/ / YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov Nizami rayon təşkilatının fəalları ilə görüş keçirib
YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov Nizami rayon təşkilatının fəalları ilə görüş keçirib
23.04.2013 [16:12]
Əli Əhmədov: Bu gün Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyir və Onu növbəti dəfə Prezident kimi görmək istəyir
Aprelin 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov partiyanın Nizami rayon təşkilatında partiyanın fəalları ilə görüşüb. Görüşdə çıxış edən Əli Əhmədov ilk olaraq, partiyanın Nizami rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirərək deyib ki, rayon təşkilatı partiyanın strukturunda səmərəli fəaliyyət göstərərək ümumi işə öz töhfələrini verməkdədir.
Yeni Azərbaycan Partiyasının nailiyyətlərindən danışan YAP Sədrinin müavini qeyd edib ki, ölkəmizin inkişafı, müasirləşməsi bu və ya digər dərəcədə YAP-ın və bu partiyanın sıralarında cəmləşən 600 minə yaxın Azərbaycanın fəal vətəndaşlarının əməyinin, fədakarlıqlarının bilavasitə nəticəsidir: “Eyni zamanda, birmənalı şəkildə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası 20 illik fəaliyyətində YAP-ın yaradıcısı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutaraq fəaliyyət göstərib və bu fəaliyyət nəticəsində də əzəmətli, möhtəşəm uğurlar qazanıb”.
YAP-ın Sədr müavini Əli Əhmədov Azərbaycanın gündən-günə artan iqtisadi və hərbi qüdrətindən, respublikamızın regionun ən güclü dövləti olmasından, bu sahədə Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən də danışıb.
Əli Əhmədov bildirib ki, İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini daha da möhkəmləndirib. Bu dövrdə həyatımızın bütün sahələrində dinamik inkişaf təmin edilib, əhalinin həyat səviyyəsi yaxşılaşıb.
2013-cü ilin oktyabrında ölkəmizdə növbəti prezident seçkilərinin keçiriləcəyini xatırladan İcra katibi qeyd edib ki, ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub. Bütün bunların hamısı isə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsinin xalqımızın, əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir: “Bu gün Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyir və Onu növbəti dəfə Prezident kimi görmək istəyir. İnsanların sosial rifahının artması, iqtisadiyyatın sürətli inkişafı, Azərbaycanın dünyada artan nüfuzu məhz Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Partiyanın hər bir üzvü də prezident seçkilərində fəal iştirak etməli və yekdilliklə Prezident İlham Əliyevin namizədliyini dəstəkləməlidirlər”.
Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva çıxış edərək rayonun partiya fəallarına bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində fəal təbliğatçıya çevrilməyi tövsiyə ediblər.
Sonda seçki kampaniyası dövründə qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

