İnkişaf edən münasibətlər və yeni perspektivlər
02.05.2025 [20:37]
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Çinin CGTN telekanalına müsahibə verərək ölkəmizin xarici siyasəti, regional təşəbbüsləri və beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi addımlar barədə ətraflı məlumat verdi.
Müsahibə zamanı dövlətimizin başçısı Azərbaycan ilə Çin arasında münasibətlərin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayıb. O, iki ölkə arasında qarşılıqlı etimad və əməkdaşlığın möhkəm təməl üzərində qurulduğunu bildirib və bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib
Prezident İlham Əliyev Azərbaycanın qeyri-neft sektoruna, xüsusilə infrastruktur və nəqliyyat sahələrinə investisiyaların artırılmasına önəm verdiyini bildirib. O, ölkədə əlverişli investisiya mühitinin yaradıldığını və Çin şirkətlərinin bu imkanlardan yararlanmasının vacibliyini qeyd edib. Prezident, həmçinin, Azərbaycanın "Böyük İpək Yolu" və "Bir Kəmər, Bir Yol" təşəbbüslərində fəal iştirak etdiyini və bu çərçivədə nəqliyyat və logistika infrastrukturunun inkişaf etdirildiyini vurğulayıb.
Müsahibə zamanı dövlət başçısı Azərbaycanın yaşıl enerji və bərpa olunan enerji sahəsində Çin ilə əməkdaşlığı genişləndirmək istədiyini bildirib. O, ölkənin bu sahədə böyük potensiala malik olduğunu və Çin texnologiyalarının bu potensialın reallaşdırılmasında mühüm rol oynaya biləcəyini qeyd edib. dövlət başçısı, həmçinin, Azərbaycanın yaşıl hidrogen istehsalı və ixracı sahəsində planlarını açıqlayıb və bu istiqamətdə Çin ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı müsahibəsində strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamədə iki ölkənin mövcud müqavilə-hüquqi bazası çərçivəsində təhsil sahəsində əməkdaşlığın sabit inkişafının bəyan edildiyini diqqətə çatdırıb. Bununla yanaşı dövlət başçısı qeyd edib ki, dillərin öyrənilməsi və tədrisi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib: “Düşünürəm ki, Azərbaycandan daha çox sayda tələbənin buraya gəlməsi üçün böyük imkan var. Həmçinin, zənnimcə, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var”
Prezident Əliyev Çin vətəndaşlarını Azərbaycana səfər etməyə dəvət edib və ölkənin zəngin mədəniyyəti, qonaqpərvərliyi və müxtəlif təbii gözəllikləri ilə tanış olmağın vacibliyini qeyd edib. O, Azərbaycanın müasir turizm infrastrukturu və müxtəlif iqlim zonaları ilə turistlər üçün cəlbedici bir məkan olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin CGTN-ə verdiyi bu müsahibə Azərbaycan-Çin münasibətlərinin möhkəmləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli bir addım olmuşdur.
Beləliklə, Prezident İlham Əliyevin CGTN-ə verdiyi müsahibədə səsləndirdiyi fikirlər Azərbaycan-Çin münasibətlərinin dərinləşməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

