Min aydan daha xeyirli
30.03.2024 [13:00]
Qədr gecəsinin fəziləti və bərəkəti
Y.SAHİB
Bu günlərdə müsəlmanlar Allahın bəşəriyyətə bəxş etdiyi min aydan daha xeyirli, vaxtların ən fəzilətli və ən bərəkətlisi olan Qədr Gecəsini gerçəkləşdirməyin sevinc və həyəcanı içindədir. Qədr gecəsinin başqa bir xüsusiyyəti və gözəlliyi də ondan ibarətdir ki, o, nicat gecəsidir və bu gecədə iman gətirən insanlar üçün sübh çağına qədər əmin-amanlıq, bolluq və bərəkət bəxş edilir.
Qədir surəsində yenə Uca Mövla deyir: “O gecə səhərə qədər səlamətlikdir”. “Rəhmətin, bərəkətin, əmin-amanlığın, səadət və insanların bəxş edildiyi gecədir” (Qədr surəsi/5).
Bu gecə insanlar üçün bir çox gözəlliklərə yenidən addım atmağın başlanğıcı, qəlbimizi çirkləndirən günahlardan qurtulma fürsəti, bizi Allaha qarşı utandıran, sevgisindən uzaqlaşdıran üsyanlardan qurtulmağın ilk addımı olmalıdır. Qədr gecəsi tövbəmizlə Allaha üz tutmaq üçün böyük bir əsasdır.
Qədr gecəsi həyatımızı, qəlbimizi və ruhumuzu Quranın parlaq və mərhəmətli nurları ilə işıqlandırmaq üçün bir fürsət olmalıdır. Səhərə qədər rəhmətin axdığı nicat gecəsində hüzur və səadətə susamış qəlblərin rahatlığa atdığı ilk addım, həmçinin bir daha günaha qayıtmayacağımız üçün Allaha verəcəyimiz söz olmalıdır.
Bəli, bu gecə həm də Quran gecəsidir. O zaman möminlər Quranı doyunca oxumalı, onu oxumaqla yanaşı, oxuduqları Quranın mənasını da başa düşməlidirlər. Odur ki, deyilənə görə mələklərin yer üzünə endiyi bu gecədə oyaq olmaq lazımdır. Qəlbimiz, gözümüz, ürəyimiz açıq olmalıdır. Çünki bizim mənəvi qonaqlarımız var. Özümüzü axirət sandığı olan səcdəyə atıb doyunca ibadət edir və Peyğəmbərimizin ümmətinə bəxş etdiyi duanı etməliyik: “Allahım, şübhəsiz ki, bağışlayansan, bağışlamağı sevirsən, məni də bağışla!”
Qədr gecəsi Allaha ucalan əllərin, Onu zikr edən dillərin, Onu zikr edən qəlblərin xəcalət çəkmədiyi, kədərlənmədiyi, duaların rədd edilmədiyi bir gecə olduğu üçün bu gecədə çoxlu dua etməliyik. Millətimizin, ölkəmizin inkişafı, əmin-amanlığı və xoşbəxtliyi, ailəmizin, övladlarımızın, bütün bəşəriyyətin əmin-amanlığı üçün dua etməliyik.
Çünki Peyğəmbərimiz (s) buyurmuşdur: “Hər kim Qədr gecəsini fürsət bilib, özünü bağışlamağa çalışaraq gecəni sona çatdırarsa, səhəri günahları bağışlanmış halda zühur edər” (Buxari, 4; 235).
İlahiyyatçı Ağa Hacıbəyli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Qədr gecəsi əslində, bir qədər gecəsidir, ilahi təqdir gecəsidir: “Oruc tutan insanın, Allaha pənah aparmış qulun əslində, kamil insan olma gecəsi adlanır. Qədr gecəsi həm də Qurani Kərimin 97-ci surəsinin adıdır. O gecədə baş verən hadisələri bir surə təfsirini ortaya qoyur. Kainatda baş verən hadisələri bir yönü ilə bəyan edir, insanın mənəvi ekranına gətirir. İnsan Allah münasibətlərini yenidən dizayn edir və vəhyin, kitabın əslində, həyat proqramı olduğunu insana anladır. Allah təala quluna bəyan edir ki, sənin bir həyat proqramın var, sən bununla yaşa.
Ramazanın bu gözəl günlərində insanlarımız dilinin iftarını gözəl sözə çevirdilər, könüllülərinin iftarını gözəl duyğularla ifadə etdilər. Əlin iftarını xeyirli əməllərlə, saleh əməllərlə şəkilləndirdilər, ağıllarının, iftarını insanlığın xeyrə gedən yolunda düşüncələriylə ifadə elədilər. Məlumdur ki, mələklər insandan aşağıda yaradılmış varlıqdır. Qurani Kərimdə söyləyir ki, mələklər bu gecədə yerə enir, həzrəti Cəbrayıl yerə enir. Sual yaranır, rəbbimiz bu gecədə niyə insandan üstün olmayan varlıqları insanın ayağına gətirir? Çünki bu gecə müqəddəsdir. Quranda da deyilir ki, Biz onu (Qurani Kərimi) Qədr gecəsində endirdik. Yəni burada Rəbbimiz bir mesaj da verir ki, ey insan, sən bədən aləmindən, ruh aləminə çıx. Bu qədər maddiyyata bağlı qaldığın yetər. Qədr gecəsi Allahın öz quluyla çox üst səviyyədə bir xitab, bir anın ilahi təcəllisidir. Belə bir gecənin bağrında insanın ayıq olması, mürgüləməməsi və sayıq qalması həmin anın o ilahi təcəllinin öz qəlbinə, öz ruhuna enməsinə şərait yaratması çox önəmlidir”.
A.Hacıbəyli qeyd edib ki, bəlkə də hər kəsin bir qədr gecəsi var: “Hansısa bir insanın həqiqətə çatdığı gecə onun Qədr gecəsidir. Allahın rəsulu buyurur ki, Qədr gecəsini siz Ramazanın son 10 gecəsində axtarın. Burada insanlıq aləminə göndərilmiş bir qurtuluş gecəsi min aydan daha xeyirli bir gecədən bəhs olunur. Bir insan ömründən daha faydalı bir gecədən bəhs olunur və bu gecəni sıradan insan anlaya bilmir. Elə bir bəndə olsun ki, Allah o qaranlıq içərisində olan insanı cəhalətindən qurtarsın. Əslində, Qədr gecəsi ağlımızı, nəfsimizin həbsxanasından xilas etdiyimiz gecədir. Allah bizə Qədr gecəsini haqqıyla yaşamağı nəsib eləsin. Gecəmiz mübarək olsun! Ramazan ayımıza bərəkət olsun”, - deyə ilahiyyatçı fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35

