/ / Özbəkistan hökuməti “Sea Breeze Uzbekistan” istirahət mərkəzinin tikintisi layihəsini təsdiqləyi
Özbəkistan hökuməti “Sea Breeze Uzbekistan” istirahət mərkəzinin tikintisi layihəsini təsdiqləyi
04.08.2025 [11:53]
Özbəkistan hökuməti Çarvak gölünün sahilində “Sea Breeze Uzbekistan” kurortunun tikintisinin şərtlərini təsdiqləyib.
AZƏRTAC özbək mediasına istinadla xəbər verir ki, Özbəkistan Nazirlər Kabineti 1 avqust tarixli qərarı ilə Daşkənd vilayətinin Bostanlıq rayonundakı Çarvak su anbarının sahilində “Sea Breeze Uzbekistan” bütün mövsümlük kurort kompleksinin yaradılması üzrə investisiya layihəsinin həyata keçirilməsi tədbirlərini təsdiqləyib.
Sənədə əsasən, Özbəkistanın İnvestisiyaların cəlb edilməsi, sənayenin inkişafı və ticarətin tənzimlənməsi üzrə Hökumət Komissiyası “Agalarov Development” şirkətinin iştirakı ilə təsis edilmiş “Sea Breeze Uzbekistan” şirkətini 577 hektar sahədə layihənin həyata keçirilməsi üçün ən yaxşı təklifin seçiminin qalibi elan edib.
Layihənin ümumi dəyəri 5 milyard dollar məbləğində qiymətləndirilir.
Baş planı operativ şəkildə hazırlamaq üçün Britaniya memarlıq şirkəti “Scott Brownrigg” cəlb edilib və sənəddə qeyd olunduğu kimi, artıq praktiki işlərə başlanılıb.
Daşkənd Vilayəti Hakimliyinə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə qərara əlavədə göstərilən torpaq sahələrinin mülkiyyət hüquqlarının, icarə və istifadəyə verilməsinin mərhələli şəkildə ləğv edilməsini, sonradan həmin ərazilərin boş torpaq kimi uçota alınmasını təmin etmək tapşırılıb.
Ərazinin kateqoriyası dəyişdirilərək rayon icra hakimiyyətinə verildikdən sonra torpaq sahələri uzadılma üstünlük hüququ ilə birbaşa 25 il müddətinə “Sea Breeze Uzbekistan” şirkətinə icarəyə veriləcək.
Ekspertlər icarə dəyərini 1,7 trilyon sum (133,2 milyon dollar) qiymətləndirib. Bununla belə, investor icarə hüququ üçün 5 il ərzində 17 milyard sum (1,3 milyon dollar) hissə-hissə ödəməyi öhdəsinə götürüb. Bu məbləğ icarənin bazar qiymətinə azalma əmsalından istifadə etməklə müəyyən edilir. Bundan başqa, investor təsdiq edilmiş baş plana və qanunvericiliyə uyğun olaraq ərazini lotlara bölmək və başqa şəxslərə subicarəyə vermək hüququna malikdir.
Kurort tikintisi layihəsinin 2025-2035-ci illər ərzində həyata keçirilməsi planlaşdırılır.
Qeyd olunub ki, İnvestisiya, Sənaye və Ticarət Nazirliyi, Daşkənd vilayət administrasiyası və “Çarvak” turizm və rekreasiya zonasının müdiriyyəti hökumətin bu sərəncamında göstərilən şərtlər əsasında iki ay müddətində “Sea Breeze Uzbekistan” şirkəti ilə investisiya müqaviləsi bağlamalıdır.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

