Gənclər ölkəmizdə həyata keçirilən inkişaf siyasətinin təbliğatında fəal rol oynayırlar
15.01.2013 [02:25]
YAP Nərimanov rayon təşkilatında gənclərlə görüş keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında gənclərlə görüş keçirilib. Təşkilatın gənc fəallarının iştirak etdiyi görüşdə 2013-cü ildə qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb. Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib ki, müstəqil dövlətimiz məhz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir: “Bu gün Azərbaycanda böyük quruculuq işləri aparılır. Ölkəmizin inkişafı məhz Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində baş verir və bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Təbii ki, həmin siyasətdən gənclərimizə də pay düşür. Gənclərimiz isə öz növbəsində, onlar üçün yaradılan şəraiti düzgün dəyərləndirməli və bu siyasətin yerlərdə icrası işində yaxından iştirak etməlidirlər. Çünki XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək çoxsaylı işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti gənclərin üzərinə düşür”.
T.Tağıyev bu il ölkəmizdə növbəti prezident seçkilərinin keçiriləcəyini xatırladaraq gəncləri bu kampaniyada fəal olmağa çağırıb. Onun sözlərinə görə, partiyamız gənclərin potensialından hər zaman səmərəli istifadə etməklə yanaşı, gənclərə də öz potensiallarını reallaşdırmaq üçün effektiv fəaliyyət platforması təqdim edir.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı da gəncləri Prezident İlham Əliyevin siyasətinin təbliğində fəal rol oynamağa çağırıb. O qeyd edib ki, partiyamızın gənc üzvləri sosial şəbəkələrdə kifayət qədər aktivdirlər. Buna görə də, bu imkanlardan istifadə edərək seçki ilində gücümüzü səfərbər etməliyik. “Gənclər onlar üçün yaradılmış şəraitdən istifadə edərək, intellektual və yaradıcılıq baxımından kamilləşirlər və YAP-ın təqdim etdiyi fəaliyyət platformasında təcrübi iş prosesində özlərini təsdiq edirlər. Bu baxımdandır ki, gənclərin Yeni Azərbaycan Partiyasına axını daha da sürətlənir, onlar siyasi fəaliyyətlərini məhz, Yeni Azərbaycan Partiyası ilə bağlayırlar” - deyə, Y.Babanlı vurğulayıb.
Bakının mərkəzi rayonlarından biri olan Nərimanov rayonunda da dövlətin gənclər siyasətinin yüksək səviyyədə həyata keçirildiyini deyən rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov gənclərin ölkənin ictimai-siyasi həyatında yaxından iştirakından, onların hərtərəfli gənc kimi inkişafı istiqamətində atılan addımlardan bəhs edib. Onun sözlərinə görə, bu gün gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşələrə sahib olması və ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü iş aparılır. N.Novruzov deyib ki, Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələdə inkişaf etməkdədir: “Belə ki, Prezident İlham Əliyev gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə müvafiq dövlət proqramlarını təsdiq edib. Dövlət quruculuğunda gənclərin iştirakına şəraitin yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün böyük diqqət və qayğı göstərilir”.
Tədbirdə həmçinin, YAP-ın gənc fəalları Şəfəq Əhmədova və Azər Quliyev çıxış edərək 2013-cü ilin gənclər üçün də məsuliyyətli il olduğunu vurğulayıblar. Qeyd olunub ki, prezident seçkiləri ilində ölkə başçısının siyasətinin təbliği yönündə gənclər bütün imkanlardan, o cümlədən, sosial şəbəkələrin imkanlarından daha geniş istifadə etməlidirlər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13

