Məktəb zamanı gəldi...
07.09.2023 [12:18]
Hər büdcəyə uyğun məktəb ləvazimatları
Eləsi var cib yandırır, eləsi də var uzaq durmaq məsləhətdir
Sentyabrın 15-nə sayılı günlər qalıb. Məktəb zamanı yetişmədən öncə ləvazimatlar satılan məkanların qarşısında səs-küy, növbənöv ləvazimatlar, mağazadan razı çıxan uşaqlar, elə üzündən narazılıq yağan valideynlər... Bu mənzərə hər il təkrarlanır. Uşaqlar bazara yeni gətirilmiş ləvazimatlardan nə qədər razıdırlarsa, valideynlər onların qiymətindən bir o qədər narazıdırlar. Bir uşağın məktəbə yola salınması üçün nə qədər vəsait lazım olduğunu bilincə, siz də təəccüblənəcəksiniz.
Araşdırmamız nəticəsində məlum oldu ki, ibtidai sinif şagirdlərinə ayrılan büdcə ilə, yuxarı sinif şagirdlərinə ayrılan büdcə arasında böyük fərq var. Maraqlısı isə ondadır ki, birinci sinfə gedən uşağın xərci daha çox olur. Məsələn, əgər gözəl və keyfiyyətli məktəbli çantası almaq istəyirsinizsə, ən azı 50-190 manatınızdan keçməlisiniz. Təbii ki, çantanın içərisini də doldurmaq lazımdır. Bunun üçün dəftər, qələm, rəngli karandaşlar, boyalar, test kitabları və s. lazım olacaq. Müxtəlif qiymətləri olan bu ləvazimatların hər büdcəyə uyğun çeşidi var. Ancaq söhbət keyfiyyətdən gedirsə, bu daha çox vəsait tələb edir. Dəftərlər 40 qəpikdən 4 manata qədər artır. Dəftər üzləri 15 qəpikdən, 2 manatadək, qələmlər 10 qəpikdən, 9 manata (qutu halında), karandaşlar isə 20 qəpikdən, 25 manata qədər artır. Və bu lazımi ləvazimatın sadəcə bir hissəsidir. Karandaşyonanlar 0.20 qəpikdən, 20 manatadək, pozanlar 10 qəpikdən, 3 manatadək artan qiymətdədir. Penallar isə 2 manatdan, 60 manatacan artır. Hər halda 60 manatlıq penal hər kəsin büdcəsinə uyğun deyil. Belə olan zaman valideyn həm ucuz, həm keyfiyyətli ləvazimat alır. Məktəb formalarının qiymətinə gəldikdə, 40-100 manat arası dəyişir. Nəzərə alsaq ki, ibtidai sinif şagirdinin xərci daha çoxdur, o zaman bir məktəblinin minimum büdcəsi 200-300 manat aralığında olmalıdır.
Paytaxtdakı mağazalardan birinin satış mütəxəssisi bildirdi ki, məktəb ləvazimatlarının qiymətində ötən illə müqayisədə endirim kampaniyaları aparılır. Endirimə isə şübhəsiz ki, hər yerdə olduğu kimi ötən ildən qalma mallar daxil edilib. Məhsullar fərqli ölkələrdən gətirildiyinə görə, çeşidlər də boldur. Keyfiyyətə gəlincə isə “ucuz ətin şorbası olmaz” deyiblər...
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

