/ / Özbəkistanın sharh.uz analitik portalı Azərbaycan Prezidentinin beynəlxalq “Cənub-Cənub” mükafatı ilə təltif olunmasından yazır
Özbəkistanın sharh.uz analitik portalı Azərbaycan Prezidentinin beynəlxalq “Cənub-Cənub” mükafatı ilə təltif olunmasından yazır
14.10.2015 [10:14]
Özbəkistanın sharh.uz analitik informasiya portalında Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il üzrə beynəlxalq “Cənub-Cənub” mükafatı ilə təltif olunması barədə məqalə verilib.
Məqalənin müəllifi Şərafəddin Tulaqanov yazır ki, Azərbaycan Prezidenti ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı fəaliyyəti və bu sahədə həyata keçirilən dövlət proqramları, yoxsulluğun minimuma endirilməsi, Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində xidmətlərinə görə bu mükafatla təltif olunub.
Qeyd edilir ki, bu gün Azərbaycan öz iqtisadi inkişafına görə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Regionda insan resurslarının təxminən 60 faizi, yanacaq-enerji, maliyyə ehtiyatlarının 90 faizi, iqtisadi potensialın 75-80 faizi Azərbaycanın payına düşür.
Oxucuların diqqətinə çatdırılır ki, indi Azərbaycan donor ölkədir. Dünyanın bir sıra ölkələri, o cümlədən Rusiya, Türkiyə, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Serbiya, Rumıniya, Monteneqronun iqtisadiyyatına investisiya qoyur.
Vurğulanır ki, məhz Azərbaycan Prezidentinin qətiyyətli siyasəti nəticəsində möhtəşəm Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həyata keçirilir və bu layihənin reallaşması nəticəsində Avropa və Asiya ölkələrini ən qısa yolla birləşdirmək mümkün olacaq, tarixi İpək Yolu bərpa ediləcək.
Məqalədə bildirilir ki, Azərbaycanın paytaxtı Bakı beynəlxalq humanitar əməkdaşlıq, habelə ilk Avropa Oyunlarının keçirilməsi üçün bir platforma rolunu oynayıb. Bakı yalnız Azərbaycanda deyil, bütün dünyada yaşayan azərbaycanlıların fəxr etdiyi şəhərə çevrilib.
Ş.Tulaqanov qeyd edir ki, Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu bir məkandır. Ölkədə bütün dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşaması təmin olunub.
Məqalənin sonunda diqqətə çatdırılır ki, Azərbaycan Özbəkistanın dostları arasında birincilər sırasındadır. Regionda Özbəkistanın əsas tərəfdaşı olan Azərbaycanın Cənubi Qafqazda geostrateji və geoiqtisadi əhəmiyyəti durmadan artır.
Müəllif əminliklə bildirir ki, yaranmış dostluq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahı naminə inkişaf edəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Gündəm
31 İyul 09:25
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44

