“Qurtuluşdan Zəfərə aparan yol” mövzusunda tədbir keçirildi
03.06.2025 [18:22]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Goranboy rayonun Qaracinar kəndində fəaliyyət göstərən Şərqi Zəngəzur Regional Təhsil İdarərsinin Kəlbəcər rayon sektorunun Kəlbəcər rayon 63 nömrəli orta məktəb üzrə Ərazi Partiya təşkilatında 03 iyun 2025-ci il tarixində “Konstitusiya və Süverenlik İli” çərçivəsində 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə aparan yol” mövzusunda tədbir keçirildi.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru Qismət Şükürov, qocaman pedaqoq Səməndər Eyvazov, şəhid atası Əkbər Orucov və məktəbin kollektivi iştirak edirdi.
Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Tədbirdən önçə Goronboy rayon Zeyvə kənd qəbiristanlığında Vətən müharibəsi şəhidi leytenant Nemət Orucovun və anti-terror əməliyatında şəhid olmuş leytenant şəhid Ömər Şirinovun məzarları ziyarət olundu ruhlarına dualar oxundu.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, tarixə qızıl hərflərlə yazılmış iyunun 15-i xalqımızın, Vətənin, millətin əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında və əbədiyyətə çevrilməsində xidmətləri olan, ürəyi daim xalqı ilə döyünən Heydər Əliyevdir. Bu gün Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanması, dünya birliyində qalib ölkə kimi tanınmasının əsası Milli Qurtuluş Günü qoyulub.Əgər Ümummilli Liderimiz 1993-cü ildə ali hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyini parçalanmaqdan, məhv olmaqdan qoruyub xilas etdisə, cənab İlham Əliyev isə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən yeni Konstitusiya qəbul olundu. Eyni zamanda, zəruri islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi. Təfərrüata varmadan demək olar ki, Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, inkişafa qovuşmasının əsasının qoyulduğu, ölkəmizin taleyinin dəyişdiyi gündür.
Məktəbin direktoru, YAP Kəlbəcər rayon üzrə Ərszi Partiya təşkilatının sədri Qismət Şükürov, qocaman pedaqoq Səməndər Eyvazov, şəhid atası Əkbər Orucov və digər çıxış edənlər bildirdilər ki,Milli Qurtuluş Gününü hər birimiz fəxarət hissi ilə qarşılayır, bu tarixlə bağlı dərin iftixar və qürur hissi keçiririk. Çünki Azərbaycanın ötən 32 ildəki bütün nailiyyətləri başlanğıcını məhz Milli Qurtuluşdan götürdü.Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Bu yol ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ulu Öndərin arzuları artıq reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Qalib xalq, müzəffər ordu və müdrik Ali Baş Komandan birliyi ilə hələ qarşıda neçə-neçə tarixi zəfərlər, qələbələr bizi gözləyir.
Sonda fəal partiya üzvlərinə Fərxi fərmanlar və Partiyanın sıralarına yeni qəbul olmuş üzvlərə üzvülük vəsiqələri tədqim edildi.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

