Ruhun diplomasiyası – mədəniyyətin və yumşaq gücün dirçəlişi
30.05.2025 [19:32]
Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin bir araya gəldiyi 2025-ci il Zirvə görüşü — təkcə siyasi və diplomatik akt deyil, tarixə, qardaşlığa və gələcəyə ünvanlanan milli-siyasi manifest idi. Cənab Prezident İlham Əliyevin çıxışı, bu görüşü bir çağırışdan çox, yeni bir strateji nizamın başlanğıcı kimi təqdim etdi:
“Bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq.” Bu rəmzi mənanı oxumaq üçün sadəcə hadisəyə baxmaq kifayət etmir – onun arxasında dayanan tarixi yaddaşı, geosiyasi mesajı və ideoloji ruhu anlamaq lazımdır. Laçın həm də siyasi ağılın mədəniyyətlə tamamlandığı yer oldu. Zirvə görüşünün digər bir möhtəşəm istiqaməti isə mədəniyyətin və mənəviyyatın dövlət siyasətində yeri ilə bağlı idi. Zirvə görüşündə siyasi və hərbi güclə yanaşı mədəni əlaqələrə də xüsusi yanaşma oldu. Cənab Prezident İlham Əliyevin çıxışı bunu dolğun şəkildə əks etdirir: “Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir. Eyni zamanda, beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik. Həmçinin ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana bir daha təşəkkür edirəm. Hörmətli həmkarlar, Azərbaycan hər zaman qardaş Türkiyənin və Pakistanın yanında olub.” Azərbaycan, Türkiyə və Pakistan – fərqli etnik və dil kimliklərinə malik olsalar da, ortaq mədəni kodlara, İslam dəyərlərinə və ədalət prinsipinə əsaslanan dövlətlərdir. Bu ortaq kodlar – muğamdan sufilik fəlsəfəsinə, Mehter marşından aşıq ədəbiyyatına, Lahorun poeziyasından Bakının xalçasına qədər yumşaq güc alətləridir. Bu güc, informasiya dövründə sərhədsiz yayılma imkanına malikdir. Mədəniyyət bu dövlətlərin yumuşaq silahıdır – qəlbləri fəth edən qüvvədir. Ortaq film istehsalları, mədəni festival formatında beynəlxalq platformalar, birgə universitetlər və tələbə mübadilə proqramları üçlük ölkələrinin yumşaq gücünə institusional baza qazandıracaqdır. “Akademik tərəfdaşlıqlar xalqlarımızı yaxınlaşdıracaqdır.” Bu çağırış yalnız siyasətçilərə yox, mədəniyyət adamlarına, media mütəxəssislərinə və alimlərə ünvanlanmış strateji mesajdır. Təbii ki, inanc və sülh – mənəviyyatın siyasi gücü danılmazdır. Cənab Prezident İlham Əliyevin Pakistan və Hindistan arasında gərginliklə bağlı dediyi sözlər, İslam dəyərlərinin diplomatiyadakı əhəmiyyətini ortaya qoydu: “Pakistan və Hindistan arasında son gərginliyi böyük narahatlıq hissi ilə, eləcə də sülhün və sabitliyin bərpa olunacağı ümidi ilə yaxından izlədik. Bu gərgin dönəmdə ilk gündən Pakistanla həmrəyliyimizi açıq şəkildə ifadə etdik. Münaqişənin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik. Bu o deməkdir ki, üç dövlət yalnız siyasi yox, əxlaqi və mənəvi məsuliyyət daşıyan güclərdir. Zirvədən yüksələn səs təkcə siyasi iradənin deyil, həm də mədəniyyətin, dəyərlərin və ruhun diplomatiyasının səsidir. Azərbaycan, Türkiyə və Pakistan bu səsi dünyaya həm ağılla, həm qəlblə, həm də ruhla çatdırır. Ən əsası isə Laçın görüşü, təkcə təqvimdə bir tarix deyil.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38

