Gözəllik “Dr.”ları...
04.08.2023 [13:00]
Qadınlara “ov” gözündə baxan “uzman-həkim”lər
Y.BAYRAMOVA
Son bir neçə ilin tibbi xəbərləri, bu sahədə olan yeniliklər, uğurlu əməliyyatlar bu sözlərlə müşayiət olunur-”uzman” və “dr.”. İşində uğuru olan-olmayan, peşəkar olan-olmayan bir çox həkimlər Türkiyədə bəzən bir neçə aylıq seminar-kurslar keçdikdən sonra ölkəmizə qayıdanda adının qarşısına “uzman” sözünü də artırır. Dr.- lar isə lap şanslıdır, tibbi təhsilə ehtiyac qalmır, əlinə iynə ala bilirsə, olur dr.kosmetoloq. Necə deyərlər, vur çatlasın, çal oynasın, qaz vurub, qazan doldururlar.
Əsl uzman belə olmalıdır...
“Uzman” sözü Azərbaycan dilindəki “ekspert” sözünün türkçəsidir. Tibb fakültəsini bitirən hər kəs həkimdir, lakin konkret sahə seçəcəksə, bu sahənin həkimi, müasir dillə desək, uzmanı olmaq istəyirsə, 3-4 il həmin sahədə assistentlik etməlidir. Yalnız bundan sonra cərrah, oftalmoloq, pediatr, ginekoloq və s. ola bilər. Yəni, qısası, uzman həkim deyilirsə, o işinin öhdəsindən gələ bilən, öz sahəsinin eksperti olan həkimlərə deyilir. Qəribə burasıdır ki, əvvəllər bu sahədə baş ağardan, ömrünü peşəsinə həsr edən həkimlər yalnız uzun illərdən sonra özünü öz sahəsinin eksperti hesab edirdi. Daha doğrusu, onu cəmiyyət, tibb aləmi ekspert hesab edirdi, o, özünü belə adlandırmırdı. Amma indi ali məktəbi yenicə qurtarmış, qonşu Türkiyədə bir iki-kurs təlimatı oxuyub ölkəmizə qayıdan bütün gənc həkimlər özünü “uzman” və “dr” adlandırır.
İnstaqram dr.-ları...
Dr. doktorun qısaldılmış formasıdır. Dəbdə olan ifadədir. Bunu virtual platformanın həyatımıza bu qədər çox müdaxiləsindən sonra müşahidə elədik. Ölkədə özünə “dr.filankəs” deyən adamların sayı durmadan artır. Xüsusilə, kosmetologiya sahəsində vəziyyət dəhşətlidir. Azərbaycan Tibb Universitetində kosmetologiya fakültəsi yoxdur. Yəni bizim ali tibb ocağımız kosmetoloq yetişdirmir. Ona görə də hazırda bu sahə üzrə çalışanların böyük əksəriyyəti ixtisaslı həkim deyillər. Çoxunun isə hətta orta tibbi savadı belə yoxdur. Özünə bir instaqram səhifəsi açıb “dr.kosmetoloq” adı qoyan və insanların sağlamlığı üzərində eksperimentlər keçirən qeyri-peşəkar insanlar göbələk kimi artır...
Süni materialları, naməlum maddələri insanların dodağına, burnuna, yanağına yeridərək müqabilində yaxşı pul qazanan bu insanlara nəzarət yoxdur. Əksəriyyəti bir gözəllik salonu açıb orada fəaliyyət göstərir. Qanunla Səhiyyə Nazirliyi gözəllik salonlarında müvafiq yoxlamalar aparmır, bu işlə prokurorluq məşğul olur, onlar da şikayət əsasında. Yəni əgər şikayət olunmasa, bu salonlarda qadınların sağlamlığına qəsdən və ağır formada zərər vurma prosesi elə belə də davam edəcək.
Qadınlar niyə şikayət etmir?
Qadınlar şikayət etmirlər, çünki normal halda ixtisasca həkim olan, tibb universitetini bitirən, sonra da kosmetologiyaya marağı olub xaricdəki tibb ocağında bu ixtisası oxuyan peşəkar həkim bu proseduru “qırdı-qaçdı” etmir. Normalda 200-300 manat tutan peşəkar bir prosedur bu salonlarda 50-70 manata edilir. Məsələn, dodağınıza tərkibinin nədən nibarət olduğu bilinməyən bir maddəni yeridib sizi istədiyiniz böyük həcmli dodaqlara qovuşdururlar. Sizin başınıza növbəti aylarda nə gələcək, xərçəngə yoluxacaqsınız, dodağınız çürüyəcək, burnunuz qopub düşəcək, bu onlar üçün maraqlı deyil. Bir sözlə, öz sağlamlığına dəyər verməyən pasiyent onlar üçün potensial “ov”dur...
