“Yay məktəbi” layihəsinin ikinci turu davam edir
10.07.2013 [14:18]
Layihə çərçivəsində gənclərə seçki hazırlığı və seçki prosesi barədə məlumat verilib
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Masallı rayonunda təşkil etdiyi “Yay məktəbi” layihəsinin ikinci turu davam edir. Dünən günün birinci yarısında qrup rəhbəri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva turun iştirakçısı olan gənclər qarşısında “Gənclərin seçki hazırlığı - seçki prosesi” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı gənclərə ümumilikdə seçki prosesi, seçkilərin təyin edilməsi, seçicilərin siyahıya alınması, namizədlərin irəli sürülməsi və qeydiyyatı, təşviqat kampaniyası, səsvermə və səslərin hesablanması barədə məlumat verilib.
Millət vəkili, eyni zamanda, qeyd edib ki, Azərbaycan xalqının seçkilərdə öz iradəsini sərbəst şəkildə ifadə etməsi, ölkəyə layiqli rəhbər seçmək haqqına sahib olması demokratiyanın və müstəqil dövlətçilik məfkurəsinin əsas göstəricisidir. S.Vəliyeva həmçinin partiyanın fəal gənclərini Prezident İlham Əliyevin təbliğat kampaniyasında fəal iştirak etməyə çağırıb: “Zaman dəyişir, hər bir dövrün öz tələbləri, öz çağırışları var. Təbii ki, yeniləşmə insanların düşüncələrində də özünü qabarıq şəkildə büruzə verir. Yeniliyi, müasirliyi yüksək dəyərləndirən Azərbaycan gəncləri seçkilərin yüksək fəallıq şəraitində keçməsi üçün ciddi səylər göstərməli, ən layiqli namizədin qələbəsini təmin etmək üçün öz seçki hüquqlarından səmərəli istifadə edərək cənab İlham Əliyevə dəstək olmalıdırlar”.
Sonra çıxış edən gənc fəal Kubra Əliyarlı bildirib ki, cənab İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsi hər şeydən əvvəl vətəndaşlarımızın daxili inamına əsaslanır, xalqın özünə layiqli rəhbər seçmək haqqını ifadə edir və bu səbəbdən yüksək ictimai dəyərə və gücə malikdir.
Daha sonra seçki prosesinin əhəmiyyəti, ölkənin inkişafında, tərəqqisində rolu barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, hər bir dövlətin mütərəqqi inkişafının əsası kimi dəyərləndirilən seçkilərin demokratikliyini, şəffaflığını, dünya standartlarına uyğun keçirilməsini təmin etmək üçün mühüm addımlar atılır. Daim yeniliyə, müasirliyə maraq göstərən Azərbaycan dövlətinin dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə çalışması da seçkilərin demokratik keçirilməsində maraqlı olduğunu təsdiqləyir.
Bundan sonra isə komandalar arasında təbliğat-təşviqat mövzusunda oyun keçirilib və “İslam” komandası qalib gəlib.
Günün ikinci yarısında isə gənclər Masallı rayon Diyarşünaslıq Muzeyinə səfər edib. Daha sonra komandalar arasında müxtəlif idman yarışları keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

