Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının fəalları ilə görüş keçirilib
26.07.2013 [09:23]
Quzanlı qəsəbəsindəki mədəniyyət evində Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının fəalları ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, növbəti prezident seçkilərinə hazırlıqla bağlı qarşıda duran vəzifələrə həsr olunan görüşdə YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov və Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, partiyanın Ağdam rayon təşkilatının fəalları iştirak ediblər.
Görüşdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev partiya üzvlərinin rayonun ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatındakı fəal rolundan danışıb, prezident seçkilərinə hazırlıqla əlaqədar görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, sıralarında 5544 partiya üzvünü birləşdirən rayon təşkilatı seçkilərlə bağlı fəaliyyətini perspektiv iş planı əsasında qurub, təşkilatlanma tədbirlərinə diqqəti artırıb. Seçkilərin gedişini izləyəcək müşahidəçilərin, imza toplayacaq şəxslərin, məşvərətçi şəxs hüququna malik komissiya üzvlərinin siyahısı tərtib edilib, 18 nəfərdən ibarət seçki qərargahı yaradılıb. YAP Ağdam rayon təşkilatı öz fəaliyyətini nizamnamə tələbləri və Seçki Məcəlləsi əsasında qurmaqla partiyanın namizədinin seçkilərdə qələbə qazanması üçün bütün qüvvələri səfərbər edəcək.
Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ötən 10 il ərzində respublikamızda həyatın bütün sahələrində müşahidə olunan inkişaf və yüksəlişdən danışıb, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi cəhətdən qüdrətli dövlətə çevrildiyini, regional və beynəlxalq nüfuzunun artdığını, əhalinin rifah halının yaxşılaşdığını diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanın iqtisadiyyatı 3 dəfə artıb, 1 milyon 200 min yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə enib.
Əli Əhmədov vurğulayıb ki, xalqımız ötən 10 ilin nailiyyətlərini yüksək dəyərləndirir və gələcək beş ildə Azərbaycanın daha da inkişaf edəcəyinə, işğal altındakı torpaqlarımızın azad olunacağına dərin inam bəsləyir. Elə bu inamla da YAP-ın Sədri İlham Əliyevi dəstəkləyir, Onu yenidən Prezident kürsüsündə görmək istəyir. YAP Sədrinin müavini prezident seçkilərinə hazırlıqla bağlı görüləcək işlərdən və qarşıda duran vəzifələrdən də danışıb, partiyanın cəbhə bölgəsindən olan fəallarına müvafiq tövsiyələrini çatdırıb.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və YAP rayon təşkilatının fəalları çıxış edərək Ağdam rayonunda gedən sosial-iqtisadi inkişafı, aparılan genişmiqyaslı tikinti-quruculuq işlərini, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirləri dövlət başçısının diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndiriblər. Çıxışlarda belə bir fikir ifadə olunub ki, ağdamlılar Azərbaycanın və bölgənin gələcəyini Prezident İlham Əliyevin yeritdiyi siyasətdən kənarda təsəvvür etmirlər. Odur ki, qarşıdan gələn seçkilərdə də Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevi hamılıqla dəstəkləyəcəklər.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

