Möhkəm təməllər üzərində qurulan münasibətlər
26.05.2025 [14:10]
Macarıstanla Azərbaycanı çox mühüm əhəmiyyətə malik müştərək siyasi və iqtisadi münasibətlər bağlayır, eyni zamanda Macarıstan Azərbaycanın mavi yanacaqla təmin etdiyi Avropanın 10 ölkəsindən biridir. Bu ölkə bütün beynəlxalq platformalarda Azərbaycana fəal dəstək verir və həmişə bizimlə bir mövqedən çıxış edir. Macarıstanın Baş naziri Viktor Orbanın ötən il Şuşaya etdiyi tarixi səfər də bu səmimi münasibətlərin ən parlaq nümunəsidir.
Əgər Azərbaycan Macarıstan üçün zəngin Orta Asiya ölkələrinə bir çıxışdırsa, eyni zamanda Macarıstan da təmsil olunduğu Avropa strukturlarında, xüsusilə də Avropa İttifaqında Azərbaycanın maraqlarını dəstəkləyən bir dövlətdir. Odur ki, Bakı-Budapeşt münasibətləri çox mühüm, əhəmiyyətli, zəngin bir tarixə malikdir. Bugünkü iqtisadi və siyasi münasibətlərlə yanaşı, hər iki dövləti bir-birilə bağlayan daha önəmli xüsusiyyətlərdən biri də həm Macarıstanın, həm də Azərbaycanın müstəqil və sərbəst xarici siyasətə malik olmasıdır. Hər iki dövlətin lideri bütün müstəvilərdə öz dövlətlərinin maraqlarından çıxış edir ki, bu da Avropa İttifaqı tərəfindən onlara qarşı ədalətsiz və qərəzli yanaşma ilə müşayiət olunur.
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Budapeştdə olan Möhtərəm Prezident İlham Əliyevin Macarıstan lideri ilə mətbuata birgə bəyanatı zamanı söylədiyi fikirlər də bir daha sübüt edir ki, bu dost dövlətin müstəqil və prinsipial xarici siyasəti Azərbaycanda dərin rəğbət və hörmətlə qarşılanır: "Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da, böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə".
Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirak etməsinə baxmayaraq, qeyri-rəsmi Zirvə görüşünə evsahibliyi etməsi bir daha Azərbaycana və Dövlətimizin Başçısı İlham Əliyev cənablarına olan hörmət və ehtiramın təzahürüdür. Bəli, qeyri-rəsmi görüşlərin keçirilməsi təşəbbüsü məhz, Azərbaycan Liderinə məxsusdur və ilk belə bir Zirvə görüşü Şuşada keçirilmişdir. Təbii ki, bunun da böyük rəmzi mənası var. Çünki, Azərbaycanın işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzur türk dünyası üçün böyük önəm daşıyır, belə ki, torpaqlarımızın işğaldan azad olunması türk dünyasının həmrəyliyinə, bölgəmizin iri iqtisadi layihələrin mərkəzinə çevrilməsinə xidmət edir.
Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə Avropa İttifaqının üzvü olan bir Avropa dövlətinin lideri kimi Viktor Orbanın da iştirakı, Azərbaycanın tarixi qələbəsinin dünyaya ədalətin və beynəlxalq hüququn təntənəsi kimi qəbul etdirilməsində mühüm rol oynayıb. Odur ki, Macarıstan liderinin Şuşaya gəlməsi və siyasi qətiyyət nümayiş etdirməsi onun nə qədər prinsipial, cəsarətli bir dövlət başçısı olduğunu sübut edir. Bu gün Macarıstanın işğaldan azad olunmuş ərazilərimizin bərpasında iştirakı Azərbaycan dövləti və xalqı tərəfindən böyük rəğbətlə qarşılanır.
Bu gün Azərbaycan Avropanın 10 ölkəsini qazla təmin edir ki, onlardan səkkizi Avropa İttifaqının üzvüdür. Bu ölkələrdən biri də Macarıstandır. Məhz bu baxımdan Azərbaycanın Macarıstana göstərdiyi enerji dəstəyi Budapeştdə yüksək qiymətləndirilir və birgə bəyanatın verilməsi mərasimində Viktor Orbanın bu məqam üzərində xüsusi dayanması olduqca əlamətdardır: "Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi, bu il də Macarıstanın qaz təminatı təmin ediləcəkdir. Azərbaycan bizi əmin etmişdir ki, bizə lazım olan həcmdə qaz veriləcəkdir".
Azərbaycan Prezidentinin də mövzu ilə bağlı Macarıstanı əmin edəcək bəyanatla çıxış etməsi ikitərəfli münasibətlərin nə qədər möhkəm təməllər üzərində qurulduğunu göstərir: "Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir".
Bəli, Macarıstan şirkətləri həm də Azərbaycanın əsas iki neft və qaz layihəsində "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarında pay sahibidir. Möhtərəm Prezident İlham Əliyev cənabları Budapeştdə onu da xüsusi qeyd etdi ki, gələn ilin əvvəlində Macarıstanla növbəti kontrakt imzalanacaq. Eyni zamanda Macarıstanla "yaşıl enerji" sahəsində əməkdaşlıq edilir. Macarıstan Azərbaycanda istehsal olunacaq ekoloji cəhətdən təmiz enerjinin Avropaya nəqlini təşkil edəcək beynəlxalq konsorsiumun dörd üzvündən biridir. Gürcüstan və Rumıniyanın da daxil olduğu bu işbirliyi əsasında Azərbaycanın bərpaolunan ekoloji cəhətdən təmiz enerjisi Qara dənizin dibi ilə Avropaya nəql ediləcək.
Bütün bunların fonunda böyük əminliklə söyləmək olar ki, Azərbaycan Prezidentinin Macarıstana işgüzar səfəri və Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısında iştirakı həm Macarıstan, həm də Azərbaycan üçün ikitərəfli münasibətlərin bundan sonra da yüksələn xəttlə inkişafında atılan çox uğurlu bir addımdır.
Paşa Hadıyev,
YAP Qazax rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17

