İmtahanqabağı stressi atmaq üçün...
20.02.2024 [11:13]
İstirahət ən faydalı “məşğuliyyətdir”
Y.SAHİB
Məlumdur ki, şagirdlərin həyatında ən önəmli və vacib günlərdən biri buraxılış imtahanlarıdır. İmtahanqabağı isə stress, qayğılar, depressiya, yorğunluq bir çox şagirdin üzləşdiyi əsas problemlərdən biridir. Bu kimi hallar isə imtahanda göstərilən nəticələrə bir çox hallarda mənfi təsir göstərir.
Şagirdlərin imtahan zamanı stressə düşməsinə təsir edən bir çox amillər və məqamlar var. Bunların əsasında ailə və sosial mühit faktoru dayanır. Valideynlərin yüksək gözləntiləri tələbənin imtahanları daha stressli məsələyə çevirməsinə səbəb ola bilər. Bu zaman isə şagird özünü təzyiq altında hiss edir. Bundan başqa, imtahanın nəticələri açıqlanan zaman valideynlərin nümayiş etdirdikləri dözümsüzlük halları bir sıra fəsadlara belə yol açır.
Statistik hesablamalara görə, imtahan zamanı şagirdlərin və abituriyentlərin 96 faizi stress altında olur. Bütün bunlar isə imtahanda gözlənilən nəticənin əldə olunmamasına yol açır. Bütün bu problemlərdən maksimum yayınmaq üçün psixoloqlar məsləhət görürlər ki, imtahana bir neçə gün qalmış istirahət edilməlidir.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək. Mart və aprel aylarında isə orta təhsil müəssisələrində 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanları keçiriləcək.
Valideynlər düşünür ki, nə qədər məsuliyyəti artırsam...
Psixoloq Aytən Ələkbərova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, abituriyentlərdə imtahandan əvvəl həyəcan səviyyəsi çoxalır, ona görə də imtahan stressi yüksək olur: “İmtahan bəzi şagirdlər üçün rahat olsa da, bəziləri üçün böyük problemə çevrilir. Uşaqlara imtahan həyəcanını güclü şəkildə çatdırırıq. Bu da onların çiyinlərinə yüklənir. Valideynlər düşünür ki, nə qədər məsuliyyəti artırsam, bir o qədər yaxşı olar. Amma bir şeyi unutmamaq lazımdır ki, əgər valideyn övladında imtahana qarşı nə qədər adi, normal hisslər yaratsa, o, maksimum öz bacarığını göstərər. İmtahan zamanı təbii ki, stress səviyyəsi yüksəldikcə bilik səviyyəsi aşağı düşür, gərginlik artır. Bu da imtahan nəticələrinə təsir edir”.
Psixoloqun fikrincə, uğur qazanmaq insanların ən təbii istəyidir, lakin bəzən insan “bacarmaram” qorxusuna məğlub olur: “Araşdırmalar onu göstərir ki, həddindən çox həyəcan hətta ürək ritminin pozulması və ölüm kimi daha ağır fəsadlarla nəticələnə bilər”.
Beyni rahatlatmaq üçün bunları edin...
A.Ələkbərova bildirib ki, uzun müddət dərs oxumaq, eyni əzələ və orqanlara düşən gərginlik, intensiv əqli fəaliyyət, istirahət və yuxu rejiminin pozulması və ən əsası emosional yüklənmə əsəb sisteminin gərginləşməsinə səbəb olur: “Baş ağrısı, ürək bulanması, dəridə səpkilər, özünü itirmə, panika, qorxu, yuxusuzluq - bütün bunlar imtahan ərəfəsində uşaqların keçirdiyi narahatlıqların yalnız bir qismidir.
Eyni fəaliyyətlə məşğul olmaq yorucudur. Xroniki yorğunluğu aradan qaldırmaq üçün fərqli məşğuliyyət, hobbi ilə başını qatmaq da şagirdlərə yaxşı nəticə verə bilər. Çox vaxt abituriyentlər bütün vaxtlarını ancaq imtahan hazırlığına ayırır. Boş və ya başqa məşğuliyyətə sərf olunan vaxta heyfləri gəlir. Lakin təcrübələr göstərir ki, beynin daha fəal işləməsi, dərsləri daha həvəslə oxumaq üçün fərqli məşğuliyyətlər də olmalıdır. Bütün günü yalnız dərs oxumaq düzgün deyil və insanı yorur. Vaxtaşırı gəzintiyə getmək, hərəkətdə olmaq, idman etmək lazımdır. Bütün bunlar psixi yorğunluğu aradan qaldıracaq”.
Xəbər lenti
Hamısına baxDünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01

