Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir
04.06.2025 [23:26]
İyunun 2-də keçirilən Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”u bir daha ölkəmizin etibarlı tərəfdaş kimi artan nüfuzuna və roluna işıq saldı. Sərgilərdə iştirak edən şirkətlərin, həmçinin onların təmsil etdikləri ölkələrin say tərkibində artım da bunu deməyə əsas verir.
Yubiley tədbirinin açılış mərasimində “Enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və biz hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirmişik. Çünki zənnimcə, bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir” söyləyən cənab İlham Əliyev bildirdi ki, bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır. Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir.
Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, Azərbaycan 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. Bu da ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək.
Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması məsuliyyətimizi nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, bütün yaşıl enerji potensialımız sayəsində, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcək və bu həcm ixrac oluna biləcək: “Əlbəttə, ola bilər ki, COP29-un sədri olaraq neft və qaz haqqında danışmağımız bir o qədər də uyğun deyil. Ancaq bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi. Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır”.
Bu mühüm məqam da xüsusi vurğulandı ki, bəzi ölkələrdə bu gün qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balans nəzərə alınmır. Nəticədə genişmiqyaslı enerji kəsilməsi, enerji sisteminin çökməsi baş verir. Həmçinin burada daha mürəkkəb ssenarilər də baş verə bilər. Yəni, bəzi müəyyən addımları şərtləndirən meyillərə rəğmən həmin balansın qorunması düzgün siyasətdir. Azərbaycana gəldikdə, təbii qazın hasilatının həcmini artırırıq. Çünki buna ehtiyacı olan ölkələr var və biz bu tələbatı ödəməliyik. Eyni zamanda, tərəfdaşlarımızla birlikdə yaşıl enerji layihələrinə də yatırım edirik. 2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcək. Bu gün buraya sərmayə qoymuş investorlar hasilatın həcmini artıracaqlar. Həmçinin imzalanmış yeni sazişlər və nəzərdə tutulan müqavilələr həmin potensialı təmin edəcək.
Cənab İlham Əliyevin çıxışlarında bu mühüm məqam xüsusi qeyd edilir ki, enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir. Enerji təhlükəsizliyini gücləndirməyə, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlməyə dəstək olmaq üçün hər birimiz vahid komanda kimi çalışırıq. Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı kimi qəbul edilir.
Təkcə son illərdə Azərbaycanın enerji diplomatiyasının uğurlarına diqqət yetirmək kifayətdir. Ölkəmizin hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi dayanıqlı inkişafın təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycan yalnız neft, qaz deyil, elektrik enerjisi ixracatçısı kimi nüfuz qazanır. Bərpaolunan enerji sahəsində əməkdaşlıq əlaqələrinin qurulması üçün geniş imkanlar mövcuddur. COP29 iqlim konfransı bu imkanları təqdim etdi.
Göründüyü kimi, hər bir sərgi ötən bir illik dövrdə iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın hansı iqtisadi uğurlara imza atdığını nümayiş etdirir. Səyləri birləşdirməklə hər dövrün tələblərini daha yüksək səviyyədə yerinə yetirmək mümkündür. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bundan sonra da Azərbaycana davamlı uğurlar qazandıracaq.
Anar Nəbiyev,
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24

