Cəmiyyət və İnformasiya...
25.11.2023 [12:30]
Ümumdünya İnformasiya Günüdür
Yeganə BAYRAMOVA
İnsan daim nəsə öyrənməyə, nədənsə xəbər tutmağa can atır, həmçinin bildiklərini də başqaları ilə bölüşmək istəyir. Tarix boyu informasiyanın növündən asılı olaraq onun əldə edilməsi və digərinə çatdırılması vasitələri də müxtəlif olub, elm və texnikanın inkişafı ilə dəyişərək getdikcə təkmilləşib. Hələ qədim dövrlərdə ölkə daxilində baş verən yeniliklər şəhərin baş meydanına yığışan əhaliyə adətən carçılar vasitəsilə çatdırılırdı. Bir-birindən müəyyən məsafədə yerləşən şəhərlərə xəbər ötürülməsində isə çaparlardan istifadə olunurdu. Hərdən bu çaparları əhliləşdirilmiş poçt göyərçinləri də əvəz edirdi. Təbii ki, bütün bunlar ehtiyacın cüzi hissəsi miqdarında idi. İnsanlar hər gün, hər saat məsafədən asılı olmayaraq baş verənlərdən dərhal xəbər tutmaq, başqaları ilə qısa müddətdə əlaqə yaratmaq arzusundaydılar.
Qatarın, daha sonra elektrik enerjisinin, bunun ardınca Morze əlifbasının və aparatının kəşfi informasiyanın yayılma sürətini əhəmiyyətli dərəcədə artırdı. Ötən əsrdə bu sahədə çox böyük uğurlar qazanıldı, hətta 20-ci əsri “informasiya əsri” adlandıranlar da oldu. Qloballaşma prosesinin getdiyi bir zamanda cəmiyyət həyatında informasiyanın yeri və rolu daha da artıb. Müasir dünyada informasiya ən bahalı məhsullardan sayılır. İnformasiya işini və siyasətini düzgün quranlar başqalarını qabaqlayır, daha böyük nailiyyətlərə imza atırlar.
İnformasiya insanlar arasında şifahi, yazılı və ya hər hansı digər formada ötürülən məlumatdır. Bəşər tarixində informasiya həmişə mühüm əhəmiyyət kəsb edib. 20-ci əsrin ortalarından başlayaraq sosial tərəqqi, elm və texnikanın sürətli inkişafı nəticəsində informasiyanın rolu daha da artıb. Qloballaşan dünyada informasiyanın mahiyyəti və müasir sivilizasiyanın inkişafında rolu, informasiya və informasiyalaşdırma proseslərinin geniş vüsət alması, informasiya cəmiyyətinin formalaşması mühüm məsələlərdən biridir.
Artıq 32 ildir ki, noyabrın 26-sı Ümumdünya İnformasiya Günü kimi qeyd edilir. Bu gün BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamentin təşəbbüsü ilə qeyd olunur.
Qeyd edək ki, 1992-ci il noyabrın 26-da Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə I Beynəlxalq İnformasiyalaşdırma Forumu keçirilib. Forumun işində dünyanın 29 ölkəsindən 10 mindən artıq alim və mütəxəssis iştirak etmişdi. Tədbirdə ənənəvi olaraq hər il 26 noyabr tarixində Ümumdünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunub. Bu əlamətdar gün rəsmi olaraq 1994-cü ildə UNESCO tərəfindən qeydiyyata alınıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53

