ABŞ Dağlıq Qarabağda keçiriləcək qondarma seçkilərin nəticələrini tanımayacaq
12.09.2015 [11:28]
Sentyabrın 10-da ABŞ Dövlət Departamentində keçirilən brifinqdə AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri Yusif Babanlı bildirib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda Ermənistan tərəfindən yaradılmış qondarma rejim sentyabrın 13-də “bələdiyyə seçkiləri” keçirməyə hazırlaşır. Bununla da Azərbaycan Respublikasının Konstitusiyasını və beynəlxalq hüquq normalarını pozur. Artıq bir neçə ölkə bu qondarma seçkiləri tanımadığı barədə bəyanat verib. Xüsusi müxbir ABŞ rəhbərliyinin keçiriləcək qanunsuz seçkilərə dair mövqeyini bildirməsini xahiş edib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kerbi sualı cavablandıraraq deyib ki, rəsmi Vaşinqton Dağlıq Qarabağı müstəqil, suveren ölkə kimi tanımır və bununla əlaqədar olaraq, sentyabrın 13-də keçiriləcək “seçkilər”in nəticələrini regionun hüquqi statusuna təsir göstərən nəticələr kimi qəbul etməyəcək. O, həmçinin bildirib ki, bu qanunsuz seçkilər Dağlıq Qarabağın qəti statusu məsələsini, yaxud Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün cari danışıqların nəticələrini heç bir halda irəlicədən müəyyən etmir.
Xatırladaq ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ regionu bu ölkənin silahlı qüvvələri tərəfindən işğal edilib. Müharibə zamanı Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bu ərazilərində qondarma rejim qurulub. ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar aparılır. Təcavüzkar ölkə BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması, habelə məcburi köçkünlərin doğma yurdlarına qaytarılması üçün şəraitin yaradılmasını tələb edən 822, 853, 874, 884 nömrəli qətnamələrini yerinə yetirməkdən tamamilə imtina edir.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02

