YAP Gəncə şəhər təşkilatının VIII konfransı keçirilib
02.08.2013 [09:59]
Əli Əhmədov: İnanıram ki, qarşıdan gələn prezident seçkilərində partiyamızın Gəncə şəhər təşkilatının malik olduğu əzəmətli resursdan səmərəli şəkildə istifadə ediləcək
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının VIII konfransı keçirilib. Konfransda YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Gəncə şəhərində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Daha sonra konfrans YAP Gəncə şəhər təşkilatının qərargahında öz işini davam etdirib. Konfransa 246 ərazi ilk partiya təşkilatından 466 nümayəndə qatılıb.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, bu gün ölkənin hər yerində olduğu kimi, Gəncə şəhərində də Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasına əhalinin inamı olduqca böyükdür. Onun sözlərinə görə, partiyamız öz fəaliyyətini Heydər Əliyev ideyaları əsasında qurub və daim bu ideyaların təbliğatçısı kimi çıxış edir. Əli Əhmədov həmçinin qeyd edib ki, ölkəmizdə həyata keçirilən inkişaf siyasəti, yeni iş yerlərinin yaradılması, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, bölgələrdə də insanları ölkənin aparıcı siyasi qüvvəsi olan YAP ətrafında daha sıx birləşdirir. Çünki bu inkişaf siyasətini partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev həyata keçirir.
“İnanıram ki, qarşıdan gələn prezident seçkilərində partiyamızın Gəncə şəhər təşkilatının malik olduğu əzəmətli resursdan səmərəli şəkildə istifadə ediləcəkdir. Gəncədə müşahidə etdiyim əhval-ruhiyyə, ovqat qarşıdan gələn prezident seçkiləri kampaniyasının kifayət qədər səmərəli keçirilməsi üçün ciddi əsaslar yaradır. Bu şəhərdə gördüklərimiz Prezident İlham Əliyevin həyata keçirdiyi Azərbaycanın bütövlüyü, müasirləşməsi, yeniləşməsi strategiyasının Gəncə şəhərinin timsalında özünün bariz ifadəsini bilavasitə göstərir. Bu amil də, insanların ovqatının formalaşmasına təsir göstərir. Gəncədəki yenidənqurma, şəhərin simasının dəyişməsi hər şeydən əvvəl bir şəhər olaraq onun həyatında yeni bir başlanğıc deməkdir. Bu, Gəncədə insanların yaşayışı üçün daha rahat şəraitin yaradılması deməkdir”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Konfransda Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev çıxış edərək bildirib ki, Gəncə şəhərində görkəmli siyasi xadim, Ulu öndər Heydər Əliyevin yaratdığı partiyaya və bu gün bu siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevə xalqın böyük inamı və məhəbbəti var: “Partiyanın Gəncə şəhər təşkilatının sıraları ildən-ilə genişlənir. Rəsmi rəqəmlər də göstərir ki, insanların Yeni Azərbaycan Partiyasına olan inamı, güvənci getdikcə daha da möhkəmlənir. Əgər 2007-ci ildə YAP Gəncə şəhər təşkilatının sıralarında 21 min 201 üzv var idisə, bu gün bu rəqəm 26 min 780 nəfər təşkil edir. Ümumilikdə, təşkilatın üzvlərinin 58 faizini qadınlar, 55 faizini isə gənclər təşkil edir”.
E.Məmmədov qeyd edib ki, şəhər ictimaiyyətinin mütləq əksəriyyəti müasir Azərbaycanın işıqlı gələcəyini ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətdə görür. Onun fikrincə, paytaxtla yanaşı bölgələrdə də gedən inkişaf, o cümlədən, Gəncənin müasirləşməsi, yeni iş yerlərinin yaradılması əhalinin indiki iqtidara olan güvəncinin artmasının əsas amillərindən biridir.
“Bu gün hər bir Azərbaycan vətəndaşı ölkənin iqtisadi gücü ilə fəxr edir və bu iqtisadi güc insanların həyat şəraitinin yaxşılaşdırılmasında mühüm rola malikdir”, - deyə E.Məmmədov vurğulayıb.
Daha sonra konfransda təşkilati məsələlərə baxılıb. Kəpəz rayon İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatının sədri seçilib. Tədbir iştirakçıları, həmçinin, təşkilatın Şurası və İdarə Heyətinin üzvlərini də seçiblər.
Qeyd edək ki, tədbirdə YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov Olimpiya çempionu Toğrul Əsgərova partiya biletini təqdim edib.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxİdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42

