Dözülməz və çözülməz ağrı - Miqren...
04.05.2023 [11:00]
Hər milyon insandan 3 mini miqrendən əziyyət çəkir
Yeganə BAYRAMOVA
Bəlkə də təəccüblənəcəksiniz, ancaq dünya əhalisinin 80 faizi baş ağrısından əziyyət çəkir. Baş ağrıları əsasən havada zəhərli qazların olması, aclıq hissi, emosional və fiziki vəziyyətlər, soyuqlama, zəhərlənmə bəzən isə qəbul etdiyimiz dərmanların təsirindən yarana bilər. Ancaq davamlı və şiddətli ağrılar ciddi xəstəliklərin mövcudluğundan da xəbər verir. Bu ağrılar nevroloji xarakterli xəstəliklər sırasına daxildir.
Nevroloji xəstəliklərdən söhbət düşmüşkən, burada xüsusilə miqreni qeyd etməliyik. Hansı ki, cinsindən asılı olmayaraq hər kəs həmin xəstəliyin hədəfi ola bilər. Araşdırmalara görə, miqren zehni işlə məşğul olan insanlar arasında daha çox yayılıb. Qeyd edək ki, miqren elmi ədəbiyyatlarda tam araşdırılmamış xəstəliklərə aid edilir. Xəstəlik uşaqlıq və ya gənc yaşlarında özünü göstərməyə başlayır. Miqrenin pik dövrü isə 30-45 yaşda olan xəstələrin payına düşür.
Miqrenin əlamətləri
Başın bir tərəfində intensiv və döyünən xarakterli ağrılar peyda olur, alın, gicgah və göz nahiyəsini əhatə edir. Parlaq işıq ağrıların intensivləşməsinə səbəb olur. Həmçinin güclü səs və qoxu bu ağrıları artıra bilir. Ağrılar bəzən gecə yuxuda olan zaman və yaxud səhər saatlarında, oyanma anında xəstəni narahat edir. Lakin gündüz saatlarında miqren ağrılarının intensivləşməsinə daha çox rast gəlinir.
Ümumiyyətlə, bu xəstəlik iki qrupa bölünür: Auralı və aurasız. Miqrenlərin yalnız 10 faizində aura var.
Miqren aurası nədir?
Aura simptomlara yaxın miqrendə rast gəlinən simptomlardır. Bu simptomların əksəriyyəti görmə ilə əlaqədardır. Xəstə bir ərazidə və ya bölgədə parlaq işıqlar, ziqzaq xətləri və ya bulanıq görmə, görmə itkisi kimi narahatlıqlar olduğunu bildirir. Bundan əlavə, qol və ayaqlarda uyuşma, başgicəllənmə, nitq pozğunluqları da Miqren aurasında görülür. Bu hal 20-30 dəqiqə çəkir və sonra ağrı başlayır.
Miqreni sürətləndirən amillər
Havanın çirkliliyi, siqaret tüstüsü, parlaq işıq və ya titrəyən işıq, yüksək və davamlı səs, ətir qoxusu, digər güclü qoxular və kimyəvi maddələr. Həmçinin hava şəraitindəki dəyişikliklər, mövsümi dəyişikliklər, aclıq, yeməkdən imtina etmək, çox və ya çox az yuxu, yuxu rejimindəki narahatlıqlar, doğuşa nəzarət həbləri, qadınlarda hormonal dəyişikliklər. Bundan başqa, bəzi qidalar və içkilər, məsələn, şokolad, qoz-fındıq, qırmızı şərab və s. də miqren ağrılarını sürətləndirir.
Dünyada ən geniş yayılmış 3-cü xəstəlik
Nevroloq Lamiyə Həsənova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bir ay ərzində xəstədə ağrı sayı üç-dörddən çox olarsa, miqren hücumlarının qarşısını almaq üçün dərmandan istifadə etmək lazımdır. O, qeyd edib ki, xəstədə ayda bir dəfə və ya 6 ayda bir miqren tutması baş verirsə, bu zaman həkimin təyin etdiyi daha yüngül müalicə, bəzən isə dərman müalicəsi belə tətbiq edilmir: “Nevroloji miqren xəstəliyi böyüklərdə 4-72 saat, uşaqlarda isə 1-72 saat davam edə bilir. Miqren dünyada ən geniş yayılmış xəstəliklər sırasında 3-cü yerdədir. Bu növ baş ağrısı şəkərli diabet, epilepsiya və astma xəstəliklərindən də çox yayılıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Yer kürəsində hər gün təxminən hər milyon insandan 3000 nəfəri miqrendən əziyyət çəkir. Külək, fırtına, Günəş işığı, rütubətin yüksək səviyyəsi də miqren yarada bilər. Miqren ağrılarının şiddətlənməsinə səbəb baş və beyin damarlarının genişlənməsidir”.
