Ekoloji problemlər: Səbəbləri və çıxış yolları
05.04.2024 [13:29]
Bu gün dünyanın hər yerində artmaqda olan ekoloji problemlər ölkəmizdən də yan keçməyib.
Bir çox dövlətlər bu problemin aradan qaldırılması üçün böyük qüvvələr sərf etməkdədir. Şübhəsiz ki, ekoloji problemlərin həll edilməsi üçün ölkəmizdə də mütəmadi tədbirlər görülür. Buna baxmayaraq, respublikada ekoloji problemlər öz aktuallığını itirmir. Bəs bunun əsas səbəbi nədir?
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, “Qlobal miqyasda havanın çirklənməsinin bir neçə səbəbi var. Bunlardan biri təbii amillərdir. Dünya əhalisinin sayı artdıqca mənimsənilən ərazilər də genişlənir. İnsanlar təbii ehtiyatlardan daha çox istifadə edir və bu proses təbii tarazlığı pozur. Məsələn, sənaye müəssisələri və kənd təsərrüfatı sahələri genişləndikcə yaşıllıqların, meşə zolaqlarının azalması baş verir. Bu da ekoloji tarazlığı pozan amillər sırasındadır. Təbi fəlakətlər: zəlzələ, sunami, vulkan püskürməsi də havanın çirklənməsini şərtləndirən amillərdir. Hər hansı bir vulkan püskürəndə havaya külli miqdarda karbon dioksik atılır. İldırım çaxması nəticəsində üzə çıxan yüksək temperatur meşə yanğınlarına səbəb olur. Yanğınlar havanı çirkləndirir. Meşələrin azalması isə ekosistemin pozulmasına gətirib çıxarır".
E. Cəfərli açıqlamada qeyd edir ki, Azərbaycanda, xüsusən iri şəhərlərdə hava çirkliliyinin əsas səbəbi antropogen amillərdir. Onun sözlərinə görə, Bakı və digər iri şəhərlərdə atmosferin çirklənməsi sənaye müəssisələrinin fəaliyyətinin, daha çox isə avtomobil sıxlığının nəticəsidir: "Ötən əsrin 70-ci illərində Bakı və Sumqayıtda, Gəncədə atmosferi çirkləndirən əsas mənbələr sənaye müəssisələri idi. Lakin hazırkı dövrdə hava çirkliliyi yaradan amillərin başında daxiliyanma mühərriki ilə hərəkət edən nəqliyyat vasitələrinin sıxlığı gəlir. Rəsmi məlumata görə, 2005-ci ildə sənayedən olan tullantılar 53, nəqliyyatdan isə 47 faiz təşkil edirdisə, hazırda nəqliyyatın payına düşən tullantı həcmi 80 faizə yaxındır. Bu çirkləndiricilər əsasən azot oksidləri (NOx), dəm qazı (CO)kükürd qazı (SO2) karbohidrogenlər və digər maddələrdir. Əksər sənaye müəssisələrindən tullantılar atmosferə ekoloji qaydalara uyğun olaraq borular vasitəsilə müəyyən hündürlükdə atılır. Bu da onların atmosferdə daha tez səpələnməsinə imkan yaradır.
Nəqliyyat vasitələrinin atdığı tullantılar isə insanın birbaşa nəfəs aldığı təbəqəyə daxil olur. Bakının gündəlik nəqliyyat sıxlığı müşahidə olunan ərazilərində hava çirklilyi daha artıqdır. Bakı şəhərində məişət tullantılarının idarəolunması ilə bağlı tədbirlər görülür". Qeyd edək ki, son illər məişət tullantılarının yandırılması halları kəskin şəkildə azalıb. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsini həyata keçirir. Bu qurum ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir. Araşdırmalar göstərir ki, bölgələrdə vəziyyət ürəkaçan deyil. Çox zaman məişət tullantıları çay yataqlarına atılır, yandırılır. Bunun qarşısı alınmalıdır.
Ekspert bildirir ki, Bakı və digər iri şəhərlərdə havanın çirkliyinin qarşısını almaq üçün nəqliyyat infrasturukturu yenidən qurulmalı və yaşıl texnologiyalar əsaslanmalıdır: "Bakının bir sıra mərkəzi yerlərində avtomobil parklanmasının qarşısı alınıb. Velosiped zolaqları yaradılıb. Bu təcrübə digər şəhərlərə də tətbiq olunmalıdıdır. Ümumiyyətlə şəhərin mərkəzi küçələrində daha çox elektromobillərin, velosiped və skuterlərin hərəkətinə şərait yaradılmalıdır. Tıxaclardan qurtulmaq üçün Əhmədli-Zığ ərazisindən Səbail, Qaradağ rayonları istiqamətində sərnişin daşıyan gəmilər, katerlər fəaliyyət göstərə bilər. Hava çirkliliyinin qarşısının alınması ilə bağlı məsələ hansısa qurumun təkbaşına icra edəcəyi məsələ deyil. Bununla bağlı kompleks tədbirlər görülməlidir. Məişət tullantılarının yandırılması birbaşa Mənzil İstismar Sahələrinin (MİS) və bələdiyyələrin əli həyata keçirilir. Hesab edirəm ki, onlar daha diqqətli olmalı, məişət tullantılarının idarəolunması ilə bağlı daha başqa alternativ yollara baş vurmalıdırlar”.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01

