“Uşaq oyunu”, yoxsa “ölüm oyunu”?
06.10.2023 [11:46]
Bu gənclər cəzalandırılmalıdırlar
Günel ABBAS
Son vaxtlar dünyada adrenalin həvəskarı olan yeniyetmələrin sayı artır. Onlar özlərindən yeni və təhlükəli oyun növləri kəşf edərək zamanlarını belə “səmərəli” keçirirlər. Ötən günlərdə sosial şəbəkələrdə bu cür oyunlara maraq göstərən və həm özlərinin, həm də ətrafdakıların həyatını təhlükəyə atan gənclərin videogörüntüləri müzakirələrə səbəb olub. Onların bu təhlükəli hərəkətləri qınaqla qarşılanıb və tez zamanda geniş auditoriyaya çatıb.
Yeri gəlmişkən, sosial şəbəkələrdə “ölüm oyunu” adı ilə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atılmasını əks etdirən həmin görüntülər tez zamanda araşdırılıb. Polis əməkdaşları tərəfindən hərəkət iştirakçılarının həyatına və əmlakına real təhlükə yaradan şəxslər müəyyən ediliblər. Həmin əməli törədən şəxslər - 2006-cı il təvəllüdlü Həsənov Sədrəddin və 2007-ci il təvəllüdlü Hüseynli Pünhan saxlanılaraq polis orqanına gətiriliblər. Qeyd edək ki, faktla bağlı araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcək.
Yeniyetmələrdə adrenalin həvəsinin səbəbləri
Məlumdur ki, bütün hadisələrin alt qatlarında müəyyən səbəblər dayanır. Həmin səbəblər zaman keçdikcə fərdlərə, xüsusilə yetkinlik yaşına çatmamış uşaq və gənclərə mənfi təsir göstərə bilir. Hətta bəzən xoşagəlməz nəticələr ortaya çıxarır.
Psixoloq Gülnar Orucova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, yeniyetmələrdə həyata baxış fərqlidir: “Yəni digər yaşlarda, məsələn, daha irəliləyən yaşlarda fərqli olur. Amma yeniyetmələrdə fərqli olur. Yeniyetmələr hər zaman özlərini böyümüş kimi göstərməyə çalışırlar. İstəyirlər ki, mən böyümüşəm mesajını ötürsünlər. Bəzən valideyn bu “mən böyümüşəm” mesajını qəbul eləmir. Belə olanda isə başqa şeylər baş verir, özünü olduğu mühitdə təsdiq eləməyə çalışır və burada artıq təhlükəli oyunlara, təhlükəli işlərə, zərərli vərdişlərə yiyələnə bilir. Bəzən müşahidə edirik ki, azadlığı valideyn övlada müəyyən zaman kəsiyində vermir. Ona davamlı özünə tabe olduğunu, sözündən çıxmamasını, icazəsiz heç yerə getməməsini deyir. Uşaq universitetə qəbul olanda artıq azadlıq əldə edir, onda da azadlığı başqa anlayışlarla qarışdırır.
Yeniyetmələrdə “nə istəyirəm edəcəm” fikri formalaşır. Amma uşaqlar, yeniyetmələr başa düşmür ki, azadlıq istədiyini etmək deyil, etiraz etmə haqqıdır. Bəzən yeniyetmələr adrenalini yaşamaq üçün müxtəlif zərərli vərdişlərdən istifadə edirlər. İçki içirlər, siqaret çəkirlər, müxtəlif narkotik dərmanlardan, vasitələrdən istifadə edirlər. Bəziləri avto xuliqanlıq eləyirlər. Hətta bəzi hallarda ağılasığmaz hərəkətlər eləyirlər, özlərini təhlükəyə atırlar. Son vaxtlarda da yeniyetmələrin yolda təhlükəsizliyi pozmaları ilə bağlı videoları yayılıb. Onlar bu qaydaları pozduqları üçün bir-birini alqışlayırlar. Ancaq bu alqışlanacaq durum deyil. Bu həmin halda sürücünü məsuliyyətə sala bilər, digər insanların həyatı təhlükə altına girə bilər.
Özgüvən əskikliyi, ailədaxili problemlər
Bu cür adrenalin gənclərdə özgüvən əskikliyinin olmasından xəbər verir, bu da ailədə həmin övlada dəyər verilməməkdən irəli gəlir. Çünki ailədə ona dəyər verilsə, o, belə bəsit hərəkətlərlə özünü təsdiq etməyə çalışmaz. Psixoloji durumu, öz güvəni aşağı olduğuna görə, davamlı olaraq ətrafdakı insanlar tərəfindən alqışlanmaq istəyi bu vəziyyətləri yaradır. Məsləhətlidir ki, belə yeniyetmələrin valideynləri psixoloqa müraciət etsinlər və nəinki yeniyetmələr, valideynlər də psixoloji yardım alsınlar. Çünki bu gün yeniyetmələrin problemi ailələrindən qaynaqlanır və keçmişə bağlı travmalarından qaynaqlanır. O baxımdan valideynlər çalışmalıdır ki, övladlarına dəyər verə bilsinlər”.
Hüquqşünas Mehman Muradlının sözlərinə görə, hadisə zamanı törədilən əməllər, inzibati xətaların xırda xuliqanlığından hesab olunur: “Bu zaman 50 manat cərimənin tətbiqi nəzərdə tutulub. Təhlükəli hərəkətlərə görə, həmin 50 manat cərimə yetərli olmayanda 15 sutkaya kimi inzibati həbs də nəzərdə tutula bilər. Amma hesab edirəm ki, bu yeniyetmələrə 15 sutka inzibati həbs maksimum həddə verilməlidir. Yəni digərlərinə də dərs olsun ki, bu cür qanun pozuntusuna yol vermək olmaz. Çünki nəticə tamam fərqli ola bilərdi. Trasda normal sürətlə gedən avtomobillərə maneə yarada bilərdi və maneə nəticəsində hər hansı bir yol nəqliyyat hadisəsi baş verə bilərdi. Hətta hadisələr ölümlə də nəticələnə bilərdi. Məhz bu səbəbdən hesab edirəm ki, 15 sutka inzibati həbs gələcəkdə belə hadisələrin önlənməsi baxımından lazımlıdır”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

