Erkən nikahla bağlı YENİLİK
26.01.2023 [10:27]
17 yaşda evliliyə icazə istisnası ləğv edilir
Yeganə BAYRAMOVA
Cəmiyyətimizdə aktuallıq kəsb edən problemlərdən biri erkən nikahlarla bağlıdır. Məlumdur ki, erkən nikah 18 yaşdan aşağı şəxslərin nikaha daxil olmalarıdır. Qanunvericiliyə əsasən, 18 yaşına çatmış şəxslər evlənmək və ailə qurmaq hüququna malikdirlər. Ölkəmizdə erkən nikah və onun doğurduğu fəsadlar hər zaman diqqətçəkən mövzulardan olub. Zaman-zaman bu fəsadların səbəb olduğu faciələr, problemlər haqqında danışılıb, müzakirələr aparılıb. Araşdırmalar nəticəsində bəlli olur ki, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bəzən də valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və digər səbəblərdən baş verir.
Qeyd etdiyimiz kimi, Azərbaycanda evlilik yaşı Ailə Məcəlləsi ilə müəyyən olunur. 18 yaşına, yəni yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq-yeniyetmə hesab olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə onların yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır. 18 yaş 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.
Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri Komitəsinin sədri Hicran Hüseynova komitə iclasında çıxışı zamanı bildirib ki, Ailə Məcəlləsində uşaq nikahı, erkən nikah anlayışının tərifi verilməlidir: “Eyni zamanda, nikah yaşına istisna hal hesab olunan 1 yaş güzəştin ləğvi ilə bağlı təkliflərimizi hazırlayıb parlamentə vermişik. Məişət zorakılığı ilə bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı layihəmizi də təqdim etmişik”.
H.Hüseynova bildirib ki, uşaqlara qarşı zorakılıq, xüsusilə də cinsi zorakılıq faktları ilə bağlı məsuliyyətin qəbul edilməsinə ciddi ehtiyac var.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində 11 erkən nikah qeydə alınıb. Erkən nikah qızlar arasında təhsildən yayınmaya ciddi təsir göstərir. Belə görünür ki, 1 yaş güzəştlə bağlı bənd lazımi effekt verməyib, yəni sui-istifadə halları artıb ki, hökumət onu aradan qaldırır.
Qız övladlarının bədbəxtliyinə imza atırlar
Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Millət vəkili qeyd edib ki, ölkəmizdə bir neçə il öncə qanunvericilikdə dəyişiklik oldu və Ailə məcəlləsinə əsasən istisna hallarda nikaha daxil olma yaşı 1 yaş azaldıldı: “Məsələn, valideynlərdən biri xəstədirsə, valideynin razılığı ilə və qızın fizioloji durumunda hansısa dəyişiklik varsa, 17 yaşda nikaha daxil olmağa icazə verilirdi. Ancaq görünən odur ki, yaş həddinin aşağı salınması sui-istifadə hallarını artırıb. Elə həmin validyenlərin “razılığı”ilə qızlarımız erkən yaşda nikaha sürüklənir və valideynlər nəticələrin nə olacağını düşünmədən qız övladlarının bədbəxtliyinə imza atırlar. Bu kimi hallar davamlı baş verdiyi, cəmiyyətimizi irəli aparmaq əvəzinə daha çox geriyə sürüklədiyi üçün həyəcan təbili çalmaq lazımdır”.
