Azərbaycan Avrasiyanın vacib nəqliyyat qovşaqlarından birinə çevrilib
05.06.2025 [17:39]
Çətin siyasi və iqtisadi şəraitdə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının təməlini qoyub. “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan praqmatik enerji strategiyasının uğurla icra olunması nəticəsində həm sosial-iqtisadi inkişaf - davamlı yüksəliş təmin olunub, həm də Azərbaycanın təşəbbüsü və liderliyi ilə geostrateji əhəmiyyətli layihələr reallaşdırılaraq mühüm beynəlxalq əməkdaşlıq platformaları yaradılıb.Bu gün regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Bakı Enerji Həftəsi” artıq uzun müddətdir ki, beynəlxalq səviyyədə ən etibarlı platforma kimi formalaşaıb. Siz də bilirsiniz ki, bu enerji həftəsi çərçivəsində keçirilən tədbirlərdə energetika sahəsində mövcud vəziyyəti, yaranmış yeni imkanları və perspektivləri müzakirə etmək məqsədilə 39 ölkədən yüzdən çox şirkətin nümayəndəsi iştirak edir. Bu faktın özü tədbirin beynəlxalq önəmini bir daha qabarıq şəkildə qeyd edir. Enerji Həftəsinin ilk günündə Bakı Ekspo Mərkəzində tədbir çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi – “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”unun rəsmi açılış mərasimi olub. Bu da məlumdur ki, Azərbaycanda ilk neft-qaz sərgisi 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə və bilavasitə səyləri nəticəsində təşkil edilmişdir. Cənab Prezident İlham Əliyevin nitqində qeyd olunduğu kimi, məhz 31 il bundan öncə keçirilmiş həmin ilk sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bu, ölkəmizin bütün gələcək uğurlarının möhkəm təməlin qurulması demək idi. Bu gün neft və qaz istehsalının ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir və nəticə olaraq ölkə iqtisadiyyatı özünü tam təmin edir. Azərbaycanın xarici borcunun səviyyəsi ÜDM-in 7 faizindən aşağıdır və maliyyə ehtiyatları xarici borcumu 14 dəfə üstələyir. Milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olunub və bu gün yoxsulluq səviyyəsi cəmi 5 faizə bərabərdir. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olmasına rəğmən, Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilib. Bu da onun nəticəsidir ki, Azərbaycan dövləti infrastruktur layihələrinə çox böyük sərmayə yatırıb. Azərbaycanın enerji layihələri sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Dövlətimizin bütün bu uğurlarının əsasında Prezident İlham Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti dayanır.
Azər Ağayev,
YAP Tərtər rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

