“Qurtuluşdan İpək Yoluna”
12.06.2013 [00:48]
YAP Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyi 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə ağacəkmə aksiyası keçirib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyi tərəfindən 15 İyun “Milli Qurtuluş Günü”nün 20 illiyinə həsr edilmiş “Qurtuluşdan İpək Yoluna” adlı ağacəkmə aksiyası keçirilib. “Qurtuluşdan İpək yoluna” şüarı altında keçirilən ağacəkmə kampaniyası İpək Yolu üzərində yerləşən 11 rayon və şəhəri əhatə edib.
Aksiyada Bakıdan Qazağa doğru İpək Yolu üzərində yerləşən rayonlarda yaşıl ağaclar əkilib. Həyata keçirilən bu layihənin əsas məqsədi 1993-2013-cü illər ərzində həm Ümummilli lider Heydər Əliyev siyasətini, həm də bu siyasi kursu davam etdirən Prezident İlham Əliyevin uğurlarını İpək Yolu boyu gündən-günə gözəlləşən və inkişaf edən Azərbaycan rayonlarının simasında bütövlükdə cəmiyyətə çatdırmaqdır. İlk olaraq, aksiya iştirakçıları Hacıqabul rayonunun ərazisində bu işə başlayıblar. Burada YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyi üzvlərinin iştirakı ilə 200-ə yaxın ağac əkilib.
YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bir neçə gün sonra Azərbaycan xalqının 15 İyun - Milli Qurtuluş Günü”nün 20 illiyini qeyd edəcəyini bildirib: “Həmin gün bizim ən gözəl və dəyərli bayramlarımızdan biridir. Çünki 20 il öncə, yəni 1993-cü ilin iyun ayında Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Ölkəmiz bütün sahələr üzrə elə bir vəziyyətdə idi ki, sanki xalqımız və dövlətimiz uçurum qarşısında dayanmışdı. Bir sözlə, ölkəmizi dünya xəritəsindən silinmək təhlükəsi gözləyirdi. Məhz 15 iyun 1993-cü il tarixində Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını həyata keçirdi. Ümummilli liderin səyi sayəsində bütün çətinliklər dəf edildi və ölkəmiz öz inkişaf yoluna qədəm qoydu. Bugünkü inkişafın da əsasını məhz qurtuluş məfkurəsi təşkil edir. Çağdaş Azərbaycan Heydər Əliyevin zəhmətinin bəhrəsidir. Ulu öndər Heydər Əliyev o zaman Azərbaycanın inkişaf strategiyasının əsasını qoydu və bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasəti dəstəkləyir və daim bu siyasətə sadiqliyini nümayiş etdirir”.
Millət vəkili, həmçinin, iyunun 7-də keçirilən Yeni Azərbaycan Partiyasının V qurultayını da əlamətdar tarixi hadisə kimi dəyərləndirib. “Çox əlamətdar hadisələrdən biri odur ki, bir neçə gün əvvəl keçirilən qurultayda 600 mindən çox partiya üzvünü təmsil edən nümayəndələr, xalqımızın mütləq əksəriyyətinin arzusunu ifadə edərək, ölkə başçısı İlham Əliyevin yenidən prezidentliyə namizədliyini irəli sürdülər. Məhz “Qurtuluşdan İpək Yoluna” adlı ağacəkmə aksiyası da bu əlamətdar hadisələrə həsr olunub. YAP-ın gənc üzvləri, Bakıdan-Qazağa doğru İpək Yolu boyunca gözəl missiya olan ağacəkmə aksiyasını həyata keçirir” - deyə, M.İbrahimqızı vurğulayıb.
YAP Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Hüseynov isə deyib ki, bu gün təşkil olunan ağacəkmə aksiyasının məqsədi insanlara Azərbaycanda gedən sürətli inkişafı göstərməkdir: “Bunun üçün də biz İpək Yolu boyunca hərəkət edərək, Bakıdan-Qazağa qədər bu aksiyanı davam etdiririk. Aksiyada YAP Gənclər Birliyinin 30-dan artıq üzvü iştirak edir. Bu sadəcə simvolik rəqəmdir amma bu missiyanı həyata keçirmək istəyən daha çox gənclərimiz var. Bu gənclərlə biz bütün yolboyu yaşıl ağaclar əkəcəyik. Bununla da cəmiyyətimizə, o cümlədən, gənclərimizə mesaj vermək istəyirik ki, hər kəs Azərbaycanın gözəlliyinə bir damla belə əlavə etmək üçün öz məsuliyyətini dərk etməlidir. Gənclərimiz bu missiyanı həyata keçirmək üçün buradadır. Onu da qeyd edim ki, ağac əkdiyimiz hər ərazi üzrə partiyanın rayon təşkilatının gəncləri də bu aksiyaya qoşulub”.
Aksiya iştirakçıları da gənclərin bu təşəbbüsünü dəstəkləyiblər. YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bildirib ki, gənclər daim gözəl təşəbbüslərlə çıxış edir: “Əlamətdar bayram ərəfəsində belə bir layihənin keçirilməsi çox təqdirəlayiqdir. Bu onu göstərir ki, partiyamızın gəncləri hər bir sahədə fəaldırlar, maraqlı layihələrin müəllifləridir”.
Qeyd edək ki, YAP Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyi tərəfindən həyata keçirilən ağacəkmə kampaniyası, həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış İDEA Ətraf Mühit Kampaniyasına dəstə kimi nəzərdə tutulub.
Ümumilikdə, aksiya çərçivəsində hər dayanacaq üzrə 100-dən artıq ağac əkilib.
Aksiyada iştirak edən gənclər bu layihənin əhəmiyyətini vurğulayıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30

