/ / BMT-nin sammitində iqlim dəyişmələrinə qarşı mübarizədə Azərbaycanın nailiyyətlərindən danışılıb
BMT-nin sammitində iqlim dəyişmələrinə qarşı mübarizədə Azərbaycanın nailiyyətlərindən danışılıb
25.09.2014 [10:09]
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 22-dən 24-dək BMT-nin Baş katibi Pan Gi Munun təşəbbüsü ilə Baş Məclisin 69-cu sessiyası çərçivəsində keçirilən iqlim sammitində iştirak edib.
Sentyabrın 22-də H.Bağırov sammit çərçivəsində torpaqların davamlı idarə edilməsi və eroziya proseslərinin qarşısının alınması üzrə sessiyada iştirak edib. Həmin gün nazir, həmçinin BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının baş katibi xanım Monik Barbu ilə görüşüb.
Sentyabrın 23-də H.Bağırov sammitin əsas plenar iclasında Azərbaycanda iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətlər və bu istiqamətdə qarşıda duran vəzifələrlə bağlı çıxış edib. O, çıxışında qlobal iqlim dəyişmələrinin bütün bəşəriyyət üçün böyük təhlükə olduğunu, Azərbaycanın yeni hazırlanan iqlim dəyişmələri üzrə qlobal razılaşmanı dəstəklədiyini bildirib. Nazir deyib ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya edərək bu Konvensiyanın əlavə I qrupuna daxil olmayan tamhüquqlu tərəfi olduqdan sonra Konvensiyanın Kioto protokolu üzrə istilik effekti yaradan qaz tullantıları üzrə kəmiyyət öhdəliyi götürməməsinə baxmayaraq, bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirib. H.Bağırov Azərbaycanda görülən işlər - bərpa olunan enerjidən istifadə, günəş panelləri istehsal edən zavodun açılması, elektrik stansiyalarda mazutdan istifadənin dayandırılması və onun əvəzinə qazdan istifadə, qaz və elektrik enerjisinin istehlakı sahəsində smart kartların tətbiqi, enerji səmərəliliyi, yeni meşə sahələrinin salınması kimi tədbirlər nəticəsində 1990-cı ildən indiyə qədər təxminən 650-700 milyon ton karbon azaldılmasına nail olunduğunu vurğulayıb. O əlavə edib ki, bütün bu tədbirlər Azərbaycan dövlətinin öz maliyyə vəsaiti hesabına həyata keçirilib. Bu sahədə Azərbaycanın bir sıra sektorlarda-bərpa olunan enerji mənbələrindən istifadə, kənd təsərrüfatı, məişət tullantılarının idarə edilməsi, meşə massivlərinin salınması, enerji səmərəliliyi və s. potensialının olduğunu sessiya iştirakçılarının diqqətə çatdıran nazir deyib ki, gələcəkdə bu istiqamətdə bir sıra layihələrin həyata keçirilməsi sayəsində tullantıların daha da azaldılmasına nail olunacaq.
H.Bağırov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması və bir sıra digər layihələrin həyata keçirilməsi nəticəsində bu sahədə 2020-ci ilə qədər daha böyük uğurların əldə olunacağını vurğulayıb.
Sentyabrın 23-də H.Bağırov Polşanın iqlim dəyişmələri üzrə dövlət katibi Martin Korolets, BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının həyata keçirmələr üzrə orqanının sabiq sədri Tomas Xrussov ilə görüşüb.
Azərbaycan nümayəndə heyətinin tərkibində Xarici İşlər, İqtisadiyyat və Sənaye, Energetika nazirliklərinin nümayəndələri də olublar.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53

