, yenidən həyata döndərən ağxalatlılar dar macalda dadımıza çata bilməyəcəklər. Üstəlik, onlar da baş verən qəzalar səbəbindən canlarından olacaqlar. Bu isə, yəqin ki, heç kimə lazım deyil.
Xəbər lenti
Hamısına baxGündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18

