“Milli şüur və intellektual cəmiyyət milli gücü təmin edən vasitə kimi”
15.05.2013 [10:40]
YAP Gənclər Birliyinin Ofisində bu mövzuda mühazirə keçirilib
Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi gənclər üçün mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu layihələr gənclərin bilik və bacarıqlarının, o cümlədən, intellektual potensiallarının artırılmasına xidmət edir. Bu kontekstdə gənclərin müxtəlif istiqamətlərdə biliklərinin artırılması, intellektual potensiallarının zənginləşdirilməsi məqsədi ilə YAP Gənclər Birliyinin Ofisində mühazirə və seminar saatları keçirilməyə başlanılıb.
Gənclər üçün növbəti seminar isə “Milli şüur və intellektual cəmiyyət milli gücü təmin edən vasitə kimi” mövzusunda olub. Seminar “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Hikmət Babaoğlu tərəfindən aparılıb.
Milli şüur və intellektual cəmiyyət anlayışlarının elmi-nəzəri izahını verən Hikmət Babaoğlu qeyd edib ki, güc mexanizminin ortaya çıxması üçün mövcud potensial ünsürlərdən səmərəli surətdə istifadə edilməli və bunlar konkret maraqların təmin edilməsinə istiqamətləndirilməlidir. “Müasir beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında milli dövlətlərin yeri, rolu və mövqeyini müəyyənləşdirərkən mütləq surətdə milli gücün qiymətləndirmə meyarları əsas götürülür. Milli gücün qiymətləndirmə meyarları dedikdə milli potensial ünsürlərinin ayrı-ayrı və məcmu halında nəzərdən keçirilməsi başa düşülür. Buraya təbii-coğrafi şərait, hərbi, iqtisadi və sənaye potensialı, demoqrafik durum kimi kəmiyyət və milli hökumətin keyfiyyəti, milli xarakter, milli mənəviyyat və milli diplomatiya kimi keyfiyyət ünsürləri aiddir. Beləliklə, bütün bu potensial ünsürlər milli dövlətin gücünü təşkil edir. Potensial ünsürlər cəm olduqda və onlardan səmərəli surətdə istifadə edildikdə güc mexanizmi formalaşır”.
Daha sonra baş redaktor Azərbaycanın xarici siyasət kursunun əsaslarından və nailiyyətlərindən bəhs edib. Qeyd edib ki, Azərbaycanın xarici siyasəti çoxvektorlu, praqmatik, balanslaşdırılmış və məğlubiyyətsiz siyasətdir: “Ötən zaman göstərdi ki, Ümummilli lider Heydər Əliyevin seçdiyi model və kurs tamamilə özünü doğrultmaqla milli maraqların təmin edilməsi missiyasına tam xidmət etmiş oldu. Eyni zamanda, Azərbaycanın istinad etdiyi xarici siyasət kursu olduqca mürəkkəb situasiyanın fonunda olan Cənubi Qafqaz bölgəsində təhlükəsizlik sisteminin təşəkkül tapmasına mühüm töhfələr vermiş oldu. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət sayəsində ölkəmiz Cənubi Qafqaz regionunun təhlükəsizlik qarantı və inkişaf mənbəyi kimi çıxış edir”.
H.Babaoğlu, eyni zamanda, Azərbaycanda intellektual cəmiyyətin formalaşmasını, həmçinin, milli həmrəylik və bütövlüyün yaradılmasını təmin edən elmi, mədəni, ictimai-siyasi və ideoloji əsasların mövcud olduğunu bildirib: “Milli həmrəylik və bütövlük yarada biləcək ideologiya 1993-cü ildəki siyasi dönümdən sonra müəyyənləşdirilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə, milli həmrəyliyi təmin edən milli-mənəvi mexanizm kimi çıxış edir. Azərbaycançılıq ideologiyasına mənəvi sərvət kimi yanaşan Ümummilli lider Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq... azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq daim öz milli, mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”. Beləliklə, neokonservatizmin milli modeli kimi çıxış edən azərbaycançılıq ideologiyası bu gün milli həmrəylik və bütövlüyü təmin edən universal ideoloji formuladır”.
“Bütün bu sadalanan və nəzər yetirilən məsələlərin fonunda belə bir yekun nəticəyə gələ bilərik ki, Azərbaycan milli gücün potensial ünsürü (kəmiyyət və keyfiyyət elementləri olmaq etibarilə) kimi səciyyələndirilən resurslardan olduqca səmərəli surətdə istifadə etməkdədir”, - deyə baş redaktor əlavə edib.
H.Babaoğlu sonda gəncləri maraqlandıran sualları cavablandırıb. Gənclərə baş redaktorun müəllifi olduğu “Siyasi təhlil və proqnozlaşdırma” adlı dərslik hədiyyə edilib.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05