“Tor”a düşməyə hazır o qədər qadın var ki...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən kosmetoloq Tamilla Məmmədovanın sözlərinə görə, işinin peşəkarı olan, savadına güvənən hər bir kosmetoloq razı olar ki, bu işə nəzarət mexanizmi hazırlansın: “Yoxsa hər zirzəmidə bir salon, hər salonda 2-3 belə adam qadınların üzərində təcrübə keçib həkim olmaq sevdasına düşür. Hər gün bir tibbi-kosmetoloji prosedur kəşf edirlər. Gah damardan qan alırlar və onu üzə vururlar, üzdə iltihab yaranmasına səbəb olurlar. Gah buruna dolğu vurub əyrisini düzəldirlər, 6 aydan sonra yenə əyilir, yenə dolğu, yenə əyilir, axırda burun deformasiya olur. Xanımlara məsləhət görürəm ki, hər özünə səhifə açıb müştəri tutan dr.-lardan uzaq gəzsinlər. Əgər simalarında bəyənmədikləri nəsə varsa, bunun üçün peşəkar həkimə müraciət etsinlər, xaricdə kosmetologiya təhsili almış kifayət qədər çox peşəkar həkimimiz var. Qonşu ölkələrdə həkimlər bu işi icra edə bilmək üçün ali məktəbdə təhsilini alırlar, müvafiq nazirliyin sertifikasiyasından keçirlər. Bizdə dr.kosmetoloq olmaq üçün bir-iki seminar, 1 A4 kağızına çıxarılmış əsassız diplom, bir də yaxşı piar olmalıdır. Tora düşməyə hazır o qədər qadın var ki...”.
Hər kəs estetik əməliyyat etdirir...
Psixoloq Aynur Ələkbərova bildirib ki, bir insanın gözlə görünən bir qüsuru varsa və bu onun sosiallaşmasında problem yaradırsa, estetik əməliyyat etdirə bilər: “Bəzən travmalardan sonra üzdə izlər qalır. Yaxud elə insanlar var ki, burun çəpəri əyridir, rahat nəfəs ala bilmir. Bu cür hallarda, əlbəttə ki, əməliyyat etmək olar. Belə olduqda həmin insanın özünə inamı da yerinə gəlir. Yəni, əməliyyatın müsbət tərəfləri də var. Amma bu gün Azərbaycanda demək olar hər kəs estetik əməliyyat etdirir”.
Psixoloq rəyi vacibdir
A.Ələkbərova estetik əməliyyatlarda psixoloq rəyi olmasının vacibliyindən də danışıb: “Heç bir estetik cərrah icazə verməz ki, estetik əməliyyatlarda psixoloq rəyi olsun, çünki psixoloq rəyindən sonra həmin insan o əməliyyatdan imtina edə bilər. Bəzi “həkimlər” var, mənə xəstə yönləndiriblər, deyiblər ki, xəstə əməliyyata girəndə qorxub çıxıb. Ona güvən verin ki, əməliyyata razı olsun, qorxmasın, amma demir ki, onun əməliyyata ehtiyacı yoxdur. Bunu heç bir “həkim” etmir”.
Nazirlikdən xəbərdarlıq
Yeri gəlmişkən, bu günlərdə Səhiyyə Nazirliyi kosmetoloji işlərlə məşğul olanlara xəbərdarlıq edib. Belə ki, kosmetoloji işlərlə məşğul olanlar (həkim-dermatoloq) ali tibbi təhsilli mütəxəssislər və ya orta tibbi təhsili olan orta tibb işçiləri olmalıdırlar Bu barədə Nazirliyin Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsinin müdir müavini Ramik Quliyev bildirib. O vurğulayıb ki, kosmetoloji xidmətlər insan orqanizminin örtük toxumalarına müdaxilə ilə müşayiət olunduğundan bu müəssisələr müvafiq tələblərə cavab verməlidirlər: “Həmçinin bu ali və ya orta ixtisas təhsilinə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından beş ildə bir dəfə sertifikasiyaya cəlb edilməlidirlər.
“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin ali tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14

