Makronistlər yeni koalisiya axtarışında
15.08.2024 [10:32]
Bu günlərdə Fransanın istefa vermiş baş naziri, “İntibah” (“Renaissance”) partiyası deputatlarının rəhbəri Qabriel Attal Milli Birlik (RN) və “Əyilməz Fransa (LF) partiyaları istisna olmaqla, Milli Assambleyada təmsil olunan siyasi partiya liderlərinə ünvanladığı məktubda “fəaliyyət planı” təklif edib. “İntibah” partiyasının baş katibi Stefan Sejurne tərəfindən də göndərilmiş məktubda Q.Attal bildirir ki, məqsədi adi fikir ayrılığını aradan qaldırmaqla dialoq vasitəsilə Milli Assambleyada yeni bir yol tapmaqdır.
Attalın yalvarışları
Bir vaxtlar makronistlər Milli Assambleyada təmsil olunan digər partiyaların təmsilçilərinə yuxarıdan aşağı baxırdılar, onlara münasibətdə saymazlıq jestləri edirdilər. İndi isə onlar ədalarını yığışdıraraq rəqiblərinə həmrəylik təklifi ilə çıxış ediblər. Attal əslində, Makron hakimiyyətinin siyasi ömrünü uzatmaqdan ötrü parlament fraksiyalarının təmsilçilərinə xitabən yalvarır.
Q.Attal məktubda dövlət hesablarının bərpası, iqtisadi suverenliyin gücləndirilməsi, dəyərlərin müdafiəsi, dünyəvilik və dövlət təsisatlarının yenilənməsi, eləcə də alıcılıq qabiliyyəti, mənzil, ətraf mühit, təhlükəsizlik və iş yerləri vasitəsilə fransızların həyat şəraitinin yaxşılaşdırılması kimi üzərində işlədiyi əsas layihələrdən söz açır.
“Bütün qrupumla birlikdə bu prioritetləri müzakirə etmək üçün sizin ixtiyarınızdayam”, - deyə Qabriel Attal siyasi partiyaların liderlərini fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb. Məktub Respublikaçı (sağlar), Demokrat Solçu və Respublikaçılara, Ekoloq və Sosial qrupa, Liot qrupuna və Sosialistlər və əlaqəli qrupların rəhbərlərinə göndərilib.
Qeyd edək ki, Makron partiyası parlament seçkilərinin ikinci turundan sonra Milli Assambleyada koalisiya axtarışında bu günə qədər uğur qazana bilməyib. E.Makronun Olimpiya Oyunları zamanı barışığa çağırmaq məqsədi də koalisiya yaratmaq üçün vaxt qazanmaq məqsədi daşıyırdı. Buna baxmayaraq, makronçular hələ də Milli Assambleyada koalisiya yarada bilməyiblər.
Makronun komandası çətin durumda
Fransa cəmiyyətində Makronun parlamentdəki bloku kimi tanınan “İntibah” partiyası deputatlarının rəhbəri Qabriel Attal Milli Assambleyada təmsil olunan siyasi partiya liderlərinə heç də xoş niyyətdən çıxış edərək məktub ünvanlamayıb. Bu, hakim komanda üçün məcburi qaydada atılan bir addımdır.
Makronistləri çətin duruma salan isə son vaxtlarda baş tutan iki seçkinin onlar üçün rüsvayçı nəticələri oldu. Söhbət “İntibah” partiyasının əvvəlcə Avropa Parlamentinə, bunun ardınca isə Milli Assambleyaya seçkilərdə uduzmasından gedir. Xatırladaq ki, Fransada iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı “Milli birlik” partiyası 31,36 faiz səs toplayaraq Makron koalisiyasını iki dəfədən çox üstələyib. Partiyasının Avropa seçkilərində iflasından sonra Makron parlamentin aşağı palatasını buraxaraq növbədənkənar seçkilər elan etdi. Bu qərar əslində, Makronun revanş cəhdi idi. Ancaq Makronun ikinci seçki cəhdi də uğursuz oldu. Belə ki, Milli Assambleyaya seçkilərin həm birinci, həm də ikinci turunda “İntibah” partiyası məğlubiyyət acısı yaşadı.
Hazırda analitiklər Makron üçün çətin hakimiyyət dövrünün başladığını, makronizm üçün sonun gəldiyini anons edirlər. Ümumiyyətlə, parlamentin yeni formalaşan tərkibi ilə onun ölkəni normal qaydada idarə edə biləcəyi mümkünsüz görünür. Qeyd edək ki, Fransa Milli Assambleyası 577 deputatdan təşkil olunur. Parlamentdə çoxluğu əldə etmək istəyən partiyaya 289 mandat lazımdır. Son seçkilərdən sonra isə “İntibah” partiyası parlamentdə cəmi 168 yerə malikdir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11

