Narkotiksiz gələcək, sağlam gələcək!
25.06.2024 [20:02]
26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə gənclərlə “Narkotiksiz gələcək, sağlam gələcək!” adlı maarifləndirici görüş keçirilmişdir.
BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin hesabatına əsasən narkotikdən istifadə ən çox məhz yeniyetməlik dövrünə, 18-25 yaş arasına təsadüf edir. Narkotik istifadəçilərinin yaş həddində müşahidə edilən cavanlaşma zərərli vərdişləri olan yeniyetmələrin vaxtında aşkar edilərək müalicəyə cəlb olunması, əhalini bu təhlükədən qorumaq, narkotik maddələrin doğurduğu fəsadlar haqqında onları vaxtında məlumatlandırmaq əsas vəzifələrimizdəndir.
Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə aksiya xarakterli deyil, davamlı sosial siyasətimizin bir parçasıdır.
Bu məqsədlə təşkil olunan görüş zamanı YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov giriş nitqi ilə çıxış edərək bildirdi: YAP Mərkəzi Aparatın təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ildən etibarən tədbirlər planı təsdiq edilmişdir. Artıq 3 -cü ildirki, tədbirlər Planı çərçivəsində respublikanın şəhər və rayonlarında interaktiv təlimlər, tanınmış şəxslərin, elm və mədəniyyət xadimərinin, ziyalıların, gənclərin iştirakı ilə tədbirlər keçirilir, “Sağlamlıq naminə mübarizədə bizdən biri ol” və s. devizli marafonlar, idman yarışları, mövzu ilə əlaqədar müxtəlif həştaqlarla sosial aksiyaların təşkil olunur, eyni zamanda interaktiv formada keçirilən tədbirlərdə narkomaniyanın fəsadları ilə bağlı kitabçalar, xəbərdarlıq vərəqələri, metodiki materiallar paylanılır və qeyd olunan tədbirlər televiziyada işıqlandırılır.”
Sonra Sağlam Ailə Tibb Mərkəzinin həkimi, dosent, t.e.d Rafiq Hüseynzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi Hərbi Xidmətə Çağırışaqədərki Hazırlıq İdarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, Vətən müharibəsi qəhrəmanı Anar Mirzəyev və Sağlam Ailə Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Ayna Rəsulova gənclərə narkotiklə mübarizə tədbirləri, problemin ictimai təhlükəliliyi, narkotik vasitələrin sağlamlığa mənfi təsirləri və digər əlaqəli mövzular haqqında məlumat veriblər.
Görüşün sonunda bütün tədbir iştirakçılarına maarifləndirici materiallar təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25

