/ / Konstitusiya və Suverenlik İli” çərçivəsində “28 May – Müstəqillik Günü”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir
Konstitusiya və Suverenlik İli” çərçivəsində “28 May – Müstəqillik Günü”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir
27.05.2025 [18:06]
27 may 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “28 May – Müstəqillik Günü”nə həsr olunmuş dəyirmi masa təşkil olunub. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, başçının birinci müavini Vəzir Səfixanov, başçının müavini Zülfiyyə Məmmədhüseynova, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra mövzu ilə əlaqədar video-çarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açaraq 28 May – Müstəqillik Gününün Azərbaycan xalqının tarixində xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, 1918-ci ilin 28 mayında yaradılan Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqində ilk parlamentli respublika olmuşdur. Qısa müddət ərzində həyata keçirilmiş islahatlar, hüquqi və siyasi institutların yaradılması Azərbaycanın müasir dövlətçiliyinin təməlini təşkil etmişdir. Vasif İmanov həmçinin vurğulayıb ki, 1991-ci ildə yenidən bərpa olunan müstəqillik ilk illərdə ciddi təhlükələrlə üz-üzə qalmış, ölkədə xaos, vətəndaş qarşıdurması və separatizm meyilləri geniş vüsət almışdır. Məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu prosesə son qoymuş, ölkədə sabitlik və inkişafın bünövrəsi qoyulmuşdur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həmin siyasi xətti uğurla davam etdirir.
Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova çıxışında qeyd edib ki, müstəqilliyimizin hər günü, hər ili xalqımız üçün dərin mənəvi və tarixi əhəmiyyət daşıyır. O vurğulayıb ki, müstəqillik yalnız siyasi anlayış deyil, bu, milli kimliyimizin və dövlətçilik təfəkkürümüzün əsasını təşkil edən dəyərdir. Biz bu dəyərləri qorumaqla yanaşı, onları gələcək nəsillərə ötürmək borcundayıq. Xüsusilə bu il – “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müstəqillik Gününün qeyd olunması gənc nəslin milli şüurunun formalaşmasına böyük töhfə verir.
Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, 28 May xalqımızın azadlıq uğrunda apardığı mübarizənin və milli həmrəyliyinin simvoludur. Qeyd edilib ki, bu gün Azərbaycan dövləti tarixi nailiyyətlərə imza atmaqdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunması, güclü dövlət və ordu quruculuğu, xalq-iqtidar birliyi dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir.
Tədbirin sonunda çıxış edən 186 nömrəli tam orta məktəbin direktoru Elzamin Həsənov və Rayon Ağsaqqallar Şurasının üzvü Elxan Zülfüqarov da “28 May – Müstəqillik Günü”nün əhəmiyyətinə toxunaraq bu kimi tədbirlərin gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm rol oynadığını qeyd ediblər. Həmçinin vurğulamışlar ki, biz bu günü görmək üçün çoxsaylı sınaqlardan keçmişik. Ən çətin dövrlərdə belə xalqımız azadlıq ideyalarına sadiq qalmışdır. Bu gün müstəqil və güclü bir dövlətimiz varsa, bu, tarix boyu aparılan mübarizənin nəticəsidir. Bu dəyərləri qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06

