Dəniz suyu - faydaları, zərərləri...
21.07.2023 [13:00]
Çimərlik mövsümündə nələrə diqqət etmək lazımdır?
Yayın istisində hamının üz tutduğu məkan çimərliklərdir. Dəniz suyu insanı sərinlətməklə yanaşı, sakitləşdirir, yorğunluğu çıxarır, bədəni yüngülləşdirir və bütün gərginliyi çıxarır. Üzmək isə bədən və sağlamlıq üçün çox faydalı bir məşğuliyyətdir. Dəniz suyunun hələ çox qədimdən müalicəvi xüsusiyyəti olduğu da məlumdur. Ancaq araşdırmalar zamanı dəniz suyunun faydaları ilə yanaşı, zərərlərinin olması da ortaya çıxıb...
Dəniz suyunun tərkibi - su yosunları, dəniz heyvanları...
Dənizdə çimərkən çoxumuz bilmədən dəniz suyunu uda bilərik. Bu, bəlkə də adi görünür, ancaq elə deyil. Amerikalı alimlər araşdırmalar zamanı dəniz suyunu mikroskopla 25 dəfə böyüdərək tərkibini görüntüləyiblər. Məlum olub ki, bir neçə damcı dəniz suyunun tərkibində Larva, Siyanobakteriya, Diyatome (su yosunları), Kopepod, Kıllıçeneliler (onurğasız dəniz heyvanları), balıq yumurtaları və dəniz soxulcanları olur.
24 saat içində ölüm
Dəniz suyunun içində olan bəzi canlılar, təkhüceyrəli bitkilərin bir qismi toksin ifraz edirlər. Bu toksin 24 saat içində ölümlə nəticələnən hallara səbəb ola bilər. Məsələn, dəniz ilbizi kimi canlılar bu toksini hepatopankreaslarında saxlayır. Bu toksin tərkibli dəniz ilbizini yesəniz, ölə bilərsiniz. Bundan başqa, dənizin içində olan yosunlar zamanla sahildə toplanırlar. Korlanan yosunlar yod qazı ortaya çıxarırlar. Yod bədənimiz üçün yararlı olsa da, bəzən zərər də verə bilir.
Bəllidir ki, dəniz suyu dəridəki bəzi xəstəliklər üçün faydalıdır - bununla yanaşı, dəniz suyunu içmək orqanizmə zərərlidir, insanda qaşıntı, şişkinlik, susuzluq yaradır
12:00-dan 17:00-dək
İnfeksionist Vüqar Xəlilov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, vətəndaşların nəzarət edilən və təhkim olunmuş çimərliklərdən istifadə etmələri daha məqsədəuyğundur. Çünki həmin çimərliklərdə dəniz suyunun laborator göstəricilərinə baxılır, ərazi epidemioloji cəhətdən dəyərləndirilərək insanlar üçün uyğun görülür. “Yay aylarında günvurma halları çoxalır. Vətəndaşların birbaşa günəş şüası almamaları üçün təyin olunmuş ərazilərdə yerləşdirilən çətirlərdən istifadə etmələri vacibdir. Gün ərzində saat 12:00-dan 17:00-a qədər günəş şüalarının təsiri daha güclü olur. Bu zaman günvurma halları daha çox müşahidə edilir. Bacardıqca dəniz suyunu ağız boşluğuna qəbul etməməyə ciddi riayət olunmalıdır”.
Çimərlikdə bunları yeməyin
İnfeksionist dəniz qumundan keçə biləcək infeksiyalar barədə danışarkən bildirib ki, açıq və qanayan yara olmadığı təqdirdə dəniz qumu təhlükə yaratmır: “Çimərlikdə olarkən yağlı, konservləşdirilmiş ərzaqlardan imtina etmək lazımdır. Daha çox meyvə və tərəvəzlərə, xüsusilə tərkibi beta-karotinlə zəngin olan kök, ərik və şaftalıya üstünlük vermək daha məqsədəuyğundur.
Orqanizmin maye balansını normal saxlamaq üçün gün ərzində çimərlikdə istirahət edərkən 1,5-2 litr su içmək lazımdır. Yaşıl çay, təbii meyvə şirələri də qəbul etmək faydalıdır. Çimərlikdə süd və ət məhsulları yemək məsləhət deyil. Bu kimi məhsullar isti havada orqanizmi artıq yükləyir və həmçinin zəhərlənməyə səbəb ola bilər”.
