Tehranda İran ilə Azərbaycanın əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib
26.11.2014 [09:48]
Noyabrın 25-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov İran İslam Respublikasına səfəri çərçivəsində İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi ilə görüşüb.
Görüşdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin əsaslı şəkildə artırılması, viza, gömrük sisteminin sadələşdirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Mahmud Vaizi Azərbaycana səfərlərini, Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq, son 10 ildə ölkəmizin, xüsusilə paytaxt Bakının çox sürətlə inkişaf etdiyini vurğulayıb.
Azərbaycan xalqının Ümummilli liderinin xatirəsini ehtiramla yad etdiyinə görə Mahmud Vaiziyə təşəkkür edən Əli Həsənov deyib ki, Heydər Əliyev 1990-cı illərdə İran ilə yaxın və səmimi dostluq əlaqələri qurub, bu əlaqələr hər iki dövlətin qarşılıqlı əməkdaşlığını təmin edib. Ulu öndər Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycan dövləti sülh siyasəti yürüdərək digər xalqlar və dövlətlərlə yaxın əməkdaşlıq əlaqələri qurub. Azərbaycan İranı özünün yaxın dostu hesab edir və bütün sahələrdə münasibətlərin yüksələn xətlə inkişaf etməsinə çalışır.
Baş nazirin müavini bu günlərdə İranın Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri zamanı söylədiyi “Azərbaycan və İran xalqlarının tarixi əlaqələri böyük bir ağacın kökləri kimi dərinliklərə gedib çıxır və bunu qoparmaq mümkün deyil” fikrini xatırladaraq, diqqətə çatdırıb ki, qarşılıqlı səfərlər artdıqca ortaya çıxan problemlər də həllini tapır və əlaqələrimiz daha da yaxşılaşır.
Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirən Əli Həsənov hələ 2002-ci ildə İrana səfəri zamanı bu komissiyanın sabiq rəhbəri ilə görüşdüyünü və onunla olduqca vacib məsələlərin müzakirə edildiyini bildirib. Vurğulanıb ki, İran-İraq müharibəsi dövründə İran da qaçqınlar problemi ilə qarşılaşıb. Ona görə də İranın qaçqınlarla iş üzrə böyük təcrübəsi var və bu sahədə təcrübə mübadiləsinin aparılması faydalı olar. Əli Həsənov müştərək komissiyada humanitar sahədə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində də yaxından əməkdaşlığın zəruriliyini bildirib, bu iki məsələnin komissiyada müzakirəsini təklif edib. Qeyd olunub ki, Ordubad-Marazad və Xudafərində “Qız Qalası” su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi də zəruridir.
Vurğulanıb ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin 500 milyon dollar həcmində olması qənaətbəxş deyil. Həm Azərbaycanın, həm də İranın iqtisadi və istehsal potensialı ölkələr arasındakı ticarət dövriyyəsinin həcminin dəfələrlə yüksəldilməsinə imkan verir. Tərəflər bu imkandan maksimum istifadə edərək dövriyyənin artırılmasına çalışmalıdırlar.
Azərbaycanın inkişaf istiqamətləri haqqında məlumat verən Əli Həsənov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev 5 istiqamət üzrə inkişaf strategiyası müəyyənləşdirib. Birincisi, dövlət büdcəsinin neftdən asılılığını sıfıra endirməkdir. Bu sahədə artıq bir çox işlər görülüb və ümumi daxili məhsulun 50 faizdən çoxu qeyri-neft sektorunun payına düşür. İkincisi, 2020-ci ilə qədər Azərbaycanda bir nəfər də olsun yoxsul olmamalıdır. Həyata keçirilən tədbirlərin nəticəsində bu gün Azərbaycanda yoxsulluğun səviyyəsi cəmi 5 faiz təşkil edir. Üçüncüsü, 2020-ci ilədək Azərbaycan inkişaf edən ölkədən inkişaf etmiş ölkəyə çevrilməlidir. Azərbaycanın sosial-iqtisadi inkişaf tempi bu planın reallaşmasını şərtləndirib. Dördüncüsü, Azərbaycanda korrupsiya ilə mübarizə daha da gücləndiriləcək və bu sosial bəla birdəfəlik aradan qaldırılacaq. Beşincisi, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində səylər daha da artırılacaq. Əli Həsənov bu istiqamətləri sadalayaraq bildirdi ki, hər bir istiqamət üzrə konkret dövlət proqramları işlənib hazırlanıb və icra olunmaqdadır.
Əli Həsənov Mahmud Vaizini Azərbaycana səfərə dəvət edib.
Səmimi söhbətə görə təşəkkürünü bildirən Mahmud Vaizi qeyd edib ki, İranın və Azərbaycanın prezidentləri cari ildə müxtəlif dövlətlərdə 4 dəfə görüşərək ölkələrimiz arasındakı dostluq əlaqələrini müzakirə ediblər. Hər iki dövlət başçısı siyasi iradə nümayiş etdirərək əlaqələrin inkişafında yeni mərhələnin əsasını yaradıblar. Məhz prezidentlərin səyləri nəticəsində İran ilə Azərbaycanın arasında əməkdaşlığa dair 10 sənəd imzalanıb.
İran Prezidentinin Bakıya səfəri zamanı möhtəşəm Heydər Əliyev Mərkəzində İranın və Azərbaycanın iş adamlarının iştirakı ilə keçirilən biznes forumda Prezident İlham Əliyevin və Prezident Həsən Ruhaninin çıxışlarını xatırlayan Mahmud Vaizi deyib ki, bu forum iş adamlarının əlaqəli fəaliyyətləri üçün geniş şərait yaradacaq.
Narkotik maddələrin qaçaqmalçılığının qarşısının alınması, humanitar sahədə təcrübə mübadiləsi və əməkdaşlığın qurulması haqqında Əli Həsənovun təkliflərini yüksək qiymətləndirən Mahmud Vaizi bu məsələlərin komissiya tərəfindən araşdırılacağını bildirib.
Mahmud Vaizi diqqətə çatdırıb ki, İran Azərbaycanın Naxçıvan Muxtar Respublikasının vəziyyətini başa düşür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunana qədər rəsmi Tehran Azərbaycan hökumətinin hazırda blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası ilə bağlı bütün xahişlərinə əməl edəcək.
Söhbət zamanı, həmçinin ticarət, bank, özəl sektorlar arasındakı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov və Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