17 yaş icazə istisnasını ləğv ediriksə, arqumentlər olmalıdır
J.Əliyeva qeyd edib ki, nikah yaşının azaldılması problemlərin qarşısını almadı. Ona görə də nikah yaşının yenidən minimum 18 yaş olması həm subyektiv, həm də obyektiv təklif kimi nəzərdə tutula bilər: “Ümumilikdə, sosial sahə ilə bağlı olan və insanların həyat tərzi, ənənələri və alışqanlıqları ilə əlaqədar hansısa təkliflər ilk növbədə cəmiyyət tərəfindən qəbul edilməlidir. Bu təklifin dinləmələr şəklində müzakirəsi vacibdir. Yaş həddini endirdiyimiz zaman da bir çox maneələrlə qarşılaşmışdıq. Bu həddin azaldılmasını qəbul edənlər kimi, qarşı çıxanlar da var idi. İndi isə istisna hallarda nikah yaşının 1 yaş endirilməsi ilə bağlı qərarı ləğv edəcəyiksə, bunun üçün arqumentlərimiz olmalıdır. Məsələn, məişət zorakılığı qadınların öz hüquqlarını bilməməsi və erkən nikaha daxil olması ucbatından baş verirsə, bəlkə də nikah yaşının istisna hallarda 17 olması ilə bağlı qərarın ləğvi problemləri müəyyən qədər aradan qaldıra bilər. Ona görə “Bəlkə” deyirəm, çünki yer üzündə heç bir cəmiyyət, eyni zamanda, Azərbaycan cəmiyyəti məişət xarakterli, insanların qarşılıqlı münasibətlərindən doğan hansısa problemlərdən sığorta olunmayıb. Hər birimiz dövlət, qanunverici orqan və parlament olaraq çalışırıq ki, sağlam ailələr olsun. Çünki sağlam ailələr sağlam cəmiyyətin təməlini təşkil edir. Ona görə də nikah yaşının minimum 18 yaş olması müəyyən mənada ailənin daha möhkəm təməl üzərində qurulmasına şərait yarada bilər. Bir anlıq düşünək ki, tam olaraq şüurun, dünyagörüşünün formalaşmış olması, maddi problemlər həll edildikdən sonra ailənin qurulması belə ailələri daha uzunömürlü edir, nəinki asılı bir şəkildə, valideyn himayəsi və diqtəsi ilə qurulan ailələr. Bu baxımdan nikah yaşının minimum 17 yox, 18 yaş olması daha məqsədəuyğundur. Lakin yenə qeyd edirəm ki, bu, sadəcə, bir neçə nəfərin düşüncəsi ilə deyil, ümumilikdə, cəmiyyətimizin bu təklifə və qəbul edilən yeni qanuna hazır olmasından asılıdır. Məsələ ətrafında açıq müzakirələr apardıqdan, xüsusilə qızlarımıza ailə qurmaq üçün hansı yaş həddi daha uyğundur və nələr etmək lazımdır sualına cavab tapdıqdan sonra bu mövzuya yenidən qayıda bilərik”.
Məsələyə adət-ənənə prizmasından yanaşmamalıyıq
Psixoloq Elnur Rüstəmov da nikah yaşının minimum 18 yaş olmasını dəstəkləyir: “Çünki nikah yaşının istisna hallarda 17 yaş kimi nəzərdə tutulması bəzən vətəndaşlar tərəfindən sui-istifadəyə gətirib çıxarır. Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda erkən nikah problemi ilə rastlaşırıq. Xüsusən də rayonlarda və kəndlərdə belə halların ara-sıra baş verdiyinə şahid oluruq. Düşünürəm ki, güzəştlər ləğv edilərsə, bu cür halların qarşısının alınmasında mühüm rol oynayacaq. Nikah yaşının minimum 18 yaş olması ona görə nəzərdə tutulub ki, daha çox xanımlar bu yaşda ailə qurur və həmin fərd ailə qurarkən onun həm fizioloji, həm də psixoloji baxımdan hazır olması vacib məsələdir. Təəssüf ki, erkən nikahlar ailə quran fərdlərin təhsildən yayınmasına səbəb olur. Bu baxımdan qızlarımızın uşaq böyüdərkən təhsilli bir valideyn kimi yetişməsi önə çəkilməlidir. Məsələnin qanunvericilik tədbirləri öz yerində, ancaq maariflənmə işini aparmasaq, profilaktik tədbirləri görməsək, yenə də erkən nikahlarla qarşılaşa bilərik. Çünki bu gün erkən yaşda ailə qurmaq, uşaq dünyaya gətirmə prosesində ananın ölümü, doğulan uşağın fiziki və psixoloji sağlamlığında problemlərin mövcudluğu kimi neqativ hallarla rastlaşırıq. Yəni bu, elə bir məsələdir ki, məsələyə adət-ənənə prizmasından yanaşmamalıyıq. Bəzən erkən ailə quranların gətirdiyi arqumentlər adət-ənənələrlə bağlı olur. Məsələn, “Nənəm 14 yaşında, anam isə 15 yaşında ailə qurmuşdu, burada pis bir şey yoxdur”. Ancaq bir məqamı nəzərə almaq lazımdır ki, əvvəlki dönəmlə indiki dönəm arasında kəskin fərqlər var. Ona görə də zaman amilini diqqətə almalıyıq. Hicran xanımın təklifinin doğru və yerində olduğunu düşünürəm. Eyni zamanda, bu istiqamətdə əlaqədar qurumlar - istər Ailə, Qadın və Uşaq məsələləri Komitəsi, istər Daxili İşlər Nazirliyi, istərsə də yerli icra hakimiyyəti maariflənmə işi aparmalı, lazımlı tədbirlər görməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