Nevroloqun sözlərinə görə, miqren ağrıları fərqli olur. Uzun müddət ara ilə müşahidə edilən ağrılar “epizodik ağrılar” adlanır: “Ağrılar son 3 ayda 15 gün və daha çox olursa, bu, artıq xroniki miqrendir. Xroniki miqrenə depressiya, yuxusuzluq və digər hallar səbəb ola bilər. Xroniki miqren müalicə edilmədikdə, ciddi fəsadlara yol açması mümkündür”.
Xəstəliyin müalicəsi yoxdur
L.Həsənova vurğulayıb ki, miqren ağrılarının yaranmasının konkret səbəbi olmadığı kimi, müalicəsi də yoxdur. Belə ki, xəstəliyin müalicəsi məqsədilə, sadəcə olaraq, ağrını aradan götürmək üçün ağrıkəsicilərdən istifadə etmək olar: “Miqren ağrıları zamanı istifadə edilən dərmanlardan uzunmüddətli istifadə məsləhət deyil. Unutmayaq ki, həddindən artıq ağrıkəsicilərin istifadəsi ağrıların çoxalması və xronikləşməsinə səbəb ola bilər.
Daha çox qadınlar miqrendən əziyyət çəkir
Nevroloq bildirib ki, tez-tez ani və şiddətli baş ağrısı, hərarətin artması, cüt görmə, keyimə, danışıqda problem, 50 yaşdan sonra başlayan baş ağrıları hiss etdikdə mütləq həkimə müraciət etmək lazımdır: “Qadınlarda miqren xəstəliyi kişilərə nisbətən daha çox olur. Miqrenli xəstələr düzgün və sağlam qidalanmalı, ac qalmamalıdırlar. Bol su içmək, idmanla məşğul olmaq lazımdır. Bunlar mümkün deyilsə, açıq havada gəzmək, yuxu rejiminə diqqət yetirmək, yuxusuz qalmamaq, stressi artıran hadisələrdən uzaq olmaq vacibdir. Xəstəni narahat edən hava şəraiti zamanı isə evdən çıxmamaq məsləhətdir”.
Qeybə çəkilən miqren dərmanları...
Qeyd edək ki, apteklərdə miqren dərmanların bəzisi, hətta ən effektiv təsirə malik olanları tapmaq olmur. Məsələn, “Anti-Migren”, “Avmigran” kimi dərmanlar bu qəbildəndir. Halbuki adını çəkdiyimiz preparatlar bir zamanlar ölkəmizdə satışda olsa da, vətəndaşlar indi həmin dərmanları yalnız Türkiyə və digər xarici ölkələrdən alırlar. Maraqlıdır, vətənaşların bu dərmanları çətinliklə əldə etməsinə səbəb nədir?
Məlum sorğu ilə bağlı Səhiyyə Nazirliyindən qəzetimizə verilən açıqlamada bildirilib ki, apteklərin dərman vasitələri ilə təminatı Nazirliyin səlahiyyətləri daxilində deyil. Nazirliyin Analitik Ekspertiza Mərkəzi yalnız dərman preparatlarının dövlət qeydiyyatına alınması və keyfiyyətə nəzarəti həyata keçirir: “Ola bilsin ki, əvvəllər bəzi dərmanların ölkəmizdə satışı həyata keçirilsə də, hazırda həmin preparatlar yoxdur. Dövlət Gömrük Komitəsi dərman preparatlarının tərkibini yoxladıqdan sonra hər hansı bir uyğunsuzluq aşkarlandığı halda həmin dərmanların ölkəmizə daxil edilməsinin qarşısını alır. Səhiyyə Nazirliyi ölkəyə dərman idxalına nəzarəti yox, yalnız istifadəsinə icazə verilən preparatların satışını təsdiqləyir”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

