Azərbaycan qarşıya qoyduğu hədəflərə yüksək səviyyədə nail olur
07.06.2024 [17:30]
İyunun 4-6 tarixlərində ölkəmizdə reallaşan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə müzakirə olunan məsələr, imzalanansənədlər bu gün də ölkə və dünya mətbuatında geniş işıqlandırılmaqdadır. Qeyd edək ki, Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak etdi. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilkdəfə tədbirə qatıldılar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının15 faizini təşkil edən yeni şirkətlər hesabına yeniləndi. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirakçılar idi. Bu il Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf etdi. Belə ki, buil respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Artıq bu unikal sazişin reallaşdırılmasının ikinci mərhələsi uğurla həyata keçirilir. Söhbət təbii ki, 2017-ci il sentyabrın 14-də Bakıda imzalanmış Xəzər dənizininAzərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş, "XXI əsrin kontraktı" adlandırılan “Yeni əsrin müqaviləsi”ndən gedir. Həmin sənədə uyğun olaraq “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Bu, şübhəsiz, Azərbaycanın gələcəyinə, ölkəmizdə uğurla həyatakeçirilən, müəllifi Ulu Öndər Heydər Əliyev olan sabitlik və tərəqqi siyasətinə inamın göstəricisidir. Sonrakı illərdə xarici şirkətlərlə “Əsrin müqaviləsi”nin davamı kimi imzalanan yeni neft və qaz sazişlərinin, Anlaşma memorandumlarının say tərkibinə diqqət yetirməklə iqtisadi müstəqilliyini təmin edən Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolunu və yerini açıq-aydın görmək olar. "Əsrin müqaviləsi" hazırda həm məzmununa, mahiyyətinə, həm də regionda və dünyada əməkdaşlığın inkişafına verdiyi yeni nəfəsə görə regional, eyni zamanda, qlobal geosiyasi proseslərdə öz əhəmiyyətini qoruyub saxlayır. Məhz “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın o vaxtadək regional çərçivədə başlanan əməkdaşlığının coğrafiyası genişlənərək beynəlxalqmiqyas aldı. Dövlət başçısı İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsiçərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “CaspianOil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “CaspianPower” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında bir daha bureallıqlara diqqəti yönəldərək qeyd etdi ki, “Əsrin müqaviləsi” iqtisadiyyatımıza sanki bir nəfəs verdi. İqtisadiyyatımızın necə inkişafetməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasınıgörərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdivə iqtisadiyyatımızın müxtəlif sahələrinə, əlbəttə ki, enerji sektoruna əlavəinvestisiyalar yatırıldı: “Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundanəvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması iləyadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrikstansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağındanbərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir vəqazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm dətərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.”Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu beynəlxalq səviyyədə təqdir edilir. Belə ki, Avropa KomissiyasıAzərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Cənab İlhamƏliyev bu çağırışı etdi: “Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbiiqazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir.”Ümummilli Lider yeni neft strategiyasını işləyib hazırlamaqla, dünya təcrübəsinə istinad edib səylərin, təcrübə mübadiləsinin birləşdirilməsi fonunda “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla xalqımızın illərdir ürəyində yaşatdığı öz təbii sərvətlərinin əsl sahibinə çevrilməsi arzusunu gerçəkləşdirdi. Bu sazişin reallaşması sayəsində Azərbaycanregional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinintəminatçısına çevrildi. Məhz bu uğurlarımıza söykənərək bu gün böyükinamla və uca səslə bəyan edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədəhansısa qlobal iqtisadi layihənin icrasından danışmaq qeyri-mümkündür. Ulu Öndər Heydər Əliyevin yüksək dühasının, siyasi uzaqgörənliyinin vəqətiyyətinin nəticəsi olan “Əsrin müqaviləsi”nin müstəqil Azərbaycanındövlətçilik tarixində xüsusi yeri var. Ümummilli Liderin siyasi kursunubütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyiilə neft siyasətinin uğurla həyata keçirilməsi enerji layihələrininxronologiyasında da özünü qabarıq şəkildə göstərir. Belə ki, cənab İlhamƏliyevin liderliyi ilə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildəBakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2014-cü ildə- “Əsrinmüqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməli qoyuldu və 2018-ci ilin mayında bu unikal layihənin rəsmi açılışı oldu. 2018-ci iliniyununda Cənub Qaz Dəhlizinin əsas seqmentləri olan TANAP, 2020-ci ilindekabrında isə TAP istifadəyə verildi. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə əsas müzakirə olunan məsələlərdən biri də hazırkı dövrün əsas çağırışlarından olan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, Azərbaycanın bu sahədə mövcud potensialı, yeni əməkdaşlıq formatlarının yaradılması üçün imkanların yaradılması oldu. Ölkəmizin bu imkanlarının təqdimatında əhəmiyyətli rol oynayacaqvə bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29-a xüsusi diqqətgöstərildi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirintəşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq vəgenişmiqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha təsdiqləyir. Cənab İlham Əliyev bir daha bildirdi ki, iqlim dəyişikliyi hər bir ölkə üçünçağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgəçalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya iləbirlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədriqismində 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasındakörpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət iləAzərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Azərbaycan hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyir. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasınıplanlaşdırırıq: «Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçünisə bu, ekzistensional təhlükədir. Beləliklə, biz maksimal dərəcədəməsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətinmüxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəmki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimizən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz başverənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizisəfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız vənəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlıgündəliyimizə yönəltməliyik.” Göründüyü kimi, Azərbaycanın enerji sektorunda qazanılan uğurlar bu sahədə qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunduğunu təsdiqləyir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