İnfeksionist dənizin faydalı tərəflərini də sadalayıb. O, qeyd edib ki, dəniz iltihabi proseslərin geriyə inkişafını dəstəkləyir: “Dəniz havası və qumu çox faydalıdır. Revmatik, yel və artrit xəstəliklərinə qarşı yaxşı təsiri var. Dəniz havası yod tərkiblidir. Qan dövranını yaxşılaşdırır və immun sistemini inkişaf etdirir”.
Günəşin fəsadları
Dermatoloq-həkim Tamilla Məmmədovanın sözlərinə görə, günəşin aktiv saatlarında insanlar çölə çıxmamalıdırlar. O, qeyd edib ki, günəş dəridə fotodermatit deyilən xəstəliyə səbəb olur, eyni zamanda, dərimizdə yanıqlar əmələ gətirir: “Günəşin ən böyük fəsadlarından biri də bədənimizdəki xalların onkoloji xəstəliyə çevrilmək ehtimalını artırmasıdır”.
Dəniz suyunun saça zərərləri
T.Məmmədova vurğulayıb ki, təmiz dəniz suyunun tərkibindəki yararlı mineral və elementlərin saçın sağlam uzanmasına və yağlı dəri kəpəklərinin həllində faydalı olduğu düşünülür. Amma günümüzdə dəniz suyu çox çirkləndirilir: “Duzlu dəniz suyu ilə təmas etmənin saç və saç dərisinə zərərli təsirləri var. Duzlu dəniz suyuna məruz qalan insanlarda qoruyucu keratin təbəqəsi pozulur, saçlarda quruma, qırılma olur. Xüsusilə günəş şüalarının qurudub korladığı saçlar dəniz suyuna qarşı daha həssas olurlar. Boyalı, korlanmış, nazik, zəif və quru saçlar dəniz suyunun zərərlərindən daha çox təsirlənir.
Yay aylarında məruz qaldığımız günəş şüası və dəniz suyu saç rəngini soldurur və matlaşdırır. Saçlı dərini qurudaraq kəpək və qaşıntıya yol açır. Dəniz suyu saçın təməl hüceyrələri olan keratinositlərin ölümünə səbəb olur. Uzun müddət dənizdə qalan insanların tez-tez sudan çıxıb bol təmiz su ilə saçlarını durulaması çox faydalı olacaq. Duzlu dəniz suyunun saç və saç dərisində fəsadlarının qarşısını almaq üçün tətildən sonra protein tərkibli və nəmləndirici xüsusiyyəti olan şampunlar istifadə etmək məsləhətdir”.
Məlumdur ki, yay mövsümü ilə əlaqəli bir çox insan D vitamini əskikliyini günəş vasitəsilə tarazlamağa çalışır. Bəs necə etməliyik ki, həm vitaminsiz qalmayaq, həm də günəşin fəsadlarından qorunaq?
Həkimin sözlərinə görə, yayda topladığımız vitamin bütün qış ərzində kifayət etmir. Buna görə də, şəhər yerində yaşayırıqsa, vitamin D əlavəsi atmağa məcburuq: “Onu da qeyd edim ki, D vitamini əlavəsini payız-yaz aylarında qəbul etmək daha məsləhətdir. Ancaq günəşin aktiv vaxtı birbaşa günəş şüası altında durmaq düzgün deyil”.
SPF-lərdən istifadə vacibdir
Günorta saatlarında çimərlikdə günəşlənməyin doğru olmadığını bildirən dermatoloq qoruyucu kremlərin vacibliyini də vurğulayıb: “Günəş qoruyucular təkcə günəşdən yanmaqdan qorumur. Bu vasitələr həm də melanin piqmentinin aktivliyinin azalmasına kömək edir, yəni, dəri rəngini təmin edən melanin piqmenti bu kremlərin təsirindən ultrabənövşəyi şüaları qoruyur. Amma həmin qoruyucu kremlər, yəni, SPF-lər ən azından 2 saatdan bir yenilənməlidir ki, effektiv nəticədə əldə edilsin. SPF-i 30-dan yuxarı olan istənilən keyfiyyətli krem günəşdən qorunmaq üçün kifayətdir. Onu da nəzərinizə almaq lazımdır ki, ən keyfiyyətli Günəşdən qoruyucu kremin belə təsir müddəti cəmi 2-3 saatdır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17

